SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə57/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   116

 
 
133 
çevrilməsində  özünü  aydın  təzahür  etdirir.  Ümumiyyətlə  isə,  elm  və 
texnikanın  ən  böyük  nailliyyətlərindən  hesab  edilən  kütləvi  informasiya 
vasitələri  bəşəriyyət  səviyyəsində  mənəvi  inteqrasiyanı  təmin  edir.  Eyni 
zamanda  məhz    bu  inteqrasiya  psixi  gərginliyi  artırır.  Bir  tərəfdən,  müxtəlif 
dünya ölkələrində baş verən təbii və siyasi fəlakətlərin, digər tərəfdən isə ideal 
həyat  şəraitinin  təsvirinə  əsaslanan  filmlərin  izlənməsi  bu  gərginliyin  əsas 
səbəbinə  çevrilir.  Faciə  və  fəlakətlərin  izlənməsi  şəxsiyyətdə  gələcəyə 
inamsızlıq,  həyatın  faniliyi  kimi  hisslər  yaradır,  onun  fəaliyyətini 
passivləşdirir.  Filmlərdə  təsvir  və  təbliğ  olunan  təmin  olunmuş  həyat  şəraiti 
isə yaşadığı müddətdə özünə rahat həyat şəraiti yarada bilməyən şəxsiyyətdə 
aqressiv  əhval-ruhiyyə  oyadır.  Beləliklə,  özünü  aid  etdiyi    qrupa  daxil  olma 
imkansızlığı  şəxsiyyətin  rollarında  yaranan  münaqişənin  əsas  səbəblərindən 
birinə  çevrilir.  Bu  gün  cəmiyyətimizdəki  dəyişikliklər  mənfi  və  müsbət 
tərəflərilə  şəxsiyyətin  formalaşmasına  qarşısıalınmaz  təsir  göstərir.  Keçid 
dövründə cəmiyyətin mövcud mənəvi-mədəni dəyərlər sistemi deqradasiyaya 
uğrayır, insanların daxili mənfi potensialı üzə çıxır və həm şəxsiyyət, həm də 
cəmiyyət  səviyyəsində  faciəvi  hadisələr  bolluğu  əmələ  gəlir.  Mənəvi  boşluq 
hiss edən şəxsiyyətdə özünüaxtarış cəhdi yaranır. Özünü tapa bilməyənlər ya 
cəmiyyətdən  təcrid  olunmuş  vəziyyətdə  faniliyə  qapılır,  ya  da  dağıdıcı 
qüvvəyə  çevrilib  qeyri-normal  fəaliyyətə  başlayırlar.  Şəxsiyyətin  mənəvi 
böhranının  əksi  olan  bu  proses  keçid  dövrü  üçün  təbii  vəziyyətdir.  Bununla 
əlaqədar  E.From  qeyd  edir  ki,  «Şəxsiyyətin  inkişafı  tez-tez  cəmiyyət 
tərəfindən ciddi məhdudiyyətlərlə qarşılaşır. Bu günkü cəmiyyət çərçivəsində 
şəxsiyyətin  dəyişildiyini  qəbul  və  arzu  etməyən  adamlar  daxili  dəyişmələrə 
qarşı  olduqlarını  inqilabi  frazelogiyadan  istifadə  edərək  gizlədən  saxta 
radikallardır.  Tənqidi  radikal  zəka  yalnız  olduqca    qiymətli  insani  dəyərlər 
olan  məhəbbət  və  həyatla  birlikdə  çıxış  etdikdə  qiymətli  olur».  Qapalı 
cəmiyyətdən  açıq  cəmiyyətə  keçid  dövrünü  yaşayan  şəxsiyyət  isə 
ümumiyyətlə yeni yaranan sosial münasibətlərə marginal mövqedə durur. Bu 
zaman müxtəlif dünyagörüşləri toqquşur. Keçid dövründə yaranan ziddiyyətli 
prosesləri  mədəni  hərəkat  kimi  qiymətləndirmək  olar.    Danilo  J.Markoviçə 
görə, «Mədəni hərəkat həmişə sosial və sivil prosesləri öz axarına çəkə bilir».   
Müasir  bəşəriyyət  qlobal  demokratiyaya  keçid  dövrünü  yaşayır.  Qlobal 
demokratiyanın aparıcı amilləri aşağıdakılardır: 
a) İdeologiya (sosial və siyasi  fəaliyyətin əsasında duran ideyalar sistemi 
kimi); 
b) İqtisadiyyatın qloballaşması (bəşəri miqyasda iqtisadi fəaliyyətin şəxsi 
kapital hissələri əsasında inteqrasiyası prosesi);  


 
 
134 
c)  Mədəniyyətin  qloballaşması  (ümumdünya  miqyasında  mədəni 
nümunələrin yayılması tendensiyasıdır. Onu da qeyd etmək olar ki, Giddensə 
görə  «qloballaşma  bu  gün  ancaq  qərbləşmə  kimi  başa  düşülə  bilməz».  Bu  – 
mədəni pluralizmə gətirən prosesdir. 
Qeyd  edilən  amillər  –  siyasi,  mədəni,  iqtisadi  -  bütövlükdə  
sivilizasiyaların mədəni dəyərlər sistemi kimi çıxış edir. Müasir sivilizasiyada  
bu dəyərlər yeni məna kəsb edib. 
Müasir  dünyanın  siyasi  təsviri  belə  nəticəyə  gəlməyə  imkan  verir  ki, 
qloballaşma prosesi məhz milli mədəniyyətləri elit mədəniyyətlər səviyyəsinə 
qaldıracaq.  
Milli mədəniyyətlərin ən vacib qoruyucu amilləri aşağıdakılardır:  
1.Dil;   2.Milli mərasimlərin qeyd edilməsi. 
Milli  mədəniyyətlərin  əsas  dağıdıcı  amili  informasiya  texnologiyasının 
genişlənməsidir.  Bu  baxımdan  qloballaşma  prosesini  həm  də  informasiya 
inqilabı dövrü kimi xarakterizə etmək olar. İnformasiya inqilabı bir tərəfdən, 
bəşəriyyət  üçün  qloballaşma  prosesi  ilə,  digər  tərəfdən,  şəxsiyyət  üçün 
fərdiləşmə, kollektiv münasibətlərin dağılması ilə müşayiət olunur. Fərdiləşmə 
prosesi  yeni  düşüncə  tərzinə  malik  olan  şəxsiyyətə  məhdudiyyətsiz  seçim 
azadlığı verilməsi ilə əlaqədar yaranır. Bu prosesi  C.Eburdin və P.Nesbit öz 
əsərləində belə izah edirlər: «Biz qloballaşma erası ilə eyni vaxtda şəxsiyyətin 
yüksəlişi  dövrünü  yaşayırıq.  Qloballaşma  prosesinin  paradokslarından  biri 
odur ki, ayrı-ayrı şəxsiyyətlər daha böyük əhəmiyyət kəsb edirlər və daha da 
güclənirlər.  Bu  dəyişikliklər  kütləvi  informasiya  vasitələrində  də  əks  olunur. 
İnsanlar  audio  və  video  kasetlərin  köməyilə  öz  fərdi  tələbatlarını  ödəyə  və 
mədəni proqramlara baxa bilirlər. Bu və ya digər imkanlar şəxsiyyətin rolunu 
və  imkanlarını  genişləndirir.  Şəxsiyyətin  yüksəlişi  kollektivin  məhvinin 
sübutudur.  Kollektivdə  fərdi  məsuliyyətdən  qaçmaq  imkanı  var.  Lakin 
şəxsiyyət  səviyyəsində  bu  imkan  yox  olur.  Şəxsiyyət  səviyyəsində  olaraq 
birliklər,  müstəqil  assosiasiyalar  yaratmaq  olar.  Yeni  texnologiya  istehsalın 
miqyasını və məkanını əhəmiyyətsiz edib və ayrılıqda şəxsiyyətin imkanlarını 
genişləndirib.  Artıq  sahibkarlıq  mədəniyyətdə  daha  böyük  rol  oynamağa 
başlayıb,  belə  ki,  bu  zaman  şəxsiyyət  özünün  daha  yaxşı  olanı  haqqında 
təsəvvürlərini  reallaşdırır».  Sahibkarlığın  mədəniyyətdə  çox  böyük  rol 
oynamasının daha mühüm  göstəricilərindən biri də müasir dövrümüzdə ayrı-
ayrı  assosiasiyalar  tərəfindən  qrant  almaqla  müəyyən  bir  layihənin  həyata 
keçirilmə imkanlarının yaranmasıdır.   
Fərdiləşmə  prosesinin  ən  mühüm  səbəblərindən  biri  də  informasiya 
inqilabı nəticəsində formalaşan kütləvi mədəniyyətdir. Kütləvi mədəniyyət isə 
eyni  cür  düşünən  və  oxşar  dünyagörüşlərinə  malik  olan  şəxslərin  sayca 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə