SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə64/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   116

 
 
148 
qeyri-müəyyənliyini  və  rəngarəngliyini  dəf  etməyə  imkan  yaradır.  Tipiklik 
parametrləri dedikdə aşağıdakılar nəzərdə tutulur: 
a)  insanların  tələbatları  səciyyəvidir  (biri  üçün  uyğun  olan  çoxları  üçün 
uyğundur); 
b) insanların həyat trayektoriyası səciyyəvidir (birinin həyat fəaliyyəti forması 
digərləri üçün səciyyəvidir); 
c) insanların davranış fəaliyyəti səciyyəvidir (oxşar stimullar müəyyən sosial 
mühitdə oxşar reaksiya doğurur); 
ç)  həmişə  təklif  edilən  layihəni  müdafiə  edən,  yaxud  onun  həyata 
keçirilməsində maraqlı olan insan və insanlar qrupu mövcud lur. 
4. Sosial dəyərlər sırasında həmrəylik ən ali olandır. Sosial layihənin açıq, 
yaxud gizli məqsədi insanların həmrəyliyidir. 
5.  Sosial  layihələşdirmənin  konstruktivliyi  yad  ideyaların  mövcudluğunu 
və  işin  gedişində  «qeyri-mümkün  olanın  tələb  olunmasını»  inkar  etmir, 
həmçinin mümkün olanın yaradılması imkanına malik olur. 
Sosial  layihələşdirməyə  tezauruslu  (subyektiv)  yanaşma  ilə  bağlı  belə 
nəticəyə gəlmək olar ki: 
1. Sosial layihələşdirmə – ictimai həyatın müasir təşkili, cəmiyyətin idarə 
edilməsi üsullarından biridir.  
2.  Sosial  layihələşdirmə  (hansı  obyektin  layihələşdirilməsindən  asılı 
olmayaraq)  özündə  layihələşdirmə  fəaliyyəti  subyektinin  xüsusiyyətlərini, 
dünyagörüşünü əks etdirir. Sosial layihə subyektli istiqamətlənmişdir.  
3.  Sosial  layihələşdirməyə  tezauruslu  yanaşma  layihələşdirmənin 
subyektivliyinin digər subyektlərin seçim azadlığı ilə məhdudlaşdırılan bazar 
iqtisadiyyatı şəraitində səmərəlidir.  
Tezauruslu  yanaşma  sosial  və  mədəni  subyektivliyin  inkişaf  yollarını  və 
onun ziddiyyətli tərəflərini aşkar etməyə imkan yaradır. 
Yaşamağa  qabil  cəmiyyət  konsepsiyası  mövcud  qlobal  böhran 
vəziyyətinin  sabitləşdirilməsi  ilə  bağlı  olub,  gələcək  cəmiyyətin  qlobal 
layihələrinin  hazırlanmasına  yönəlir.  Bu  konsepsiyanın  mahiyyəti  belədir: 
Müasir dövrdə bəşəriyyət neft ehtiyatlarının tükənməsi, torpaqların aşınması, 
meşələrin  qırılması,  qeyri-sabit  hava  şəraiti,  silahlanmanın  genişlənməsi, 
dünya  nüvə  müharibəsinin  baş  verməsi  kimi  ciddi  təhlükə  qarşısındadır.  Bu 
konsepsiyanın tərəfdarları mövcud təhlükələrin qarşısının alınması məqsədilə  
bir  sıra  layihələr  təqdim  edirlər.  Onların  fikrincə  bu  layihələrin  həyata 
keçirilməsi  ictimai  inkişafı  daha  sabit,  «yaşamağa  qabil»  edə  bilər.  Bu 
məqsədə  nail  olmaq  üçün  sürətli  əhali  artımı  sabitləşdirilməli,  yanacaq 
ehtiyatları  daha  səmərəli  istifadə  edilməli,  insan  fəaliyyəti  dünya  üzrə 
genişləndirilməli  və  şəhərlərə  mərkəzləşmənin  qarşısı  alınmalıdır.  Bu 


 
 
149 
konsepsiyaya  görə,  dünya  ictimaiyyətinin  əsas  vəzifəsi  elə  bir  cəmiyyət 
yaratmaqdır ki,  «bu cəmiyyət öz iqtisadi və sosial sistemlərini planetdə təbii 
ehtiyatlar  sisteminin  qorunması  istiqamətində  qurmalıdır».  «Yaşamağa  qabil 
cəmiyyət» layihəsində uydurulmuş tələbatlar üçün maddi resursların lazımsız 
israfı  tənqid  edilir  və  planetar  problemlərin  həll  edilməsi  və  yeni  dünya 
nizamının bərqərar edilməsi haqqında tövsiyyələr verilir. 
İnsan  ekologiyası  konsepsiyasını  irəli  sürən  E.Laslou  qeyd  edirdi  ki, 
«Bugünkü  keçid  dövrü  xaosunun  ardınca  bəşəriyyət  ekologiyanın  əsas  rola 
malik  olduğu  daha  sabit  və  ədalətli  əsr  gözləyə  bilər».  E.Laslou  əmindir  ki, 
bəşəriyyət təbiətlə dərk edilmiş harmoniyanın yaradılması və insan cəmiyyəti 
tərəfindən  istifadə  edilən,  yaxud  yaradılmış  ehtiyat  və  strukturların 
planlaşdırılması  əsasında  qlobal  sivilizasiya  qurmaq  mümkündür.  «İnsan 
ekologiyası  əsri»  qurmaq  üçün  insan  faktoru  «dərkedilmiş  fəaliyyət,  müsbət 
kapital»  olmalıdır.  E.Laslou  təqdim  etdiyi  bu  qlobal  layihədə  sistemli  analiz 
metodundan istifadəyə üstünlük verir. O,  güman edir ki, gələcəkdə cəmiyyət 
onu  əhatə  edən  təbiət  və  insan  sistemlərinin  bir  hissəsi  kimi  dərk  ediləcək. 
Eyni  zamanda  təbiət  və  insan  sistemləri  bir  tərəfdən  kontinental  ekoloji 
sistemlər  və  biosferin,  digər  tərəfdən  isə  kontinental  regionlar  və  dünya 
sistemi kimi daha böyük sistemlərin bir hissəsidir. E.Laslou əmindir ki, «İnsan 
ekologiyası əsrində vətəndaşlıq dünya vətəndaşlığı»  kimi müəyyənləşəcək və 
«dünyəvi və fundamental insan həmrəyliyinin» əsası olacaq. Bu konsepsiyaya 
görə  dünya  vətəndaşlığı  fərqli  sosial  iqtisadi  quruluşlu  –  liberal,  sosialist  və 
dini  cəmiyyətlərin  mövcudluğu  şəraitində  qurulacaq.  E.Laslou  qlobal 
layihəsini hazırlayarkən gələcəyin cəmiyyətində «şəxsiyyətlərarası əlaqələrin» 
genişlənəsinin,  qeyri-maddi  ehtiyatların  xüsusi  əhəmiyyət  qazanmasnın,  iş 
saatının qısaldılmasının, asudə vaxtın və təhsilin rolunun yüksəlməsinin və s. 
əhəmiyyətini  ön  plana  çəkir.  E.Laslou  həmçinin  əmindir  ki,  bir  qrup  azlıq 
daha çox sərvət və hakimiyyətə malik olacaq.  
«Üçüncü  dalğa»  nəzəriyyəsini  «bəşəriyyətin  aqrar  cəmiyyətə  dialektik 
qayıdışı»  kimi  izah  edən  A.Tofler  hazırladığı  «sosial  futurizm»  proqramının 
məhz  bu  dövrdə  reallaşacağını  güman  edir.  A.Tofler  gələcəyin 
layihələşdirilməsilə  bağlı  strategiyasını  «Futuroşok»  (1970),  «Ekospazm» 
(1975), «Üçüncü dalğa» (1980) əsərlərində geniş şərh edir.        
Müasir  dövrdə  qloballaşma  prosesinin  geniş  tədqiqi  bəşəriyyətin 
gələcəyilə  bağlı  bir  sıra  inkişaf  modelləri  –  alternativ  inkişaf  modeli, 
humanist-sivilizasiya modeli, texnoloji birqütblü və humanist noosfera modeli 
və s. irəli sürülür.  
Texnoloji-birqütblü modelinin əsas mahiyyəti belədir ki, sosialist inkişaf 
istiqaməti  tənəzzülə  uğradığından  bəşəriyyəin  gələcək  inkişafı  birqütblülük 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə