Layihələşdirmə anlayışı: mahiyyəti, subyekti, obyekti Sosial layihələşdirmənin prinsipləri, metodikası Sosial layihələşdirmənin mərhələləri



Yüklə 51,27 Kb.
səhifə6/7
tarix22.12.2023
ölçüsü51,27 Kb.
#154140
növüMühazirə
1   2   3   4   5   6   7
Muhazirə 10 Sosial layihələşdirmə təbiəti

Məqsədlər – hər hansı fəaliyyətin başlanması şərtidir. Məqsədyönümlük üç əsas göstəricidən ibarətdir: tələbatların (motivlərin) təsvir edilməsi, onların təmin olunması yollarının və üsullarının təsviri (fəaliyyətin planlaşdırılması, proqramlaşdırılması); son nəticələrin təsviri (bilavasitə və vasitəsiz, arzu edilən və arzu edilməyən). Məqsədin əsaslandırılması fəaliyyətin müəyyənləşdirilməsindən başlayır. Hər bir qoyulan məqsəddə ən vacib nəticə seçilməli, məqsədə nail olma müddəti, vasitələri müəyyənləşdirilməli və nəzarət edilməlidir. «Məqsədlər ağacı» - istiqamətləndirici cədvəl kimi müxtəlif məqsədlər arasındakı münasibətləri, onların qiymətləndirilməsini, nail olma mərhələlərini əks etdirir. «Məqsədlər ağacının» qurulması sosial sifarişin, problemli vəziyyətin, layihələşdirmə obyektlərinin, xarici şəraitin, maddi-texniki, maliyyə, əmək, enerji və digər ehtiyatların əhatəli öyrənilməsini tələb edir. İlk məqsədlərin müəyyənləşməsi mərhələsində onlar arasındakı ziddiyyətlər öyrənilməli, gələcək münaqişələrin qarşısı alınmalıdır. Hər bir sistem qarşısında bir neçə məqsəd qaldırılır və onlardan biri əsas məqsəd kimi müəyyənləşdirilir və sistemin funksiyalaşması bütünlüklə həmin məqsədə nail olmağa yönəldilir.
5. Sosial layihələşdirmənin vəzifəsi – təmin olunması tələb olunan fərdi, yaxud ictimai tələbatların xülasəsidir. Vəzifələr – sistemin vəziyyətinin, onun maddi, əmək, maliyyə ehtiyatlarının, norma və normativlərinin əhatəli tədqiq edilməsi nəticəsində müəyyənləşdirilir. Bu zaman - a) şəxsi vəzifələr ümumi vəzifələrə qarışdırılmamalıdır; b) vəzifələri həddən artıq təsnif etmək, sosial layihələşdirmə subyektinin təşəbbüskarlığını məhdudlaşdırmaq olmaz.
6.Proqnozlaşdırma – layihələşdirmənin əsas mərhələlərindən olub, layihələşdirmədən ayrılıqda öz mənasını itirir. Həqiqətə daha çox yaxın olan proqnoz idarəetmənin təkmilləşdirilməsinə, layihələşdirmənin səmərəliliyinə imkan yaradır. Layihələşdirmənin sosial texnologiyası əsasında – a) tədqiqat proqnozu müəyyənləşdirilir; b) normativ proqnoz müəyyənləşdirilir; c) proqnozlar verifikasiya və təshih (korrektə) edilir.
Tədqiqat proqnozu obyektiv qanunların təsiri və insanların məqsədyönlü müdaxiləsinin heçə endirilməsi əsasında sistemin inkişaf meyllərini xarakterizə edir.
7.
Yüklə 51,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə