178
edərək, sosial yeniliklərin həyata keçirilməsi üsulları sistemini işləyib
hazırlayır, yeni reallığı təşkilatlandırmağa yönəlir. Sosial mühəndislik və
sosial təşkilatlandırmanın metodologiyası mütəxəssisin dəyişikliklərin nəzəri
modelini, məntiqini, xüsusiyyət və miqyasını, alətlər kompleksini və s.
seçməsini əsaslandırır. K.Popperin fikrincə, «sosial mühəndislik» ilk dəfə
1922-ci ildə R.Paund tərəfindən «Hüququn fəlsəfəsinə giriş» əsərində istifadə
edilmişdir. «Sosial mühəndislik» ayrı-ayrı sosial institutların, rəsmi
təşkilatların və s. məqsədyönlü dəyişdirilməsi və tənzimlənməsinə yönəlmiş
fəaliyyət formasıdır. K.Popperə görə, sosial mühəndislik mövcud və yeni
yaranmaqda olan sosial institutların tədrici islahatlar və dəyişikliklər vasitəsilə
yenidən qurulması və idarə edilməsinin layihələşdirilməsilə bağlı fəaliyyətdir.
Sosial mühəndislik iki əsas əlamətə görə fərqləndirilir:
1.Sosial mühəndislik fəaliyyəti prosesində yaranan təşkilati strukturlar
insan davranışının tənzimlənməsi və həmin davranışa nəzarəti həyata
keçirmək məqsədi daşıyır. Bir çox müəlliflər sosial mühəndisliyi müəssisə,
təşkilat, inzibati struktur rəhbərlərilə sosioloqlar, psixoloqlar və digər
mütəxəssislərin birgə həyata keçirdikləri idarəetmə fəaliyyəti kimi
müəyyənləşdirirlər.
2.Sosial problemlərin həlli, sosial qrup və institutların dəyişən şəraitə
uyğunlaşdırılması və sosial yeniliklərin tətbiq edilməsi məqsədini daşıyan
sosial mühəndislik fəaliyyəti xüsusi vasitələr, metodlar və texnologiyaların
köməyilə reallaşdırılır.
Bir çox müəlliflər «sosial mühəndislik» anlayışını qəbul etmirlər. F.A. fon
Xayek bu anlayışın istifadə edilməsinə qarşı çıxaraq, qeyd edir ki, bu anlayış
sosial proseslərin dövlət tərəfindən mərkəzləşdirilmiş planlaşdırılması
mahiyyətini daşıyır. N.Stefanov və K.Rixtarjik də bu anlayışdan imtina
edirlər. Onların fikrincə, «sosial mühəndislik» anlayışı insan davranışının
manipulyasiyası imkanlarına bəraət qazandırır. «Sosial mühəndislik»
anlayışının ideoloji şərhini aradan qaldırmaq üçün bu anlayışı «sosial
texnologiya», yaxud «sosiotexnika» anlayışları ilə əvəz etməyi təklif edirlər.
Q.A.Antonyuk qeyd edir ki, «sosial mühəndislik yalnız anlayış deyil, texniki
sahədə istifadə edilən mühəndislik terminlərinin sosial sahəyə ötürülməsi və
istifadə edilməsinə əsaslanan nəzəriyyələr kompleksinin adıdır». «Sosial
texnologiya» və «sosiotexnika» anlayışları mahiyyətcə «sosial mühəndislik»
anlayışından fərqlənir. Məlum olduğu kimi, «texnologiya» anlayışı müəyyən
fəaliyyətin predmetinə təsir etmə vasitələrini xarakterizə edir və fəaliyyətin
alqoritmləşdirilməsi, onun ayrı-ayrı əməliyyatlara bölünməsinə əsaslanır.
Əsasən
mühafizəkar,
zehni
əmək
tələb
etməyən
əməliyyatlar
texnologiyalaşmaya məruz qalır. «Texnika» anlayışı fəaliyyət vasitələri və
179
alətləri sistemini və bu sistemin istifadəsi üçün zəruri olan üsullar və
bacarıqlar toplusunu ifadə edir. «Mühəndislik», «mühəndislik fəaliyyəti»
anlayışları insanların təcrübi fəaliyyətində mühəndis bilikləri və metodlarının
istifadəsini nəzərdə tutur. «Sosial mühəndislik» anlayışı sosial sahədə
mühəndis yanaşmanın simvolik ifadə forması kimi çıxış edir. Mühəndislik
fəaliyyəti yalnız təşkilatlandırma və layihələşdirmə ilə məhdudlaşmır,
həmçinin layihələşdirilən sistemlərin təhlil elementlərini, qurulmuş
obyektlərin istismarı, layihələrin reallaşdırılması texnologiyalarını və s.
özündə birləşdirir. Təşkilatçı mühəndislər, analitik mühəndislər, texnoloq
mühəndislər və s. fərqlənirlər. Layihələşdirmə universal fəaliyyət forması
olub, insan həyatının müxtəlif sahələrində istifadə edilir. Mühəndis
layihələşdirmə mühəndislik təcrübəsinin bir forması kimi çıxış edir. Sosial
mühəndislik süni sosial sistemlərin yaradılmasına yönəlmiş biliklər, təcrübi
fəaliyyət sahəsidir. Sosial sahədə süni sahə geniş təzahür və prosesləri əhatə
edir. Geniş mənada sosial həyat süni təbiətə malikdir və bəşəriyyətin ən böyük
kəşfi hesab edilir. Qan qohumluğu olan insan birlikləri, etnik birliklər və
ittifaqlar, insan kütləsi, dostlar qrupu süni sistemlər nümunəsi hesab edilir.
Süni sosial sistemlər ümumi məqsəd və maraqları olan insanların birgə
fəaliyyəti əsasında əmələ gələn və funksiyalaşan məqsədyönlü sistemlər olub,
həm daxili, həm də xarici əlaqələrin normativ əsaslarda tənzimlənməsinə
əsaslanır. Sistem daxili və sistmelərarası münasibətlər institusional
möhkəmlənmiş olub, hüquqi və digər norma, qayda, razılaşmalar əsasında
müəyyənləşir. Süni sistemlər müəyyən təşkilati imkanlara və hüdudlara malik
olur. Süni sistemlərin yenidən qurulması zamanı elmi əsaslandırılmış layihədə
sistemin inkişaf məntiqi nəzərə alınmalıdır. Bununla əlaqədar olaraq, sosial
layihələşdirmə obyekti sistem əlaqələrinin təşkilatlanma səviyyəsi və
formalaşma dərəcəsinə görə fərqləndirilir. Süni tipli sosial sistemlər dedikdə,
əsasən sosial institutlar, sosial təşkilatlar, təşkilati qruplar nəzərdə tutulur.
Sosial institutlar sosial mühəndislik fəaliyyətinin ən çox tətbiq edildiyi
sahədir. Sosial sahədə mühəndislik fəaliyyəti süni sistemlərin – özünəməxsus
əlamətlərinə görə fərqlənən institutlar, təşkilatlar və qrupların yaradılması,
dəyişdirilməsi və inkişafına yönəlir. Sosial mühəndisliyin predmet sahəsi onun
idarəetmə statusu ilə müəyyənləşir və sosial idarəetmənin elmi
əsaslandırılmasına yönəlir. Sosial mühəndisliyin əsas xüsusiyyəti idarəetmədə
əmək bölgüsünün təmin edilməsilə bağlıdır. Sosial mühəndislik fəaliyyəti
sosial idarəetmənin bütün funksiyalarının – planlaşdırma, layihələşdirmə,
proqramlaşdırma, təşkilatlandırma, əlaqələndirmə və nəzarət – reallaşdırılması
ilə əlaqəlidir. Sosial mühəndislik fəaliyyəti idarəetmə qərarlarının
hazırlanması ilə məhdudlaşmır, alternativlərin seçilməsi, qərarların ekspert
Dostları ilə paylaş: |