SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə58/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   116

 
 
135 
çoxalmasına,  demək  olar  ki,  inkubator  və  yə  konveyer  mədəniyyətin 
formalaşmasına  səbəb  olur.  E.M.Babasov  kütləvi  mədəniyyətin  miqyasının 
genişlənməsi  haqqında  qeyd  edir  ki:  «XX  əsrin  ortalarında  xalq 
mədəniyyətinin  genişlənməsilə  əlaqədar  olaraq  kütləvi  mədəniyyət  ifadəsi 
geniş yayıldı. Öz mahiyyət və ifadə formasına görə bu mədəniyyət tipi mənəvi 
və  maddi  dəyərlərin  kütləvi  istifadəsinin  orta  səviyyəsinə  uyğunlaşıb. 
Mədəniyyət  nümunələrinin  yayılmasının  kütləviliyi  istehsalın  kütləvi, 
konveyer  imkanlarıları  ilə  onların  yayılması  və    istifadəsinə  əsaslanır. 
Xüsusilə də son dövrlərdə teleseriallar, video və səs yazmalar, əsasən trillerlər
hit  paradlar,  musiqi  şlyagerləri,  müxtəlif  şoular  bunlara  böyük  misaldır. 
Əyləndiricilik  funksiyası  ön  plana  çəkilir,  oxuyan,  dinləyən  və  seyr  edən 
tamaşaçılara  –  kütləyə  primitiv  emosiyalar,  hissilik  aşılanır…,  qərbləşmə  və 
amerikanlaşma  prosesi  gedir.  Eyni  zamanda  kütləvi  mədəniyyətin  əksinə 
olaraq  elitar  mədəniyyət  seçilir.  Bu,  seçilmiş  bir  qrup  adama  istiqamətlənib. 
Onlar  yüksək  və  yaxşı  inkişaf  etmiş  bədii  mənimsəmə  qabiliyyətinə 
malikdirlər və onlar cəmiyyətin  ən yaxşı hissəsi, elita kimi qiymətləndirilmək 
istəyirlər».  Kütləvi  mədəniyyətə  xas  ən  ümumi  cəhətlərdən  biri  ənənəvilik 
hissinin saxlanmasıdır. İ.Məmmədovun qeyd etdiyi kimi, bu gün «Azərbaycan 
toplumu  tarixi-mədəni  keçmişindəki  ənənələr  sistemini  itirsə  də  hələ  də 
ənənəviliyin  dağıntıları  arasında  qalmaqdadır  və  ənənəviliyin  bir  çox 
təzahürlərini  özündə  göstərməkdədir».  Qeyd  etmək  lazımdır  ki,  sosial 
vəziyyətindən  asılı  olaraq  ənənəviliyə  münasibət  də  müxtəlifdir.  Məhz  bu 
müxtəlif  prizmalardan  yanaşma  ayrı-ayrı  qruplara  xas  mədəni  münasibətlər 
sisteminin yaranmasına səbəb olur. Beləliklə, kütləvi mədəniyyətin tərkibində 
bir  qədər  müxtəlif  baxışlara  malik  olan  mədəni  qruplar,  submədəniyyətlər 
seçilir.  Bununla  əlaqədar  olaraq,  E.M.Babasov  kütləvi  mədəniyyətdən  bir 
qədər  seçilən  və  müəyyən  mənada  onun  tərkib  hissəsi  olan  submədəniyyət 
haqqında  qeyd  edir  ki,  «Son  dövrlərdə  sosioloqlar  submədəniyyət  anlayışını 
daha  tez-tez  analiz  edirlər.  Mövcud  hakim  mədəniyyətin  əksinə  olaraq 
submədəniyyət  özlüyündə  hakim  dəyərlər  sisteminə  reaksiya  olaraq 
cəmiyyətdə  tabe  sosial  –  struktur  mövqedə  duran  sosial  qrup  tərəfindən 
yaradılmış qrup şəklində normalar, davranış stereotiplərinin mənalar, dəyərlər, 
ifadə vasitələri, həyat tərzini əks etdirir.  
E.M.Babasova görə, submədəniyyət  – şəxsiyyətin daxil olduğu və özünü 
sərbəst hiss etdiyi, şəxsiyyətdə «mən» anlayışının «biz» anlayışı ilə qarışdığı 
və  özünəməxsus  baxışları  və  davranış  qaydaları  ilə  fərqlənən  qrupa  xas 
dəyərlər sistemidir. Yuxarıda deyilənləri nəzərə alaraq bu gün Azərbaycanda 
həm  siniflərə  xas  submədəniyyətlərin,  həm  də  siniflər  daxilində  fərqlənən 
qruplara  xas  submədəniyyətlərin  yarandığını  müşahidə  etmək  olar.  Lakin  bu 


 
 
136 
submədəniyyətlər arasındakı ümumi cəhət odur ki, onlar kütləvi mədəniyyətin 
tərkib  hissəsi  və  kütləvi  mədəniyyətə  özünəxas  yanaşma  forması  kimi 
formalaşır. 
Bu  gün  cəmiyyətimizdə  mənəvi  islahatlar  edilməsinə  tələbat  yaranıb. 
Çünki  demokratiyanın,  iqtisadi tərəqqinin,  elmin  və  s.  təməli  mənəviyyatdır.
 
 
Mənəvi  dəyərləri  dirçəltmək  üçün  «millətin  mənəvi  varlığı  hesab  olunan  və 
onun tərəqqisini təmin edən milli şüuru, dini, iradəni, əxlaqı, xarakteri, tarixi, 
maddi-mənəvi  irsi,  adət-ənənələri  özündə  ehtiva  edən»  və  post-modernizm 
xüsusiyyətlərini məntiqi şəkildə uyğunlaşdıra bilən ideologiyanın yaradılması 
ən  düzgün  çıxış  yolu  ola  bilər.    Bildiyimiz  kimi,  keçid  dövrü  müxtəlif 
maraqların toqquşduğu, vahid ideologiyanın olmadığı bir dövrdür. Artıq XXI 
əsrin ilk on illiyində deyə bilərik ki, Azərbaycanda vahid milli ideologiyanın 
yaradılmasına  başlanıb.  Azərbaycan  Respublikasının  sabiq  Prezidenti 
H.Əliyev  gənclərin  ikinci  forumundakı  çıxışında  milli  ideologiyanın 
mahiyyətini  aşağıdakı  kimi  müəyyən  etmişdir:  «Azərbaycanın  suverenliyi, 
ölkəmizin  bütün  vətəndaşlarının  mənsub  olduğu  Azərbaycan  xalqı, 
azərbaycançılıq,  ölkəmizin  dövlət  dili  olan  Azərbaycan  dili,  xalqımızın  tarix 
boyu yaratdığı milli-mənəvi dəyərlərimiz, xalqımızın milli əxlaqi mentaliteti, 
ümumbəşəri  dəyərlər  və  bütün  bu  dəyərlərin  sintezi,  respublikamızın  ilk 
demokratik  konstitusiyası  hər  bir  vətəndaş  üçün  vəzifələr,  vətəndaşlarımızın 
hüquqları,  təminatları,  Azərbaycanın  milli  bayrağı,  himni  –  bütün  bunlar 
mənim  fikrimcə,  müstəqil  Azərbaycanın  milli  ideologiyasını  təşkil  edən 
prinsiplərdir.  Gənclərimizi  təhsil,  tərbiyə  sahəsində,  ailə  həyatında  bu 
prinsiplər əsasında formalaşdırmaq, inkişaf etdirmək və  fəaliyyətə cəlb etmək 
lazımdır». 
Keçid  dövründə  Azərbaycan  Respublikasında  baş  verən  mənəvi-mədəni 
proseslərin öyrənilməsinin nəticəsi kimi aşağıdakı ümumiləşdirmələrə gəlmək 
olar: 
I. Keçid dövrü – köhnə sistemin tədricən aradan çıxması  və eyni zamanda 
yeni  sistemin  rüşeymlərinin  inkişaf  edərək  möhkəmlənməyə  başlaması 
dövrüdür.  
Keçid  dövrünü  həm  də  G.Zimmelin  ifadəsi    ilə  desək,  köhnə 
«mədəniyyətin  böhranı»  və  ya    mövcud  mədəniyyət  daxilində  münaqişənin 
yaranması və inkişafı dövrü kimi xarakterizə etmək  olar.  
II. Müasir bəşəriyyət qlobal demokratiyaya keçid dövrünü yaşayır. Qlobal 
demokratiyanın aparıcı amilləri aşağıdakılardır: 
a)  İdeologiya;    b)  İqtisadiyyatın  qloballaşması;    c)  Mədəniyyətin 
qloballaşması.  


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə