SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə71/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   116

 
 
166 
4.Sosial layihələşdirmənin predmeti hansı əsaslarda formalaşır? 
 
REFERAT MÖVZULARI 
1.Sosial mühəndislik 
2.Sosial layihələşdirmənin metodologiyası  
3.Sosial layihələşdirmənin predmeti və obyekti 
4.Sosial strukturun layihələşdirilməsi  
5.İdarəetmə sisteminin təşkili mərhələləri 
 
ƏDƏBİYYAT: 
1.Антонюк Г.А. Социальное проектирование. Минск, 1978. 
2.Бергер  П.,  Лукман  Т.  Социальное  конструирование  реальности.  Трактат  по 
социологии знания. М., 1995. 
3.Карташов  А.В.  Проектное  знание:  опыт  методологического  анализа.// 
Системные  исследования.  Методологические  проблемы.  Ежегодник,  1988.  М., 
1989,с . 163.  
4. Курбатов В.И. Курбатова О.В. Социальное проектирование: Учебное пособие. 
Ростов н/Д: «Феникс», 2001. 
5.Лакис  П.П.  Методологические  и  логические  аспекты  прогнозирования.  Рига, 
1985. 
6.Лисичкин  В.А.  Теория  и  практика  прогностики:  Методологические  аспекты. 
М., 1972. 
7.Луков В. А. Социальное проектирование. М., 2000.  
8.Луков В. А. Социальное проектирование : учеб. пособие. 6-е изд., испр. М. : 
Изд-во Моск. гуманит ун-та : Флинта, 2006. 
9.Любимова  Т.В.  Будущее  –  это  истина  прошлого  //  Экология  культуры.  М., 
1991. 
10.Методологические  проблемы  социального  прогнозирования  /  Под  ред. 
А.П.Казакова. Л., 1975. 
11.Прогнозное социальное проектирование : Теоретико-методологические и 
методические проблемы / Ин-т социологии РАН ; отв. ред. Т. М. Дридзе. 2-е 
изд., испр. и доп.  М. : Наука, 1994.  
12.Раппапорт А.Г. Границы проектирования.// Вопросы методологии. N 1, 1991, 
с. 20.  
13.Розин  В.М.  Проектирование  как  объект  философско-методологичекого 
исследования.// Вопросы философии. N 10, 1984, с. 32. 
 
 
 
 
 
 


 
 
167 
Mövzu 13. SOSİAL LAYİHƏLƏŞDİRMƏNİN STRATEGİYASI VƏ 
ALƏTLƏR KOMPLEKSİ 
 
Sosial  layihələşdirmənin  əsas  məqsədi  sosial  layihələrin  hazırlanmasıdır. 
Sosial  layihə  müəyyən  maliyyə,  əmək,  maddi,  yanacaq-enerji,  o  cümlədən 
intellektual,  idrak,  evristik,  dəyər  ehtiyatlarının  mövcudluğu  şəraitində 
sistemin  gələcək  arzu  edilən  vəziyyətinin  müəyyənləşdirilməsi  məqsədini 
daşıyır.  Elmi  əsaslandırılmış  sosial  layihə  aşağıdakı  tələblərə  cavab 
verməlidir:        
1.layihələşdirilən  obyektin  yalnız  dəqiq  layihə  əsasında  aşkar  edilə  biləcək 
xüsusiyyətlərinin olması; 
2.sosial sifarişi yerinə yetirə biləcək parametrlərin olması; 
3.müəyyən zaman müddətində yerinə yetirilə biləcək xüsusiyyətlərin olması.  
Mümkün  sosial  sistemlərin,  proseslərin  və  təzahürlərin  sosial  layihəsinin 
hazırlanması  bir  sıra  şərtlərə  uyğun  olmalıdır:  elmi  əsasda  qurulmalı, 
reallaşması  nöqteyi-nəzərindən  səmərəli  olmalı,  ziddiyyətlərsiz  olmalı, 
reallaşmaq üçün yönəlməlidir. Sosial layihənin əsas xüsusiyyətlərindən biri də 
onun  mövcud  mənəvi  və  ümumqəbuledilmiş  sosial  normalara  zidd 
olmamasıdır.  Sosial  layihə  işarəli  məlumatlar  strukturuna  malik  olduğundan 
informasiya daşıyıcısı kimi beş əsas prinsipə malikdir: birmənalılıq, zərurilik, 
tamlıq,  ziddiyyətsizlik,  səmərəlilik.  Layihənin  daşıdığı  informasiya  zəruri  və 
kafi olmalıdır. İşarəli məlumatlar kifayət qədər olmalı, onların azaldılmasına 
ehtiyac duyulmamalıdır.  
Sosial  layihənin  həyata  keçirilməsi  vasitələrinin  (o  cümlədən  texniki, 
riyazi  və  məntiqi)  köməyilə  sistem  və  proseslər,  onların    inkişaf  meylləri, 
problemli  vəziyyətin  əmələ  gəlməsi  və  inkişafı,  subyektlərin  tələbatları, 
layihələşdirmə vasitələri və s. haqqında informasiya toplanır,  təhlil edilir və 
ümumiləşdirilir.  Müasir  dövrdə  layihələşdirmənin  texniki  vasitələri, 
avtomatlaşdırılmış layihələr geniş yayılıb.  
Sosial layihələrin strategiyaları  
Layihə  texnoloji  strategiyalar.  Sosial  layihələşdirmə  prosesində  tətbiq 
edilən texnoloji strategiyalar konkret layihələşdirmə vəziyyətindən asılı olaraq 
müəyyənləşdirilir.  Məsələn,  problem  sahənin  bəzi  qeyri-müəyyənliyi 
şəraitində  layihə  qərarlar  qəbul  etmək  üçün  vacib  olan  birmənalı  və  dəqiq 
müəyyənləşmiş planın olmaması ilə əlaqədar təsadüfi kəşfiyyat strategiyasının 
seçilməsi mümkündür.  
Xətti  strategiya  bir  qayda  olaraq,  qarşılıqlı  əlaqəli  ardıcıl  fəaliyyətlə 
əlaqədar  tətbiq  edilir.  Bu  zaman  bir  fəaliyyət  digərindən  sonra  gəlir,  lakin 
özündən əvvəlki fəaliyyətin nəticəsi olmur.  


 
 
168 
Şaxəli  strategiya  layihələşdirmə  prosesində  çox  variantlı  və  alternativ 
fəaliyyətin  reallaşdırılması  ilə  bağlıdır.  Bu  zaman  variantlar  mərhələli 
müqayisə  edilir  və  bir-birindən  və  layihələrdən  asılı  olmayaraq,  inkişaf  edə 
bilər.  Bu  isə  bir  neçə  layihə  modelinin  bir-birini  qarşılıqlı  tamamlayaraq 
istifadə edilməsinə şərait yaradır.   
Dövrü  (tsiklik)  strategiyanın  tətbiq  edilməsi  layihələşdirmə  prosesində 
təşkilatlanmanın əvvəlki  mərhələlərindən birinə qayıtmağa imkan yaradır. 
Adaptaptiv 
(uyğunlaşdırılmış) 
strategiya 
ilkin  layihələşdirmə 
fəaliyyətilə bağlı olur.   
Atrım  strategiyası  ənənəvi  layihələşdirmə  şəraitində  uyğunlaşdırılmış 
kəşfiyyatın  formalarından  biri  kimi  çıxış  edir.  Sosial  layihələrin  yaradılması 
üçün  istifadə  edilən  ümumiləşdirilmiş  strategiyalar  fərqli  sosial  layihələrin 
tələblərinə  cavab  verən  universal  xüsusiyyətlərə  malik  olur.  Layihə 
strategiyaları layihələşdirmə fəaliyyətinin məqsədlərindən asılı olur. Mərhələli 
məqsədlər layihələşdirmənin ayrı-ayrı mərhələlərində yerinə yetirilir.   
Layihə strategiyasının seçilməsi layihə fəaliyyətinin metod və vasitələrinin 
seçilməsi,  həmçinin  təşkilati  proqramın  tərtib  olunması  ilə  müşayiət 
olunmalıdır. Sosial layihələşdirmədə ən çox istifadə edilən metodlar  – sosial 
normativlər,  sosial  tarazlıq,  sosial  səmərələşdirmə,  sosial  tənəzzül,  sosial 
nəticələr, sosial tipologiyalar və təsnifatlar, sosial xəritələşdirmədir.   
Təşkilati  layihələşdirmənin  bütün  strateji  mərhələlərində  sosial 
layihəçilərin məqsədyönlü və razılaşdırılmış fəaliyyətini təmin edir. Təşkilati 
proqramın köməkliyilə layihələşdirmə müddətində layihə fəaliyyəti strukturlu 
dinamik  vahid  kimi  yaradılır  və  himayə  edilir.  Təşkilati  layihələşdirmə 
aşağıdakı struktura malikdir: 
1.bilavasitə  layihəçi  üçün  layihə  fəaliyyətinin  məqsəd  və  vəzifələrinin 
müəyyənləşdirilməsi; 
2.icraçılar üçün fəaliyyət bacarığından asılı olaraq, rolların bölüşdürülməsi; 
3.layihələşdirmə obyektinin sistemləşdirilməsi; 
4.qoyulan məqsədlərə nail olmaq üçün planlaşdırılmış fəaliyyətin dəqiq izahı; 
5.fəaliyyət vasitələri və gözlənilən nəticələrin siyahısı.  
Təşkilati  proqramlaşdırma  müəyyən  dərəcədə  layihə  obyektindən  asılı 
olur.  Seçilən  stratiegiyadan  asılı  olaraq,  təşkilati  proqramlaşdırma  layihə 
obyektini  qabaqlaya,  müşayiət  edə  və  geri  qala  bilər.  Sosial  layihələşdirmə 
təcrübəsində  sosial  layihələşdirmə  obyekti  haqqında  hipotetik  təsəvvürlərin 
birləşdirilməsinə  və  mövcud  layihənin  reallaşdırılması  xüsusiyyətlərinə 
əsaslanan təqlidi model geniş istifadə edilir. Təqlidi (imitasion) model sosial 
eksperiment  kimi  dəyərli  olub,  sosial  obyektin  xüsusi  təşkil  olunmuş  sosial 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə