SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə70/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   116

 
 
163 
2.Sosial təşkilat səviyyəsi – sosial sistemin element səviyyəsi. 
3.Ümumi sosial həyat fəaliyyəti səviyyəsi  – böyük insan qruplarının bir-
birilə və sosial təşkilatlarla qarşılıqlı fəaliyyət formaları. 
4.Təşkilatlararası  həyat  fəaliyyəti  səviyyəsi  –  sosial  sistemin 
elementlərinin qarşılıqlı fəaliyyət formaları. 
5.Fərdi  həyat  fəaliyyəti  səviyyəsi  –  ümumi  sosial  həyat  səviyyəsi 
çərçivəsində subyektlərarası qarşılıqlı fəaliyyət formaları. 
Məntiqi, riyazi, statistik, yaxud struktur model olan ideal obyekt empirik 
göstəricilərlə  bağlı olan  real  obyektlə üst-üstə  düşmür.  İdeal  obyekt  seçilmiş 
uyğun  göstəricilərin  ümumiləşdirilməsi  əsasında  formalaşır  və  müəyyən 
tamlığa,  sistemliliyə,  qapalılığa  malik  olur.  İdeal  obyekt  –  məfhumi  obyekt 
olub, elmi nəzəriyyə çərçivəsində mövcud olur.   
Sosial  layihələşdirmənin  predmeti  sosial  layihələşdirmə  obyektinin 
funksiyalaşma  qanunauyğunluqlarının,  ümumi  və  xüsusi  keyfiyyətlərinin 
aşkar edilməsi əsasında formalaşır. Sosial layihələşdirmənin predmeti obyekt 
haqqında  elmi  biliklər  sistemində  formalaşır,  real  obyektin  empirik 
göstəricilərilə  tamamlanır,  ideal  obyekt  haqqında  təsəvvürlər  əsasında 
strukturlaşır,  sosial  layihələşdirmə  nəzəriyyəsinin  anlayışlar  bazasında 
konseptuallaşır.  
Sosial  layihələşdirmə  predmetinin  mahiyyəti  aşağıda  qeyd  edilən 
sistemyaradan parametrlər əsasında müəyyənləşdirilir: 
– Empirik materialın faktları və elementləri. 
– Problemli vəziyyətlər və problemlər.  
–  Faktlar  və  problemli  vəziyyətlərin  şərhi  ilə  bağlı  sosial  (təcrübi)  və  nəzəri 
tələbat. 
– Məqsədli vəziyyətlər və mövcud problemlərin aradan qaldırılması məqsədi. 
– Məqsədlərin reallaşdırılması prinsipləri. 
– Prinsiplərin reallaşdırılmasının nəzəri əsasları. 
–  Faktların  ifadə  edilməsi  vasitələri  –  sosial  fələsfənin,  demoqrafiyanın  və 
etnologiyanın,  nəzəri  və  tətbiqi  sosiologiyanın,  riyazi  statistikanın, 
modelləşdirmənin anlayışlar bazası. 
– Ontoloji modellər – faktlar sisteminin təsviri quruluşu. 
– Məntiqi sxemlər – sosial layihələşdirmənin xəyali modelləri. 
– Riyazi modellər – məntiqi modellərin rəqəmli ifadəsi. 
– Sosial layihələşdirmə nəzəriyyəsində faktların, ontoloji modellərin, məntiqi 
sxemlərin və riyazi modellərin sistemləşdirilməsi üsulları.  
– Sosial layihələşdirmənin reallaşdırılması. 
– Sosial layihələşdirmənin reallaşdırılması nəticəsində əldə edilən sosial bilik. 


 
 
164 
Proqram anlayışı layihə anlayışına yaxın olduğu üçün çox vaxt proqramlı-
məqsədli idarəetməni layihəli idarəetmə adlandırırlar.  
Sosial strukturun layihələşdirilməsi  
Sosial layihələşdirmə xüsusi sosial mühəndislik fəaliyyəti olub, keçmişi və 
gələcəyi  nəzərə  alaraq  sosial  təşkilatın  ən  yaxşı  tərəflərinin  birləşdirilməsinə 
yönəlir.  Sosial  layihələşdirmə  sosial  planlaşdırmadan  onunla  fərqlənir  ki, 
müəssisələrin  layihələşdirilməsi  yeni  istehsalın  yaradılması  ilə  eyni  vaxtda 
həyata  keçirilir.  Sosial  planlaşdırma  isə  fəaliyyətdə  olan  obyektlərdə  aparılır 
və funksiyalaşan strukturların dəyişdirilməsi məqsədini daşıyır. Müəssisələrin 
layihələşdirilməsi aşağıdakılarla bağlıdır:  
1)  yeni  yaradılan  müəssisələrin  layihələrinin  elmi-texniki  əsasları  bilavasitə 
əmək kollektivlərinin uzun müddətli fəaliyyətdə olduğu sosial şəraitin maddi 
əsaslarının müəyyənləşdirilməsilə bağlıdır.  
2) elmi-texniki qərarların nəticələri bilavasitə sosial dəyişikliklərdən asılıdır.  
N.İ.Lapinə  görə,  layihələşdirmənin  əsas  sosial  məqsədli  yeni  istehsal 
kollektivlərinin  formalaşdırılması  üçün  tərəqqipərvər  şərtlərin  kompleks 
təminatı  kollektivin  əsas  funksiyaları  olan  iqtisadi  səmərəlilik,  ekoloji 
optimallıq,  sosial  səmərəlilik,  təşkilati  idarəçilik,  ictimai  fəallıq  funksiyaları 
ilə  bağlı  olub  bir  neçə  alt  məqsədlərə  bölünür.  Lapin  və  Toşenko 
layihələşdirmənin  vacib  sosial  məsələsi  kimi  aşağıdakıları  fərqləndirirlər: 
əmək prosesləri və iş yerlərinin sosial tərəqqi sisteminin yaradılması; gələcək 
kollektivlərin  sosial  strukturlarının  müəyyənləşdirilməsi;  işçilərin  və  onların 
ailə  üzvlərinin  rahat  mədəni-məişət  xidmətlərinin  təmin  edilməsi;  istehsalın 
əmək  ehtiyatları  ilə  təminatının  layihələşdirilməsi.  Hər  bir  məsələnin  həlli  3 
əsas iş növünü özünə daxil edir:  
1) məsələ və onun həllinin əsas istiqamətləri və sahələri dəqiqləşdirilir;  
2) məsələnin texniki, iqtisadi, təşkilati həlli qurulur;  
3) layihələşdirmənin ilkin mərhələsində müəyyənləşmiş sosial məqsədlərə nail 
olma dərəcəsi müəyyən edilir.  
İdarəetmə sisteminin təşkilinin 7 mərhələsi fərqləndirilir:  

mərhələ 
– 
istehsalın 
kompleks 
mexanikləşdirilməsi 
və 
avtomatlaşdırılması  və  lazımi  dərəcəli  kadrların  təminatı  mənbələrinin 
müəyyənləşdirilməsi ilə həll edilməlidir.  
II  mərhələ  –  təşkilatın  məqsədlərinin  formalaşdırılması  mərhələsi  kimi 
idarəetmə strukturunun layihələşdirilməsinin ilkin mərhələsidir.  
III  mərhələ  –  mövcud  təşkilati  strukturun  məqsədlər  sistemi  ilə 
müqayisəsinə əsaslanır.   
IV  mərhələ  –  təşkilatın  ümumi  idarəetmə  strukturunun  işlənməsi 
mərhələsidir.  


 
 
165 
V  mərhələ  –  idarəetmə  aparatının  kəmiyyətinin  hesablanması  və 
əsaslandırılması ilə bağlıdır.   
VI  mərhələ  –  qərar  qəbulu,  funksional  və  məlumatlı  qarşılıqlı  təsir 
proseslərinin sistemləşdirilməsinə aiddir.   
VII  mərhələ  –  idarəetmə  aparatının  alt  bölmələrinin  mövcud  şöbə  və 
işçilərinin  vəzifələri  haqqında  qanunlar  ilə  bağlı  sənədlərinin  köməyilə 
fəaliyyətin məhdudlaşdırılması ilə əlaqədardır.   
İdarəetmənin  təşkilati  strukturunun  layihələşdirilməsinə  bu  ümumi 
yanaşma prinsipləri digər sosial strukturların layihələşdirilməsi mərhələlərində 
də tətbiq edilə bilər. Lakin bu prinsiplərə bir sıra başqalarını da əlavə edirlər. 
İlk dövrlərdə aşağıdakılar nəzərə alınmalıdır:  
1) uyğun istehsallı sosial təşkilatların öyrənilməsi;  
2)  texniki,  istehsal,  iqtisadi  və  sosial  məqsədlərə  nail  olmaq  üçün  struktur 
parametrlərin təsiri analiz edilməlidir və səmərəli struktur aşkar edilməlidir;  
3)  müəssisənin  sosial  strukturunun  formalaşma  imkanlarının  regionun  sosial 
strukturu  və  əmək  ehtiyatlarından  qonşu  istehsalın  mövcudluğundan, 
müəssisənin maddi imkanlarından asılı olduğunu nəzərə alaraq aşkar edilmiş 
optimal strukturu bu imkanlara uyğunlaşdıraraq düzəlişlər edilməlidir;  
4)  bu  düzəlişləri  nəzərə  alaraq,  sosial  təşkilatın  parametrlərinin 
layihələşdirilməsinə başlanmalıdır.  
Sosial  təşkilatın  layihələşdirilməsində  kişi  və  qadınların  ictimai  əmək 
fəaliyyətləri  səviyyəsinin  bərabərləşdirilməsinə  şərait  yaradan  göstəricilərin 
istifadə  edilməsi  böyük  məna  kəsb  edir.  Demoqrafik  vəziyyətin,  xüsusilə  də 
idarəetmənin  cinsi  strukturunda  aşağıdakı  ümumi  prinsiplər  nəzərə 
alınmalıdır:  
1) işin xüsusiyyətləri və iş şəraitinin qadınların psixofizioloji xüsusiyyətlərinə 
uyğunluğunun nəzərə alınması;  
2)  ictimai  təşkilatda  analıq  və  digər  ailə  vəzifələrinin  uyğunlaşdırılaraq 
səmərəli əmək rejiminin təşkili;  
3) ictimai və fərdi əməkdə qadın məşğulluğunun məqsədəuyğun təşkili;  
4) əraziyə görə qadın və kişi məşğulluğunun ahəngdar uyğunluğunun təşkili.   
Sosial  təşkilatda  yaş    strukturu  da  layihələşdirmənin  əsası  kimi  qəbul 
edilir.  Layihələşdirmənin  əsas  məqamlarından biri də  əvvəlki  təcrübənin işçi 
axınının nəzərə alınmasıdır. 
 
YOXLAMA SUALLAR 
1.Sosial layihələşdirmənin səbəb-nəticə əsasları dedikdə nə nəzərdə tutulur? 
2.Sosial təşkilatlandırma nədir? 
3.Sosial mühəndislik və sosial təşkilatlandırmanın fərqi nədir? 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə