Layihələşdirmə anlayışı: mahiyyəti, subyekti, obyekti Sosial layihələşdirmənin prinsipləri, metodikası Sosial layihələşdirmənin mərhələləri



Yüklə 51,27 Kb.
səhifə1/7
tarix22.12.2023
ölçüsü51,27 Kb.
#154140
növüMühazirə
  1   2   3   4   5   6   7
Muhazirə 10 Sosial layihələşdirmə təbiəti


Mühazirə 10. Sosial layihələşdirmə: təbiəti, mahiyyəti, metodologiyası
PLAN

  1. Layihələşdirmə anlayışı: mahiyyəti, subyekti, obyekti

  2. Sosial layihələşdirmənin prinsipləri, metodikası

  3. Sosial layihələşdirmənin mərhələləri



1. Layihələşdirmə anlayışı: mahiyyəti, subyekti, obyekti Layihələşdirmə termini latın dilində «projektus» - gələcəyə atılmış sözündən götürülüb. Layihələşdirmə bu və ya digər təzahürün inkişaf, yaxud dəyişmə variantının müəyyənləşdirilməsi, nəzərdə tutulan, mümkün obyektin nümunəsinin, prototipinin yaradılması prosesidir. Layihələşdirmə – obyektin gələcək optimal vəziyyətinə dair variantların qurulması; mövcud vasitələrin tələb olunan məqsədlərə uyğunlaşdırılması; zəruri nəticənin əldə edilməsi üçün tədqiqat obyektinin tərkib hissələrinin əlaqələndirilməsi; güman edilən fəaliyyətlərin reallaşmasına qədərki müddətdə modelləşdirilməsi; qeyri – müəyyən şəraitdə qərarların qəbul edilməsidir.
Layihələşdirmənin mahiyyətini başa düşmək üçün onunla bağlı olan kateqoriyaları: təşkilatlandırma, sistem, layihələşdirmə subyekti, layihələşdirmə obyekti, sosial texnologiyalar (əməliyyatlar toplusu), sosial layihələşdirmənin metodları, layihələşdirmə şəraiti, mexanizmi, planlaşdırma, proyeksiya, qabaqcadan duyma, öncəgörmə, proqnozlaşdırma, modelləşdirmə və s. – nəzərdən keçirmək vacibdir. Bu anlayışların dərk edilməsi, onlara nail olma mərhələləri və reallaşdırılması metodları layihələşdirmənin mahiyyətini təşkil edir.
Sosial layihələşdirmə sosial obyektlərin, sosial keyfiyyətlərin, sosial proses və münasibətlərin layihələşdirilməsidir. Sosial obyektlərin proqnozlaşdırılmasında subyektiv amil nəzərə alınmalıdır.
Konstruksiya (təşkilatlandırma) – hər-hansı bir obyektin ideal formasının yaradılmasına məqsədyönlü istiqamətlənmə ilə bağlı intellektual fəaliyyətdir. Bu zaman müxtəlif amillər uyğunlaşdırılır, seçilir və yeni obyekt kimi əlaqələndirilir.

Yüklə 51,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə