Layihələşdirmə anlayışı: mahiyyəti, subyekti, obyekti Sosial layihələşdirmənin prinsipləri, metodikası Sosial layihələşdirmənin mərhələləri



Yüklə 51,27 Kb.
səhifə5/7
tarix22.12.2023
ölçüsü51,27 Kb.
#154140
növüMühazirə
1   2   3   4   5   6   7
Muhazirə 10 Sosial layihələşdirmə təbiəti

Assosiasiya metodu – sosial təzahür və proseslərin layihələşdirilməsi prosesində uyğunlaşma, modifikasiya (dəyişmə) və tam yenidən təşkilatlanma üsullarının uyğun istifadəsinə əsaslanır.
Zehni həmlə metodikası – ideyaların törəməsi, bərabər hüquqlu rəqabəti və müqayisəsinin əlaqələndirilməsi ilə bağlıdır. Bu zaman qiymətləndirmə aparılır, dəlillər ekspertiza edilir, fikir mübadiləsi aparılır.
Sinektika metodu əsasında bir neçə ideya ayrılıqda nəzərdən keçirilir, onlar arasındakı qarşılıqlı əlaqə və asılılıq müəyyənləşdirilir.
Sosial layihələşdirmə şəraiti – münasibətlər, proseslər, fəaliyyət, əşyalar, vasitələr və s. ilə bağlı amilləri özündə birləşdirir.
Layihə fonu – layihələşdirmə obyektinin funksiyalaşması və inkişafına təsir edən xarici göstəricilər toplusudur.


3.Sosial layihələşdirmənin mərhələləri – sosial layihənin hazırlanması üsulları, metodları, qaydaları, prosedurları, əməliyyatları sistemidir. Sosial layihələşdirmənin geniş yayılmış sxemi – problemin aydınlaşdırılması (problemli vəziyyət), sosial sifariş, sosial pasport (keyfiyyət göstəricisi), layihənin məqsədləri, layihənin vəzifələri, kəşfiyyat proqnoz, normativ proqnoz, verifikasiya və düzəliş edilməsi, model, təşkil, layihə mərhələləri əsasında qurulur.
1.Problemin aydınlaşdırılması problemli vəziyyətin, yəni sosial inkişafın mümkün alternativinin seçilməsi üçün məqsədyönlü fəaliyyətin təşkilini tələb edən sosial ziddiyyətlə bağlıdır.
2.Sosial sifariş – mövcud sosial problemin həll edilməsi zəruriliyinin dərk edilməsi əsasında formalaşır. Sifariş insanların maddi və mənəvi tələbatlarının reallaşdırılması, ziddiyyətlərin həll edilməsi, kompramiss axtarılması məqsədilə müəyyən tədbirlərin hazırlanmasına dair təlimatdır.
3.Obyektin pasportlaşdırılması (keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi) – sistem, proses, yaxud təzahürlər haqqında dəqiq göstəricilərin əldə edilməsi, onların mövcud vəziyyətinin, funksiyalaşmasının və inkişafının təsviridir.
Pasport – mürəkkəb sənəddir və sistemin kəmiyyət və keyfiyyət göstəricilərini, onun funksiyalaşması və inkişafına təsir edən parametrləri əks etdirir. Pasport əsasında sistemin struktur elementlərinin analizi aparılır. Sosial pasportda sosial strukturun, şəraitin dəyişilməsi, əməyin müdafiəsi və ödənilməsi, mədəni-məişət şəraiti və s. əks olunur. Sosial strukturun pasportu aşağıdakı mərhələlərdə yaradılır:
a) sistemin normal funksiyalaşması və inkişafına təsir edən xüsusiyyət və parametrlərin müəyyənləşdirilməsi, onların təsnifatı və diferensiasiyası;
b) pasport formalarının hazırlanması (idarə olunan alt sistemin təsiri ilə dəyişən göstəricilərin daxil edilməsi);
c) pasport formalarının tamamlanması, zəruri göstəricilərin əldə edilməsi: sənədlərlə iş, anketləşdirmə, intervü və s.
4.
Yüklə 51,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə