SəADƏt davud qizi məMMƏdova


Mövzu 11. SOSİAL LAYİHƏLƏŞDİRMƏ: TƏBİƏTİ, MAHİYYƏTİ



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə66/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   116

 
 
152 
Mövzu 11. SOSİAL LAYİHƏLƏŞDİRMƏ: TƏBİƏTİ, MAHİYYƏTİ, 
METODOLOGİYASI 
 
Layihələşdirmə  –  mövcud  obyektin,  vəziyyətin  prototipinin,  maketinin 
yaradılması  prosesidir.  Hazırda  inşaat-memarlıq,  maşınqayırma,  texnoloji  və 
s.  ənənəvi  layihələşdirmə  ilə  yanaşı  insan-maşın  sistemlərinin,  genetik  və  s. 
layihələşdirmə istiqamətləri də yaranıb. 
Layihələşdirmə  termini  latın  dilində  «projektus»  -  gələcəyə  atılmış 
sözündən götürülüb. Layihələşdirmə bu və ya digər təzahürün inkişaf, yaxud 
dəyişmə variantının müəyyənləşdirilməsi, nəzərdə tutulan, mümkün obyektin 
nümunəsinin,  prototipinin  yaradılması  prosesidir.  Layihələşdirmə  –  obyektin 
gələcək  optimal  vəziyyətinə  dair  variantların  qurulması;  mövcud  vasitələrin 
tələb  olunan  məqsədlərə  uyğunlaşdırılması;  zəruri  nəticənin  əldə  edilməsi 
üçün  tədqiqat  obyektinin  tərkib  hissələrinin  əlaqələndirilməsi;  güman  edilən 
fəaliyyətlərin  reallaşmasına  qədərki  müddətdə  modelləşdirilməsi;  qeyri  – 
müəyyən şəraitdə qərarların qəbul edilməsidir. Layihələşdirmənin mahiyyətini 
başa  düşmək  üçün  onunla  bağlı  olan  kateqoriyaları  (anlayışlar  sistemini): 
təşkilatlandırma  (konstrukturlaşdırma),  sistem,  layihələşdirmə  subyekti, 
layihələşdirmə  obyekti,  sosial  texnologiyalar  (əməliyyatlar  toplusu),  sosial 
layihələşdirmənin metodları, layihələşdirmə şəraiti, mexanizmi, planlaşdırma, 
proyeksiya, qabaqcadan duyma, öncəgörmə, proqnozlaşdırma, modelləşdirmə 
və s. – nəzərdən keçirmək vacibdir. Bu anlayışların dərk edilməsi, onlara nail 
olma mərhələləri və reallaşdırılması metodları layihələşdirmənin mahiyyətini 
təşkil edir.  
Sosial  layihələşdirmə  –  sosial  obyektlərin,  sosial  keyfiyyətlərin,  sosial 
proses  və  münasibətlərin  layihələşdirilməsidir.  Sosial  obyektlərin 
proqnozlaşdırılmasında subyektiv amil nəzərə alınmalıdır. 
        Konstruksiya  (təşkilatlandırma)    –  hər-hansı  bir  obyektin  ideal 
formasının  yaradılmasına  məqsədyönlü  istiqamətlənmə  ilə  bağlı  intellektual 
fəaliyyətdir. Bu zaman müxtəlif amillər uyğunlaşdırılır, seçilir və yeni obyekt 
kimi əlaqələndirilir. 
Rekonstruksiya (yenidən təşkilatlandırma)  – həm intellektual, həm də 
təcrübi fəaliyyətə aid olur. Bu anlayış bir neçə mənada işlədilir:  
1) hər hansı bir süni obyektin köklü şəkildə yenidən qurulması;  
2) hər hansı bir obyektin qalıqları əsasında onun yenidən bərpa edilməsi. 
Birinci  məna  təcrübi  fəaliyyətlə  bağlı  olduğu  halda,  ikinci  mənada  əsasən 
ideal modellər qurulur, bəzən təcrübi fəaliyyətlə də bağlı olur.   


 
 
153 
Dekonstruksiya  (struktur  təhlil)  –  obyektin  süni  şəkildə  çeşidlənməsi, 
hissələrə  bölünməsi,  yaxud  normal  funksiyalaşmasının  pozulması  əsasında 
ideal modelin qurulmasıdır. Belə ideal model normativ xüsusiyyət daşıyır.     
Planlaşdırma  –  elmi  və  təcrübi  əsaslarda  bu  və  ya  digər  təzahürün 
məqsədlərinin  müəyyənləşdirilməsi,  vəzifələrinin,  müddəti,  sürəti  və 
nisbətlərinin  aşkar  edilməsi,  onların  cəmiyyətin  maraqlarına  uyğun  şəkildə 
reallaşdırılmasıdır.  
Öncəgörmə – hər hansı təzahür haqqında qabaqcadan xəbərvermə, yaxud 
mövcud  olsa  da  şəxsi  təcrübədə  olmayan  biliklərdir.  Elmi  öncəgörmə  sosial 
təzahür  və  hadisələrin  məlum  olan  əmələgələmə  səbəbləri,  funksiyalaşma 
formaları  və  inkişaf  gedişinə  uyğun  inkişaf  qanunauyğunluqlarının  aşkar 
edilməsinə əsaslanır.  
Proqnozlaşdırma  –  öncəgörmə  forması  olub,  planlaşdırılan  təzahürün 
məqsədyönümlüyü,  proqramlaşdırılması  və  idarə  edilməsində  əks  olunur. 
Proqnozlaşdırma  təzahürün  cari  zamanda  inkişaf  xüsusiyyətlərinin  nəzərə 
alınması əsasında gələcək inkişaf istiqamətlərinin öncədən görməsidir.   
Sosial layihələşdirmənin subyekti – idarəetmə fəaliyyəti ilə bağlı şəxslər, 
təşkilatlar,  əmək  kollektivləri,  sosial  institutlar  və  s.  olub,  sosial  reallığın 
məqsədyönlü,  təşkilatlanmış  dəyişdirilməsi  məqsədini  daşıyır.  Sosial 
layihələşdirmə  subyektinin  əsas  xüsusiyyəti  onun  sosial  aktivliyi, 
layihələşdirmə  prosesində  bilavasitə  iştirakı  ilə  bağlıdır  və  layihənin 
keyfiyyəti  sosial  layihələşdirmə  subyektinin  intellektual  səviyyəsindən 
asılıdır.  
Sosial  layihələşdirmənin  obyekti  –  sosial  əlaqələrin,  qarşılıqlı  təsirin 
təşkili sistemləri, prosesləridir. Sosial layihələşdirmənin obyekti –  
1)  maddi  və  mənəvi  istehsalın  təşkilati  təsirinə  məruz  qalan  elementlər,  alt 
sistemlər  və  sistemlərdir  (əmək  vasitəsi  və  predmeti,  sosial  texnologiya, 
texnika, həyat vəsaiti, mənəvi mədəniyyət, sosial fəaliyyət və s.);  
2) tarixi proses və sosial münasibətlərin subyekti olan və öz tələbatları, dəyər 
yönümləri, sosial nüfuzu, rolu olan insandır;  
3)  cəmiyyətin  sosial  strukturunun  müxtəlif  elementləri  və  alt  sistemləridir 
(əmək kollektivləri, regionları, sosial qrupları və s.);  
4)  çoxtərəfli  ictimai  münasibətlərdir  (siyasi,  ideoloji,  idarəetmə,  estetik, 
mənəvi, ailə-məişət, şəxsiyyətlər arası və s.);  
5)həyat tərzi elementləridir (həyat mövqeyi, həyat vasitələri, həyat keyfiyyəti 
və  üslubu  və  s.).  Sosial  layihələşdirmənin  əsas  obyekti  kimi  sosial  sistemlər 
çıxış edir. 
Layihələşdirmənin  informasiya  sahəsi  –  layihələşdirmə  obyektini 
xarakterizə  edən  elmi  əsaslandırılmış  parametrlər,  amillər  sistemidir. 


 
 
154 
İnformasiya  sahəsinin  yaradılması  mənbələri  –  sosial  tədqiqatların 
materialları,  intervü,  daimi  nəşrlərin  təhlili,  statistik  göstəricilərdən  və  s. 
ibarətdir.  
Layihələr  hazırlanması  fəaliyyəti  olan  layihələşdirmənin  iki  məqamı 
fərqləndirilir:  
1) fəaliyyətin ideal xüsusiyyəti
2)  gələcəkdə  təzahür  edə  biləcək  qeyri-adi  təsadüflərin  nəzərə  alınması. 
Layihələşdirmənin ən müxtəlif növləri, metodları və üslubları fərqləndirilir: 
1)texniki və prototipin layihələşdirilməsi (məs., müəyyən tapşırıqlar dairəsinin 
hazırlanması və s.);  
2)humanitar  və  ya  şəxsi  layihələşdirmə  isə  düşüncə  və  fəaliyyətin  təşkili 
problemlərilə bağlıdır.  
Layihələşdirmənin  metodoloji  prinsipləri  dedikdə,  şüurla,  refleksiv  və 
qeyri-şüurlu  qurumlar  vasitəsilə  məsələnin  qoyuluşu,  məsələnin  həllində 
istifadə  edilən  vasitələr,  proseslərin  ümumi  təşkili  və  s.  nəzərdə  tutulur.  Bu 
prinsiplərdə qarşılıqlı əlaqəli olan iki təbəqə fərqləndirilir: ontoloji (görmə və 
dərketmə təbəqəsi) və təşkilati-fəaliyyət (fəaliyyət və onun təşkili).  
Layihələşdirmənin 4 prinsipi fərqləndirilir:  
1) layihələşdirmə subyektlərinin qarşılıqlı təsiretmə sisteminin qurulması;  
2)  yaradıcı  birliklərin  yaradılması  və  təşkilinin  əsası  kimi  fikri  fəaliyyətin 
inkişafı; 
3)  layihələşdirilən  digər  fəaliyyət  sahələrinin  funksional  tənzimlənməsi  və 
reallaşdırılması;  
4) fərdiləşdirmə.  
Sosial layihələşdirmə aşağıdakı parametrlərə əsaslanmalıdır: 
- sosial obyektin ziddiyyətliliyi; 
- sosial obyektin çoxtərəfli inkişafı; 
- sosial obyektin hər hansı sosial nəzəriyyənin terminləri ilə ifadə olunmasının 
qeyri-mümkünlüyü;    
- sosial obyektin çoxamilliliyi; 
-  sosial  obyektin  inkişafında  mümkün  və  zəruri  olanın  qarşılıqlı 
münasibətlərini müəyyənləşdirən çoxsaylı subyektiv amillərin mövcudluğu

sosial  gözləmələr,  sosial  proqnoz  və  sosial  layihələşdirmənin 
formalaşmasının subyekiv amilləri
-  sosial  obyektin  inkişafının  qiymətləndirilməsi  meyarlarını  müəyyənləşdirən 
amillər.  
Bu  amillər  sosial  layihələşdirmənin  xüsusiyyətlərini  müəyyənləşdirən 
səbəblərin 
son 
siyahısı 
deyil. 
Sosial 
layihələşdirmə 
proqnozu 
qiymətləndirməyə,  sosial  inkişafın  planını  hazırlamağa  imkan  yaradır. 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə