142
hakimiyyətinin yaradılmasıdır. Bu hakimiyyət NATO, Amerika hakimiyyəti
deyil, BMT-nın səmərəli inkişaf xəttinə və potensial təcavüzkarlara qarşı
mübarizə apara biləcək bütün iri dünya dövlətlərinin birliyinə əsaslanan dünya
hakimiyyətinin yaradılmasıdır. Bu dövlət müasir dövrün bütün problemlərinin
həllinə, alternativ sivilizasiyaya keçməyə yönəlməli, hər cür müharibədən
kənar olmalıdır. IV Dünya müharibəsində heç bir cəbhə, mülki və hərbi
vətəndaşlar arasında heç bir fərq olmayacaq, hər kəs müharibəyə hazırlıqlı
olacaq.
Şəxsiyyətin kiborqlaşması – prosesin optimallaşdırılması
Artıq bəşəriyyət kompüterlərin üçüncü nəslini yaradıb və bir neçə ildən
sonra meydana çıxacaq yeni nəsil kompüterlər aşağıdakı tələblərə cavab
verəcək:
1.Son dərəcə yığcam, cib, yaxud qol saatları həcmində monitora sahib
olan, ayaqüstü istifadə edilən kompüterlər.
2. Stasionar kompüterin, həmçinin televizor, radio-vidieo-telefonun bütün
imkanlarını daşıyan kompüterlər dünyanın bütün kitabxanalarından hər cür
informasiyanı əldə etmək, yer kürəsinin hər hansı bir nöqtəsində istənilən
şəxslə vizual ünsiyyət qurmaq bacarığına malikdir.
3. İnternetin bütün informasiya sərvətindən istifadə etmək imkanları açılır.
Kompüterlər hər cür məsələnin həll edilməsi imkanlarına malikdir. İnsanların
psixikası və intellektinin manipulyasiyası imkanları genişlənir. İnsan
kibernetik canlıya, yaxud kiborqa çevrilir.
YOXLAMA SUALLAR
1.Müasir dövrün əsas sosial proqnozları sırasında hansıları fərqləndirilir?
2. «Narkoman kollektiv» dedikdə nə nəzərdə tutulur?
3.Şəxsiyyətin kiborqlaşması hansı əsaslarda baş verir?
4.Bəşəriyyətin fiziki deqradasiyasına gətirən səbəbləri izah edin.
REFERAT MÖVZULARI
1. Şəxsiyyətin kiborqlaşması prosesi
2. IV Dünya müharibəsinin yetişməsi və qabağının alınması yolları
3. Bəşəriyyətin fiziki deqenerasiyası və qarşısının alınması yolları
ƏDƏBİYYAT:
1.Бестужев-Лада И.В., Наместникова Г.А. Социальное прогнозирование. Курс лекций. М.:
Педагогическое общество России. 2001.
2.Бестужев-Лада И.В., Наместникова Г.А. Технология прогнозных разработок социальных
процессов. М.: Поиск, 1992.
3.Вишнев С.М. Основы комплексного прогнозирования. М., Прогресс, 1999.
4. Лезгина М.Л. Детерминация прогнозирования. Л., 2000.
5.Мартино Дж. Технологическое прогнозирование. М., Мысль, 1977.
6.Прогнозирование в социологических исследованиях. Методологические проблемы. / Отв.Ред.
И.В.Бестужев-Лада. М., Мысль, 1978.
7.Рабочая книга по прогнозированию / Отв. ред И.В. Бестужев-Лада. М.: Мысль, 1982.
8.Суворов Л.Н. Аверин А.Н. Социальное прогнозирование. М., Эврика, 1984.
143
SOSİAL LAYİHƏLƏŞDİRMƏ
Mövzu 10. SOSİAL LAYİHƏLƏŞDİRMƏNİN İNKİŞAF TARİXİNƏ
DAİR. SOSİAL LAYİHƏLƏŞDİRMƏNİN NƏZƏRİ ƏSASLARI
Hər bir modernləşmiş cəmiyyətdə gələcəyə dair layihələrin hazırlanması
vacib amil kimi qəbul edilir. Layihələr aid olduğu sahənin xüsusiyyətlərinə
görə fərqlənir. Siyasi partiyaların ictimai fəaliyyəti ilə bağlı manifestlər, ilkin
proqramlar və s.; utopik ədəbiyyat (ən kütləvi olan, fantastik, sosial fəlsəfi
ədəbiyyat), kino, kompüter oyunları və digər uyğun əsərlər futuroloji
xüsusiyyətli ikinci dərəcəli layihə hesab edilir. Siyasi sahədə gələcəyə dair
layihələri daha çox cəmiyyətin mövcud vəziyyətindən narazı olan sol
partiyalar hazırlayır, sağ partiyalar isə mövcud siyasi şəraitin saxlanması
tərəfdarı kimi çıxış edərək, utopik layihələr irəli sürürlər. SSRİ-də 1920-ci
illərin sonuna doğru A.V.Çayanovdan L.D.Trotskiyədək gələcəyin layihəsilə
bağlı fikirlər səslənirdi, Stalin dövründə gələcək haqqında ədəbiyyatlara tabu
qoyulmuşdu, 1930 – 1940-cı illərdə D.Andreyevanın əsəri bu haqda yazılmış
yeganə əsər olub, gizli saxlanılırdı. SSRİ-də Futurologiyanın elm kimi inkişafı
1950-ci illərin sonuna təsadüf edir. Bu dövrdə ancaq xüsusi problemlərə dair
layihələr hazırlanırdı. 1960 – 1970-ci illərdə layihələrə dair əsas problem
sovet cəmiyyətinin avtoritar / totalitar rejiminin xüsusiyyətlərilə bağlı idi.
Dövlət əsas layihələşdirici orqan kimi çıxış edirdi və qəbul edilən layihələr
növbətçi xüsusiyyətli idi. Bu dövrdə A.N. və B.N.Struqatski qardaşları,
Q.P.Şedrovitski, E.V.İlyenkov, Q.S.Altov (Altşuller) və digərlərinin
əsərlərində gələcəyin mümkün mövcudluğu haqqında fikirlər irəli sürülürdü.
Rusiyada layihələşdirmənin inkişaf tarixi haqqında danışarkən – İ.Yefremov
«Andromeda dumanlıqları» (1957), N.Razqovorov «Dörd dördlük» (1964),
A.N.Struqatski, B.N.Struqatski «Əsrin vəhşi əşyaları» (1965), E.V.Şlyapentox
«Bu gün sabahı necə araşdırırlar» (1975), A.Amalrik «Sovet cəmiyyətində
ideologiyalar» (1976), S.Platonov «Kommunizmdən sonra» (1989),
İ.Bestujev-Lada «SSRİ-də Rusiyada gələcəyin tədqiqi (1961-1990)»,
A.Valitski «Mühafizəkar utopiya dairəsində paralellər (1991), D.Panin
«Yaradıcılar dövləti» (1993), S.Pereslegin «Dünyanın sonunun sinoptikləri»,
Y.Ayxenvald «Rus əsilli Don Kixot» (1996), A.N.Struqatski, B.N.Struqatski
«Çirkin ördəklər» (2002), B.N.Struqatski «Keçmişin şərhi» (2002), A.Bovin
«XX əsr həyat kimi» (2003), M.Qonçarov «Gələcəyin forumu», Q.Pavlovski
«Tarixin təlimi» (2004), İ.Kukulin «Satira ilə oyun yaxud işsiz meksikalıların
Ayda qeyri-adi macəraları» (2005), A.Saxarov «Həyəcan və ümidlər» (2006),
Dostları ilə paylaş: |