SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə65/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   116

 
 
150 
xüsusiyyəti  daşıyır.  Müasir  qloballaşma  şəraitirndə  ən  varlı  ölkələrlə  kasıb 
ölkələrin, sivilizasiyaların toqquşması təhlükəsi meydana çıxdığından yüksək 
sosial  iqtisadi  quruluşa  nail  olmuş  ABŞ,  Avropa  ölkələri,  Yaponiya  kimi 
ölkələr lider dövlətlər olaraq fəaliyyət göstərməlidirlər.  
Neoliberal  model    informasiya  cəmiyyətinə  (1973-cü  ildə  D.Bell 
tərəfindən  irəli  sürülmüşdür)  yönəlib,  dünya  ehtiyatlarının  informasiya 
texnologiyalarının 
xeyrinə 
bölüşdürülməsi 
strategiyasına 
əsaslanır. 
Qloballaşmanın neoliberal modeli dünyanın qeopolitik parçalanmasına aparır. 
Neoliberal modelin sosial mədəni əsasları Qərb dünyasının dəyərlər sisteminin 
qlobal yayılmasından ibarət olub, digər sivilizasiyaların özünəməxsusluğunun 
aradan qaldırılmasına yönəlib.  
Alternativ  model  neoliberal  modelə  qarşı  qoyulur.  Bu  modelə  görə 
postindustiral  cəmiyyət  mahiyyətcə  humanist-noosfer  cəmiyyətdir,  çünki 
burada  insanı  istismar  edən  və  təbiəti  fəth  edən  maşınlar  sisteminə  deyil, 
yaradıcı  başlanğıca  və  hər  bir  insanın,  hər  bir  xalqın  və  sivilizasiyanın 
ləyaqətli  həyat  şəraiti  və  inkişafına,  cəmiyyətin  və  təbiətin  rasional 
yönəldilməsinə  üstünlük  verilir.  Alternativ  model  sivilizasiyaların  və 
mədəniyyətlərin  fərqliliyinin  qorunmasına  və  zənginləşdirilməsinə  yönəlir. 
Alternativ  modelin  əsas  məqsədi  müxtəlif  ölkə  və  sivilizasiyaların  sosial 
iqtisadi,  elmi-texniki  və  ekoloji  inkişafında  yaranan  fərqlərin  aradan 
qaldırlıması  üçün  mövcud  qloballaşmanın  ehtiyat  və  üstünlüklərinin  istifadə 
edilməsidir. Sivilizasiya və ölkələr arasındakı uçurumu aradan qaldırmaq üçün 
sabit  inkişaf  strategiyası  ön  plana  çəkilir.  Qeyd  olunan  modellərin 
reallaşdırılması – bəşəriyyətin yanacaq təminatı, ərzaq və sağlamlıq, texnoloji 
çevriliş, təhsil, demoqrafik layihələrinə əsaslanır. 
Bəşəriyyətin  yanacaq  təminatı  layihəsinin  mahiyyəti  belədir  ki,  enerji 
ehtiyatları  və  istehlakı  sivilizasiyalar  və  ölkələr  üzrə  qeyri-bərabər 
bölüşdürülüb.  Enerjinin  istehlakının  genişlənməsi  yanacaq  ehtiyatlarının 
tükənməsinə və planetin çirklənməsinə, ekoloji təhlükənin yaranmasına səbəb 
olub,  bununla  yanaşı  kasıb  ölkələrdə  yanacağa  tələbat  daim  artır.  Bu 
ziddiyyəti  iki  yolla  aradan  qaldırmaq  mümkündür:  enerjiyə  qənaət  edən 
texnologiyaların  geniş  istifadəsi  və  bərpa  edilmiş  yanacaq  mənbələrindən 
istifadə edilməsi.             
Ərzaq  və  sağlamlıq  haqqında  layihələr  kasıb  ölkələrdə  insanların  aclıq 
çəkməsi  və  varlı  ölkələrdə  ərzaq  bolluğu  nəticəsində  əhalinin  piylənməsi 
arasındakı ziddiyyətlərlə bağlıdır və bu istiqamətdə «ikinci yaşıl inqilab», gen 
mühəndisliyi  və  biotexnologiyaların  istifadəsini  zərur  amil  kimi 
qiymətləndirir.  Məhz  bu  əsasda  dünya  əhalisini  ərzaqla  və  tibbi  ehtiyatlarla 
təmin etmək mümkündür.  


 
 
151 
Texnoloji  çevriliş  layihələri  industrial  cəmiyyətdən  postindustrial 
cəmiyyətə,  beşinci  texnoloji  sistemdən  altıncı  texnoloji  sistemə  keçid 
şəraitində inkişaf etməkdə olan ölkələrdə texnologiyaların hər iki  formasının 
(yüksək texnologiyalar, xüsusilə də silahlar istisna olmaqla) tədrici yayılması, 
bunun  üçün  BMT-nin  himayəsi  altında  qlobal  texnoloji  fond  yaradılması  ilə 
bağlıdır. 
Təhsil  layihəsi  varlı  və  kasıb  ölkələr  və  sivilizasiyalar  arasındakı  fərqin 
əsas  səbəbi  təhsillənmə  səviyyəsilə bağlıdır. Təhsilin  aşağı səviyyədə  olması 
müasir  texnologiyanın  istifadəsini  çətinləşdirir.  Kasıb  ölkələrdə  əhalinin 
təhsillənməsinə  şərait  yaratmaq  üçün  YUNESKO  səviyyəli  təşkilatların  bu 
istiqamətli layihələr həyata keçirməsi vacibdir.  
Demoqrafik  layihələr  XXI  əsrin  birinci  yarısında  iki  ekoloji  böhran  – 
əhali  artımı  və  əhalinin  sayının  azalması  böhranı  meydana  çıxıb.  Birinci 
proqnoza  görə,  2002-ci  ilədən  2050-ci  ilədək  əhali  artımı  6215  milyondan 
9104  milyon  nəfərə  çatacaq.  Proqnozlara  görə  XXI  əsrin  ortalarına  doğru 
dünyanın  40-dan  çox  ölkəsində  əhalinin  sayı  azalacaq.  Əhalinin  sayının 
azalması və qocalmasının qarşısını almaq üçün dərin tədqiqatlar tələb olunur.    
YOXLAMA SUALLAR 
1.Rusiyada sosial layihələrin inkişaf tarixində yaranan fərqlər nə ilə bağlı idi? 
2. «Public participation» nəzəriyyəsi nəyi nəzərdə tuturdu? 
3. Hansı sosial layihələşdirmə konsepsiyaları fərqləndirilir? 
4. «Üçüncü dalğa» nəzəriyyəsinin mahiyyətini izah edin. 
REFERAT MÖVZULARI 
1.Sosial layihələşdirmənin inkişaf tarixi 
2.Sosial layihələşdirmənin nəzəri əsasları 
3.Sosial texniki layihələşdirmə  
4.Sosial layihələşdirmənin fəlsəfəsi 
5.Yaşamağa qabil cəmiyyət konsepsiyası 
6.İnsan ekologiyası konsepsiyası  
ƏDƏBİYYAT: 
1. Косов Ю.В. Социально-политическая сущность футурологических проектов общества 
будущего в буржуазной глобалистике. Социальное прогнозирование, планирование, 
проектирование, Сборник статей, Красноярск, 1988. 
2. Крючков Ю.А. Теория и методы социального проектирования. М., 1992. 
3.Курбатов В.И. Курбатова О.В. Социальное проектирование: Учебное пособие. Ростов 
н/Д: «Феникс», 2001. 
4.Луков В. А. Социальное проектирование : учеб. пособие. 6-е изд., испр. М. : Изд-во 
Моск. гуманит ун-та : Флинта, 2006. 
5.Луков В. А., Миневич Я. В. Будущие политики : Социализация студентов, 
ориентированных на профессиональную политическую деятельность : науч. монография. 
М : Изд-во Нац. ин-та бизнеса, 2004.  
6.Яковец  Ю.В.  Модели  и  проекты  глобализации.  Глобализация  и  столкновение 
идентичностей, Сборник материалов интернет конференции, М., 2003. 
 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə