SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə62/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   116

 
 
144 
A.Zakatnova  «Gələcəyin  mümkün  variantlarının  axtarışında»  (2007), 
H.Hüseynov  «Dönməzlik  şoku»  (2007),  M.Q.Altşuller  «Rus  sözünün 
həvəskarı» (2007) və s. əsərləri qeyd etmək olar. 
Sosial layihələşdirmənin nəzəri əsasları 
Ən  ümumi  mənada  sosial  layihələşdirmə  məkan,  zaman,  fəaliyyət 
ehtiyatlarına görə müəyyənləşmiş sosial məqsədin əldə edilməsinə yönəlir. Bu 
və ya digər sosial problem, yaxud problemlər qrupunun həlli ilə bağlı şüurlu 
fəaliyyət  forması  kimi  sosial  layihələşdirmə  nadir  xüsusiyyətə  malikdir. 
İnsanların  həyat  fəaliyyəti  ilə  bağlı  daha  təkmil  sosial  mühitin 
formalaşdırılması,  əlillər  üçün  səyahətin  təşkili,  yeni  təhsil  proqramının 
hazırlanması,  yaxud  özfəaliyyət  teatrın  təşkil  edilməsi  və  s.  ilə  bağlı  irəli 
sürülən sosial layihə dünya və insanla bağlı fəlsəfi və sosioloji konsepsiyalara 
söykənir. Zaman və məkana görə daha lokal layihələr yaratmaq mümkündür. 
Belə  layihələrdə  qoyulan  problemin  reallaşması  imkanları  və  nəticələri 
layihəçiyə  əvvəlcədən  məlum  olur.  Lokal  xüsusiyyətli  layihələrin  tətbiq 
edilməsi sosial idarəetmədə yeni yanaşmaların inkişafına və artıq XX əsrin 50-
ci  illərindən  etibarən  sosial  sahələrin  layihələşdirilməsi  texnologiyalarının 
daha  geniş  istifadəsinə  şərait  yaratdı.  Bazar  iqtisadiyyatı  ölkələrində 
sahibkarların  öz  fəaliyyətlərini  layihələr  əsasında  qurmağın  zəruriliyini  dərk 
etməsi,  bu  dövrdə  çox  sayda  biznes-layihələrin  meydana  çıxmasına  şərait 
yaratdı.  1960-cı  illərdə  Avropa  və  ABŞ-da  «public  participation» 
(ictimaiyyətin  iştirakı)  nəzəriyyəsi  inkişaf  etmişdi.  Bu  nəzəriyyə  funksional 
yanaşmadan mühiti (environmental) yanaşmaya keçid olub, sosial layihələrin 
işlənib  həyata  keçirilməsində  əhalinin  iştirakını  nəzərdə  tuturdu.  Əhalinin 
layihənin  hazırlanması,  təshih  edilməsi,  layihə  ilə  bağlı  qərarların  qəbul 
edilməsi,  hakimiyyətin  əsassız  sosial  qərarlarının  qarşısının  alınması 
prosesində iştirakı ideyası bir çox ölkələrdə sosial layihələşdirmə təcrübəsinin 
əsasını  təşkil  edir.  Nəzəriyyənin  reallaşdırılması  təbii  sosial  təyinetmə 
(identifikasiya) 
mexanizmlərinin 
müdafiəsi 
prosedurlarının 
işlənib 
hazırlanmasını,  yəni  proses  iştirakçılarının  bir-birinin  problemli  həyat 
vəziyyətini və qərarların işlənib hazırlanması prosesini eyniləşdirməyi nəzərdə 
tutur. Proses isə dialoq, əməkdaşlıq kimi qəbul edilir. XX əsrin 70-ci illərində 
firmaların  əksəriyyəti  informasiyanın  kompüterdə  işlənib  hazırlanması 
əsasında  layihələrin  idarə  edilməsi  metodlarını  inkişaf  etdirməyə  və  istifadə 
etməyə  başladılar.  «Layihələrin  idarə  edilməsi»  (Project  Management)  
menecmentin  perspektivli  istiqamətlərindən  birinə  çevrildi.  Biznes-layihələr 
sosial  layihələri  texnoloji  cəhətdən  qabaqladığından  və  biznes-layihələrin 
iqtisadi  səmərələşdirmənin  qiymətləndirilməsi  ilə  bağlı  olması,  sosial  işdə, 
həmçinin  sosial  mədəni  xüsusiyyətli  digər  fəaliyyətin  layihələşdirilməsində 


 
 
145 
belə  yanaşmanı  qeyri-mümkün  edirdi.  Sosial  sahədə  təşkilatlanmanın 
layihələşdirilməsi  daha  sistemli  xüsusiyyətə  malik  idi.  Bu  dövrdə  layihələrin 
hazırlanmasında  belə  bir  ideya  üstünlük  təşkil  edirdi  ki,  layihələşdirmənin 
məqsədi  yalnız  dəyərlər  tədqiq  edildikdən,  gələcək  dəyərlər  mühiti,  yeni 
dəyərlər dünyası təyin edildikdən sonra müəyyənləşdirilə bilər. XX əsrin 90-cı 
illərində həm menecment, həm də sosial və mədəni sahələrdə layihəli fəaliyyət 
əsas istiqamtlərdən birinə çevrildi. İnsan fəaliyyətinin bəşəriyyətin taleyi üçün 
təhlükə  yaratmasının  dərk  edilməsi  sosial  yeniliklərin  layihələşdirilməsi  və 
sosial layihələrin  qiymətləndirilməsi  konsepsiyasında  dəyişikliyə  səbəb  oldu. 
Sosial  layihələşdirmənin  mahiyyəti  arzu  edilən  gələcəyin  qurulması  ilə 
bağlıdır. Sosial layihələşdirmənin ilk məsələsi – hansı vəziyyət arzu ediləndir 
və bu vəziyyətə nail olmaq üçün hansı ehtiyatlar mövcuddur – müasir dövrdə 
fərqli  tədqiq  edilir.  Cəmiyyətin  arzu  edilən  vəziyyəti  problemi  ekofobiya 
xüsusiyyətləri  kəsb  edib.  Sosial  layihə  «insan-təbiət»,  «insan-insan» 
sistemlərində  tarazlığı  pozmamalıdır.  Bu  konsepsiya  sosial  layihələrin 
qiymətləndirilməsində ekoloji parametrlərin nəzərə alınmasını zəruri edir. Bu 
yeni parametrlər sosial yeniliklərin multiplikasion (sosial tələbatlar, maraqlar 
və  dəyərlər  məcmusunun  nəzərə  alınması)  və  kumulyativ  (layihənin  tətbiq 
edilməsi  nəticəsində  meydana  çıxan  dəyişikliklər)  xüsusiyyəti  ilə  bağlıdır. 
Avropa  və  Amerikanın  inkişaf  etmiş  ölkələrində  müasir  sosial 
layihələşdirmənin  əsas  xüsusiyyətləri  kütlənin  gündəlik  həyatda  ekofobiya 
fonu  ilə  bağlı  düşüncə  tərzi  əsasında  müəyyənləşir.  Akademik  B.Rauşenbax 
Almaniyanın  müasir  gündəlik  həyat  tərzini  müşahidə  edərək,  belə  nəticəyə 
gəlib  ki,  «əhali  ekoloji  problemlərin  aludəçisidir.  Təbiəti,  onun  ilkinliyini 
qorumağa  cəhd  qeyri-adi,  hipertrofiya  formasını  alıb.  Yalnız  hökumət 
nümayəndələri  deyil,  bütün  əhali  ekoloji  problemlərlə  maraqlanır».  Ekoloji 
alarmizm  (təlaş)  sosial  və  mədəni  sahələri  də  əhatə  edir  və  bədii  yaradıcılıq 
çərçivəsində  utopik  layihələşdirmənin  yeni  modellərinin  yaranmasına  şərait 
yardır.  Bu  modellər  insanların  birgəyaşayışının  yeni  sosial  mədəni 
nümunələrinin  yaradılması  üsulları  olsa  da,  bəzən  lokal  cəmiyyətlərin  real 
davranış  formalarını  mənimsəyir.  Məsələn,  mifopoetikanın  yaradıcısı  Con 
Tolkienin  «(cırtdan)  Hobbit,  yaxud  hər  iki  tərəfə»  əsərində  dünyanın  yeni 
quruluşu,  ruhun  texnologiyadan  xilası  haqqında  əfsanə  təqdim  olunur.  Bu 
əfsanədə  pərilər  dünyası  ilə  bağlı  fərqli  mühit  təsvir  edilsə  də,  buradakı 
qəhrəmanların  davranışı  yeniyetmələrin  real  dünyadakı  özünüaxtarış 
xüsusiyyətlərilə eynidir.   
Sosial  layihələşdirmə  konsepsiyaları.  Sosial  layihələşdirmənin  müasir 
konsepsiyaları sırasında sosial texniki layihələşdirmə, sosial layihələşdirməyə 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə