SəADƏt davud qizi məMMƏdova


Sosial  psixoloji  mədəniyyət  sahəsilə  bağlı  layihələr



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə73/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   116

 
 
172 
Sosial  psixoloji  mədəniyyət  sahəsilə  bağlı  layihələr  sosial  psixoloji 
uyğunlaşmanın  təmin  olunması,  etnoslar  arası  münaqişənin  qarşısının 
alınması,  etnik  mədəni  fərqlərin  qarşılıqlı  dərk  edilməsi  və  qəbul  edilməsi 
istiqamətli olur.  
Bədii  mədəniyyət  ehtiyatlarının  inkişafı  ilə  bağlı  layihələrdə  peşəkar 
incəsənətin  və  xalq  yaradıcılığının  mövcud  imkanları,  özfəaliyyətin  klubdan 
kənar  formaları,  layihə  tədbirlərində  təşkilatlanmamış  özfəaliyyətin  iştirakı 
nəzərə alınmalıdır.  
Tarixi  mədəniyyət  sahəsinə  dair  layihələr  cəmiyyətin  öz  tarixi  ilə  bağlı 
aktual  problemlərin  –  mənəvi  idealların  tarixi  irsiliyinin  itirilməsi,  mədəni 
irsə,  mədəni  yaradıcılığın  Milli  formalarına  və  s.  marağın  olmaması  – 
tədqiqinə yönəlir.  
Peşəkar  mədəniyyət  sahəsinə  dair  layihə  və  proqramlar  aşağıdakı  kimi 
təsnif edilə bilər: 
 –  təhsilləndirici  və  peşəyönümlü,  şəxsiyyətin  formalaşdırılmasına  yönəlmiş, 
əmək  fəaliyyətində  intellektual,  emosional  və  yaradıcılıq  imkanlarının 
maksimum  reallaşdırılmasına  yönəlmiş  layihələr.  Bu  layihələr  çərçivəsində 
təhsillənmə  prosesi  insanın  bütün  fəaliyyət  sahələrini  (əmək,  istirahət,  ailə, 
peşə,  asudə  vaxt  və  s.)  əhatə  edərək,  məktəb  təhsilində  olan  geriləmələri 
tamamlamalı və bərpa etməlidir. 
–  sosial  reabilitasiya  (məsələn,  yaşlı  adamlar  üçün  yeni  peşə 
mənimsənilməsinə kömək edə bilən proqramlar); 
– peşəyə uyğunlaşma (peşəkar şəxsin şəxsi keyfiyyətlərinin təzahür etməsinə 
şərait  yaradan,  əsas  peşə  istiqamətli  və  insanın  yaradıcı  təsəvvürünün 
reallaşmasına kömək edən peşə klubları, peşə etikasının yaradılması); 
–  peşə  bərpaedici  (əsas  fəaliyyət  sahəsində  özünüreallaşdırma  ilə  bağlı 
problemlərin həll edilməsi vasitələri).                              
Siyasi  mədəniyyət  sahəsinə  dair  layihələr  ictimai  –  siyasi  həyatın 
fəallaşdırlıması  və  vətəndaşların  sosial  siyasi  məsələlərlə  bağlı  biliklərinin 
yüksəldilməsi,  əhalinin  yerli  özünüidarəetmə  prosesinə  cəlb  edilməsi, 
cəmiyyətin yenidən qurlması ilə bağlı fərqli ideya və konsepsiyaların işlənib 
hazırlanması,  siyasi  və  vətəndaş  şüurunun  formalaşdırılması  istiqamətli  olur. 
Şüurun  poliideologiyalaşdırılması  (plüralizm),  cəmiyyətdə  çox  saylı  və 
bərabərhüquqlu  ideoloji  konsepsiyaların  təsdiq  olunması  mədəniyyəti 
monoideologiyalaşmadan, hər hansı siyasi qüvvənin totalitar ağalığından xilas 
edə,  ümumi  dəyərlər  sisteminə  söykənən  dünyagörüşünün  formalaşmasına 
kömək edə bilər.  


 
 
173 
Məlumat-maarifləndirici  layihələr  çərçivəsində  siyasi  ideya  və 
konsepsiyaların  tədqiqini  planlaşdırmaq,  ictimai  siyasi  problemləri  müzakirə 
etmək olar.  
Sosial  layihələr  digər  meyarlar  üzrə  də  təsnif  edilə  bilər,  məsələn, 
məqsədli  layihə  –  əlaqəli  məqsədlər  sistemi  əsasında  vəziyyətin  təhlilinə 
yönəlmiş,  yəni  qabaqcadaq  düşünülmüş  tədbirlər,  fəaliyyətlər  ardıcıllığıdır. 
Məqsədli  layihə  nisbi  müstəqil,  tamamlanmış,  məntiqi  düşünülmüş  olur  və 
sosial  qrupun  real  problemlərinin  həll  edilməsinə  yönəlir  və  əhalinin  sosial 
mədəni  müstəqilliyi  üçün  şərait  yaradır.  Məqsədli  layihələrdə  məqsədli 
yönəlmə aparıcı rol oynayır.   
Məqsədli  layihələrin  başqa  bir  növü  məntiqi,  texnoloji  və  alqoritmik 
xüsusiyyətlərilə  seçilən  təşkilati  layihələrdir.  Eyni  zamanda    təşkilati 
layihələrin bir sıra variantlarını fərqləndirmək olar: 
-  məqsəd  və  mahiyyətinə  görə  təşkilati  layihələr  bir  və  ya  bir  neçə 
layihələşdirmə  sahəsinə  aid  ola  bilər  (məsələn,  siyasi,  ekoloji,  tarixi 
mədəniyyət sahəsinə aid ictimai birliklər); 
-  sosial  bazasına  görə  təşkilati  layihələr  ya  dəqiq  müəyyənləşdirilmiş 
(müəyyən kateqoriya, yaxud sosial qrup – peşə, status, etnik, problemli və s.) 
ola bilər, yaxud layihənin auditoriyası qarışıq ola bilər. 
Təşkilati layihənin işlənib hazırlanması xüsusiyyətləri: 
1.Problem sahənin və məqsəd yönümünün xüsusiyyətləri.   
Təşkilati  layihənin  məqsəd  və  vəzifələri  sosial  mədəni  problemlərin 
mahiyyətinə görə müəyyənləşir. Layihənin hazırlanması sosial mühitin bu və 
ya  digər  hissəsinə  aid  olan  sosial  mədəni  vəziyyətin  analizi  və  səciyyəvi 
problemlərin  aşkar  edilməsi  ilə  başlayır.  Sosial  problemlərin  həll  edilməsinə 
yönəlmə  birliyin  fəaliyyətinin  ictimai  mahiyyətinin  yüksəldilməsi  vasitəsi 
kimi çıxış edir.    
2.Layihələşdirmə sahəsinin xüsusiyyəti.  
Təşkilati layihə həmişə bir layihələşdirmə sahəsi ilə bağlı həyata keçirilir 
(bu  zaman  ictimai  birliyin  məqsəd  və  vəzifələri  və  mahiyyəti  ya  bədii 
ədəbiyyat, yaxud siyasi mədəniyyət və digər sahələrə aid olur).  
3.Sosial bazanın xüsusiyyətləri. 
Təşkilati layihənin auditoriyası adətən qarışıq olur. Buna görə də bu və ya 
digər  ictimai  birliyin  yaradılması  ilə  bağlı  layihənin  işlənib  hazırlanması 
prosesində  şəxsi  keyfiyyətləri  xarakterizə  etmək  çətindir,  çünki  onlar  fərqli 
sosial  qrupların  təsəvvüründə  fərqli  görünür.  İctimai  birliklərlə  bağlı 
insanların tələbatlarını təsvir etmək daha asandır. 
4.Təşkilati layihənin reallaşdırılması formalarının xüsusiyyətləri. 


 
 
174 
Bu  fəaliyyət  bilavasitə  bu  və  ya  digər  növ  qeyri-hökumət  təşkilatının 
reallaşdırılması ilə bağlıdır.     
Problematika  sahəsi  təşkilati  layihənin  əsas  mahiyyəti  və  reallaşdırma 
imkanlarını  müəyyənləşdirən  amildir  və  hər  hansı  bir  sosial  qrupla  bağlı  ola 
bilər.  Buna  baxmayaraq,  təşkilati  layihənin  mahiyyəti  problem  sahəsi 
çərçivəsində  olmalıdır.  Təşkilati  layihələr  yönəlmə  istiqamətinə  görə 
fərqləndirilə  bilər.  Bu  zaman  layihənin  istiqaməti  onun  xüsusiyyətindən  və 
əsas  ideyasından,  imkanlarından  asılı  olur  və  layihənin  əsas  məsələsinin 
həllinə dair qəti fəaliyyət kimi müəyyənləşir.   
İstiqamətinə görə layihələri aşağıdakı kimi təsnif etmək olar: 
- məlumat – maarifləndirici; 
- təhsilləndirici (dərketmə); 
- kəşfiyyat – tədqiqat (xüsusilə tairixi mədəniyyət sahəsində); 
- bədii – yaradıcılıq (istehsal, bədii dəyərlərin, xalq sənətinin, folklorun və s. 
qorunması və təkrar istehsalı); 
- sosial – yaradıcı; 
- peşə yönümlü; 
-  dəyər  yönümlü  (məsələn,  siyasi,  tarixi,  bədii  həyat  problemlərinə  dair 
müzakirə klubları); 
-  reabilitasiya  (psixoloji,  sosial  psixoloji,  sosial,  əmək,  yaradıcılıq,  ruhi 
reabilitasiya); 
-  mədəniyyətin  mühafizəsi  (kolleksiyalar  toplanması,  muzey  işi,  abidələrin 
qorunması); 
- təbiəti mühafizə; 
- bədən tərbiyəsi – sağlamlaşdırma. 
Layihə sənədi – sosial pasport. 
Layihələşdirmə  prosesinin  idarə  edilməsi  təşkilati  ehtiyatlar  və  sosial 
layihələrin  hazırlanması  prosesinin  texnologiyalaşdırılması  vasitələrilə 
reallaşır.  Bu  məqsədlə  fərqli  layihə  sənədləri  istifadə  edilir.  Bunlardan  ən 
vacibi sosial pasportdur.  
Sosial 
pasportun 
tərtib 
edilməsi 
layihələşdirmə 
obyektinin 
pasportlaşdırılması  ilə  əlaqəlidir.  Obyektin  pasportlaşdırılması  sistem 
haqqında  dəqiq  məlumatların  əldə  edilməsi,  onların  vəziyyətinin, 
funksiyalaşma  və  inkişafının  təsvir  edilməsidir.  Sosial  pasport  sistemin 
funksiyalaşması və inikşafına təsir edən kəmiyyət və keyfiyyət parametrlərini 
əks  etdirən    və  elementlər  strukturunun  təhlili  əsasında  qurulan  ümumi 
sənəddir. Pasportun tərtib olunması mərhələləri aşağıdakı kimidir: 
1.Sistemin  funksiyalaşması  və  inkişafına  təsir  edən  xüsusiyyətlərin  və 
parametrlərin müəyyənləşdirilməsi, onların təsnif edilməsi və diferensiasiyası. 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə