SəADƏt davud qizi məMMƏdova


Problemin  aydınlaşdırılması



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə68/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   116

 
 
157 
1.Problemin  aydınlaşdırılması  –  problemli  vəziyyətin,  yəni  sosial 
inkişafın  mümkün  alternativinin  seçilməsi  üçün  məqsədyönlü  fəaliyyətin 
təşkilini tələb edən sosial ziddiyyətlə bağlıdır.   
2.Sosial sifariş – mövcud sosial problemin həll edilməsi zəruriliyinin dərk 
edilməsi əsasında formalaşır. Sifariş insanların maddi və mənəvi tələbatlarının 
reallaşdırılması,  ziddiyyətlərin  həll  edilməsi,  kompramiss  axtarılması 
məqsədilə müəyyən tədbirlərin hazırlanmasına dair təlimatdır.   
3.Obyektin 
pasportlaşdırılması 
(keyfiyyət 
göstəricilərinin 
müəyyənləşdirilməsi)  –  sistem,  proses,  yaxud  təzahürlər  haqqında  dəqiq 
göstəricilərin əldə edilməsi, onların mövcud vəziyyətinin, funksiyalaşmasının 
və inkişafının təsviridir. Pasport – mürəkkəb sənəddir və sistemin kəmiyyət və 
keyfiyyət  göstəricilərini,  onun  funksiyalaşması  və  inkişafına  təsir  edən 
parametrləri  əks  etdirir.  Pasport  əsasında  sistemin  struktur  elementlərinin 
analizi aparılır. Sosial pasportda sosial strukturun, şəraitin dəyişilməsi, əməyin 
müdafiəsi  və  ödənilməsi,  mədəni-məişət  şəraiti  və  s.  əks  olunur.  Sosial 
strukturun pasportu aşağıdakı mərhələlərdə yaradılır: 
a)  sistemin  normal  funksiyalaşması  və  inkişafına  təsir  edən  xüsusiyyət  və 
parametrlərin müəyyənləşdirilməsi, onların təsnifatı və diferensiasiyası; 
b)  pasport  formalarının  hazırlanması  (idarə  olunan  alt  sistemin  təsiri  ilə 
dəyişən göstəricilərin daxil edilməsi); 
c)  pasport  formalarının  tamamlanması,  zəruri  göstəricilərin  əldə  edilməsi: 
sənədlərlə iş, anketləşdirmə, intervü və s. 
4. Məqsədlər – hər hansı fəaliyyətin başlanması şərtidir. Məqsədyönümlük 
üç əsas göstəricidən ibarətdir: tələbatların (motivlərin) təsvir edilməsi, onların 
təmin  olunması  yollarının  və  üsullarının  təsviri  (fəaliyyətin  planlaşdırılması, 
proqramlaşdırılması);  son  nəticələrin  təsviri  (bilavasitə  və  vasitəsiz,  arzu 
edilən  və  arzu  edilməyən).  Məqsədin  əsaslandırılması  fəaliyyətin 
müəyyənləşdirilməsindən başlayır. Hər bir qoyulan məqsəddə ən vacib nəticə 
seçilməli,  məqsədə  nail  olma  müddəti,  vasitələri  müəyyənləşdirilməli  və 
nəzarət  edilməlidir.  «Məqsədlər  ağacı»  -  istiqamətləndirici  cədvəl  kimi 
müxtəlif  məqsədlər  arasındakı  münasibətləri,  onların  qiymətləndirilməsini, 
nail  olma  mərhələlərini  əks  etdirir.  «Məqsədlər  ağacının»  qurulması  sosial 
sifarişin,  problemli  vəziyyətin,  layihələşdirmə  obyektlərinin,  xarici  şəraitin, 
maddi-texniki,  maliyyə,  əmək,  enerji  və  digər  ehtiyatların  əhatəli 
öyrənilməsini tələb edir. İlk məqsədlərin müəyyənləşməsi mərhələsində onlar 
arasındakı ziddiyyətlər öyrənilməli, gələcək münaqişələrin qarşısı alınmalıdır. 
Hər  bir  sistem  qarşısında  bir  neçə  məqsəd  qaldırılır  və  onlardan  biri  əsas 
məqsəd kimi müəyyənləşdirilir və sistemin funksiyalaşması bütünlüklə həmin 
məqsədə nail olmağa yönəldilir.   


 
 
158 
5.  Sosial layihələşdirmənin  vəzifəsi  – təmin  olunması  tələb olunan  fərdi, 
yaxud ictimai tələbatların xülasəsidir. Vəzifələr – sistemin vəziyyətinin, onun 
maddi, əmək, maliyyə ehtiyatlarının, norma və normativlərinin əhatəli tədqiq 
edilməsi nəticəsində müəyyənləşdirilir. Bu zaman -  a) şəxsi vəzifələr ümumi 
vəzifələrə  qarışdırılmamalıdır;  b)  vəzifələri  həddən  artıq  təsnif  etmək,  sosial 
layihələşdirmə subyektinin təşəbbüskarlığını məhdudlaşdırmaq olmaz.   
6.Proqnozlaşdırma  –  layihələşdirmənin  əsas  mərhələlərindən  olub, 
layihələşdirmədən ayrılıqda öz mənasını itirir. Həqiqətə daha çox yaxın olan 
proqnoz idarəetmənin   təkmilləşdirilməsinə, layihələşdirmənin  səmərəliliyinə 
imkan  yaradır.  Layihələşdirmənin  sosial texnologiyası  əsasında  –  a) tədqiqat 
proqnozu  müəyyənləşdirilir;  b)  normativ  proqnoz  müəyyənləşdirilir;  c)  
proqnozlar verifikasiya və təshih (korrektə) edilir. 
Tədqiqat  proqnozu  obyektiv  qanunların  təsiri  və  insanların  məqsədyönlü 
müdaxiləsinin  heçə  endirilməsi  əsasında  sistemin  inkişaf  meyllərini 
xarakterizə edir.   
7.Normativ proqnoz – gələcəkdən indiki zamana yönəlmiş fəaliyyət olub, 
qoyulan  məqsəd,  vəzifə,  norma  və  ideallar  əsasında  proqnozlaşdırmaya 
yönəlir.  Proqnozların  çoxsaylı  verifikasiya  variantları  və  təshihi  (korrektə 
edilməsi) əsasında sistemin və prosesin gələcək vəziyyəti modelləşdirilir.  
8.Konstrukt  –  nəzəri  biliklərin  formalaşdırılmasıdır.  Çoxsaylı  modellər 
sırasından daha səmərəli olan seçilir.   
9.  Sistemin  layihəsinin  qurulması  mərhələsində  ideal  model  işarələr 
sistemi  ilə  təsvir  olunur,  sistemin  layihə  xüsusiyyətləri,  parametrləri, 
elementləri müəyyənləşdirilir, mövcud əlaqələri dəqiqləşdirilir. 
Sosial  layihələşdirmənin  əsas  vəzifəsi  bütün  mövcud  alternativləri 
müəyyənləşdirmək  və  əsaslandırmaq,  oxşar  tərəfləri  seçmək,  tədqiq  olunan 
prosesin  diaqnostikasının  xüsusiyyətlərini  göstərmək,  alınan  nəticələri 
qiymətləndirmə  vasitələrini  hazırlamaq,  birləşdirmə,  ayrılma,  şaxələnmə 
mərhələlərini dərk etməkdir.      
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
159 
 
 
YOXLAMA SUALLAR 
1.Layihələşdirmə ilə bağlı anlayışlar hansılardır? 
2.Sosial layihələşdirmənin subyekti və obyekti nədir? 
3.Sosial layihələşdirmənin informasiya sahəsi dedikdə nə nəzərdə tutulur? 
4.Sosial layihələşdirmədə hansı metodlar istifadə edilir? 
 
REFERAT MÖVZULARI 
1. Sosial layihələşdirmə sosiologiya elminin bir sahəsi kimi 
2.Sosial layihələşdirmə: predmet və problem sahəsi  
3. Sosial layihələşdirmənin metodları 
 
ƏDƏBİYYAT: 
1.Антонюк Г.А. Социальное проектирование. Минск, 1978. 
2.Бергер  П.,  Лукман  Т.  Социальное  конструирование  реальности.  Трактат  по 
социологии знания. М., 1995. 
3.Карташов  А.В.  Проектное  знание:  опыт  методологического  анализа.// 
Системные  исследования.  Методологические  проблемы.  Ежегодник,  1988.  М., 
1989,с . 163.  
4. Курбатов В.И. Курбатова О.В. Социальное проектирование: Учебное пособие. 
Ростов н/Д: «Феникс», 2001. 
5.Лакис  П.П.  Методологические  и  логические  аспекты  прогнозирования.  Рига, 
1985. 
6.Лисичкин  В.А.  Теория  и  практика  прогностики:  Методологические  аспекты. 
М., 1972. 
7.Луков В. А. Социальное проектирование. М., 2000.  
8.Луков В. А. Социальное проектирование : учеб. пособие. 6-е изд., испр. М. : 
Изд-во Моск. гуманит ун-та : Флинта, 2006. 
9.Любимова  Т.В.  Будущее  –  это  истина  прошлого  //  Экология  культуры.  М., 
1991. 
10.Методологические  проблемы  социального  прогнозирования  /  Под  ред. 
А.П.Казакова. Л., 1975. 
11.Прогнозное социальное проектирование : Теоретико-методологические и 
методические проблемы / Ин-т социологии РАН ; отв. ред. Т. М. Дридзе. 2-е 
изд., испр. и доп.  М. : Наука, 1994.  
12.Раппапорт А.Г. Границы проектирования.// Вопросы методологии. N 1, 1991, 
с. 20.  
13.Розин  В.М.  Проектирование  как  объект  философско-методологичекого 
исследования.// Вопросы философии. N 10, 1984, с. 32. 
14.Тощенко Ж.Т., Аитов Н.А., Лаин Н.И. Социальное проектирование. М., 1982. 
15.Управление проектами /Под ред. В. Д. Шапиро. СПб., 1996.  
 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə