148
qeyri-müəyyənliyini və rəngarəngliyini dəf etməyə imkan yaradır. Tipiklik
parametrləri dedikdə aşağıdakılar nəzərdə tutulur:
a) insanların tələbatları səciyyəvidir (biri üçün uyğun olan çoxları üçün
uyğundur);
b) insanların həyat trayektoriyası səciyyəvidir (birinin həyat fəaliyyəti forması
digərləri üçün səciyyəvidir);
c) insanların davranış fəaliyyəti səciyyəvidir (oxşar stimullar müəyyən sosial
mühitdə oxşar reaksiya doğurur);
ç) həmişə təklif edilən layihəni müdafiə edən, yaxud onun həyata
keçirilməsində maraqlı olan insan və insanlar qrupu mövcud lur.
4. Sosial dəyərlər sırasında həmrəylik ən ali olandır. Sosial layihənin açıq,
yaxud gizli məqsədi insanların həmrəyliyidir.
5. Sosial layihələşdirmənin konstruktivliyi yad ideyaların mövcudluğunu
və işin gedişində «qeyri-mümkün olanın tələb olunmasını» inkar etmir,
həmçinin mümkün olanın yaradılması imkanına malik olur.
Sosial layihələşdirməyə tezauruslu (subyektiv) yanaşma ilə bağlı belə
nəticəyə gəlmək olar ki:
1. Sosial layihələşdirmə – ictimai həyatın müasir təşkili, cəmiyyətin idarə
edilməsi üsullarından biridir.
2. Sosial layihələşdirmə (hansı obyektin layihələşdirilməsindən asılı
olmayaraq) özündə layihələşdirmə fəaliyyəti subyektinin xüsusiyyətlərini,
dünyagörüşünü əks etdirir. Sosial layihə subyektli istiqamətlənmişdir.
3. Sosial layihələşdirməyə tezauruslu yanaşma layihələşdirmənin
subyektivliyinin digər subyektlərin seçim azadlığı ilə məhdudlaşdırılan bazar
iqtisadiyyatı şəraitində səmərəlidir.
Tezauruslu yanaşma sosial və mədəni subyektivliyin inkişaf yollarını və
onun ziddiyyətli tərəflərini aşkar etməyə imkan yaradır.
Yaşamağa qabil cəmiyyət konsepsiyası mövcud qlobal böhran
vəziyyətinin sabitləşdirilməsi ilə bağlı olub, gələcək cəmiyyətin qlobal
layihələrinin hazırlanmasına yönəlir. Bu konsepsiyanın mahiyyəti belədir:
Müasir dövrdə bəşəriyyət neft ehtiyatlarının tükənməsi, torpaqların aşınması,
meşələrin qırılması, qeyri-sabit hava şəraiti, silahlanmanın genişlənməsi,
dünya nüvə müharibəsinin baş verməsi kimi ciddi təhlükə qarşısındadır. Bu
konsepsiyanın tərəfdarları mövcud təhlükələrin qarşısının alınması məqsədilə
bir sıra layihələr təqdim edirlər. Onların fikrincə bu layihələrin həyata
keçirilməsi ictimai inkişafı daha sabit, «yaşamağa qabil» edə bilər. Bu
məqsədə nail olmaq üçün sürətli əhali artımı sabitləşdirilməli, yanacaq
ehtiyatları daha səmərəli istifadə edilməli, insan fəaliyyəti dünya üzrə
genişləndirilməli və şəhərlərə mərkəzləşmənin qarşısı alınmalıdır. Bu
149
konsepsiyaya görə, dünya ictimaiyyətinin əsas vəzifəsi elə bir cəmiyyət
yaratmaqdır ki, «bu cəmiyyət öz iqtisadi və sosial sistemlərini planetdə təbii
ehtiyatlar sisteminin qorunması istiqamətində qurmalıdır». «Yaşamağa qabil
cəmiyyət» layihəsində uydurulmuş tələbatlar üçün maddi resursların lazımsız
israfı tənqid edilir və planetar problemlərin həll edilməsi və yeni dünya
nizamının bərqərar edilməsi haqqında tövsiyyələr verilir.
İnsan ekologiyası konsepsiyasını irəli sürən E.Laslou qeyd edirdi ki,
«Bugünkü keçid dövrü xaosunun ardınca bəşəriyyət ekologiyanın əsas rola
malik olduğu daha sabit və ədalətli əsr gözləyə bilər». E.Laslou əmindir ki,
bəşəriyyət təbiətlə dərk edilmiş harmoniyanın yaradılması və insan cəmiyyəti
tərəfindən istifadə edilən, yaxud yaradılmış ehtiyat və strukturların
planlaşdırılması əsasında qlobal sivilizasiya qurmaq mümkündür. «İnsan
ekologiyası əsri» qurmaq üçün insan faktoru «dərkedilmiş fəaliyyət, müsbət
kapital» olmalıdır. E.Laslou təqdim etdiyi bu qlobal layihədə sistemli analiz
metodundan istifadəyə üstünlük verir. O, güman edir ki, gələcəkdə cəmiyyət
onu əhatə edən təbiət və insan sistemlərinin bir hissəsi kimi dərk ediləcək.
Eyni zamanda təbiət və insan sistemləri bir tərəfdən kontinental ekoloji
sistemlər və biosferin, digər tərəfdən isə kontinental regionlar və dünya
sistemi kimi daha böyük sistemlərin bir hissəsidir. E.Laslou əmindir ki, «İnsan
ekologiyası əsrində vətəndaşlıq dünya vətəndaşlığı» kimi müəyyənləşəcək və
«dünyəvi və fundamental insan həmrəyliyinin» əsası olacaq. Bu konsepsiyaya
görə dünya vətəndaşlığı fərqli sosial iqtisadi quruluşlu – liberal, sosialist və
dini cəmiyyətlərin mövcudluğu şəraitində qurulacaq. E.Laslou qlobal
layihəsini hazırlayarkən gələcəyin cəmiyyətində «şəxsiyyətlərarası əlaqələrin»
genişlənəsinin, qeyri-maddi ehtiyatların xüsusi əhəmiyyət qazanmasnın, iş
saatının qısaldılmasının, asudə vaxtın və təhsilin rolunun yüksəlməsinin və s.
əhəmiyyətini ön plana çəkir. E.Laslou həmçinin əmindir ki, bir qrup azlıq
daha çox sərvət və hakimiyyətə malik olacaq.
«Üçüncü dalğa» nəzəriyyəsini «bəşəriyyətin aqrar cəmiyyətə dialektik
qayıdışı» kimi izah edən A.Tofler hazırladığı «sosial futurizm» proqramının
məhz bu dövrdə reallaşacağını güman edir. A.Tofler gələcəyin
layihələşdirilməsilə bağlı strategiyasını «Futuroşok» (1970), «Ekospazm»
(1975), «Üçüncü dalğa» (1980) əsərlərində geniş şərh edir.
Müasir dövrdə qloballaşma prosesinin geniş tədqiqi bəşəriyyətin
gələcəyilə bağlı bir sıra inkişaf modelləri – alternativ inkişaf modeli,
humanist-sivilizasiya modeli, texnoloji birqütblü və humanist noosfera modeli
və s. irəli sürülür.
Texnoloji-birqütblü modelinin əsas mahiyyəti belədir ki, sosialist inkişaf
istiqaməti tənəzzülə uğradığından bəşəriyyəin gələcək inkişafı birqütblülük
Dostları ilə paylaş: |