131
həyatına və taleyinə təsir göstərən anomal (qeyri-adi, ekstremal), təbii və
antropogen hadisələrin (müharibələr, terrorizm, genosid, zorakılıq, bədbəxt
hadisələr) geniş dairəsi mövcuddur. Anomal vəziyyətdə insan həyatın mənası
kimi açılan ölüm təcrübəsilə qarşılaşır. Ölüm təcrübəsi (real və ya simvolik)
qəflətən və ya tədricən açılır və adi həyata dönən insan ətrafdakılarla və ya
özü ilə sağ qalmış kimi eyniləşir. Lakin fiziki qayıdış heç də həmişə psixoloji
qayıdışla üst-üstə düşmür. Geri dönən anlayır ki, onun başına gələnlər keçib,
lakin o, bu keçəni «keçmiş» kimi qəbul edə bilmir. «Necə yəni keçmiş,
müharibə qurtarıb, lakin indi o mənim daxilimdədir. Mən hələ də yuxuda
döyüşürəm, əvvəlcə bütün bu dəhşətlər məndən kənar idi, indi isə çox illər
sonra bütün bunlar mənim şəxsiyyətimin dərinliyinə yüklənib». Bütün bunlar
Əfqanıstan müharibəsində iştirak etmiş və ölümü öz gözlərilə görmüş
əsgərlərin etirafıdır. Məgər müharibə zamanı ölümlə qarşılaşmada keçirilən
hisslər təxminən eyni deyilmi? Biz bu etirafları bu gün vətənimizin məcburən
cəlb edildiyi Qarabağ müharibəsi iştirakçılarının etirafı kimi qəbul etməliyik.
Bu hisslər yurdundan didərgin düşmüş günahsız insanların (uşaqların,
qocaların, qadınların və s.) keçirdikləri hisslərdir. Əgər vətəndaşlarının hər
səkkiz nəfərindən biri bu müdhiş, şəxsiyyəti ikiləşdirən hissləri keçiribsə,
həmin ölkənin sağlam mənəvi gələcəyinə əmin olmaq olarmı? Doğrudur,
bəzən şəxsiyyətin sarsılması onun açılması və özünü fəallaşdırması ilə
nəticələnir. Lakin çox vaxt «şəxsiyyətin transformasiyası (dəyişilməsi)
şəxsiyyətlərarası münasibətlərin pozulması, sevmək qabiliyyətinin itirilməsi
və s. ilə də nəticələnir. Bütün bu mənfi dəyişikliklər ailədə münasibətlərin
uğursuzluğuna səbəb olur». Şəxsiyyətin formalaşması isə məhz ailə
münasibətləri üzərində qurulur. Keçid dövrünü yaşayan azərbaycanlı ailəsi
qarşılaşdığı problemlərin – müharibə şəraiti, işsizlik, maddi çətinliklər və s. –
həll edilməsi prosesində tədricən öz ənənəvi mahiyyətini dəyişməyə başlayır.
Ailədə baş verən dəyişiklikləri izləməyə cəhd edək. Çünki ingilis tədqiqatçısı
M.Rosenin də qeyd etdiyi kimi, «Mədəniyyətin ilk ötürücüsü ailədir. Heç kəs
bütövlükdə ailədən ayrıla bilməz və ya ilk mühitdən aldığı mənəviyyat
səviyyəsindən bütünlüklə yüksək ola bilməz. Lakin bu o demək deyil ki, ailə
ötürücülüyün yeganə kanalıdır: bu cəmiyyətdə ənənələrin digər mürəkkəb
yolları ilə əvəz olunur və davam edir». Bildiyimiz kimi, sosial varlıq kimi
şəxsiyyətin formalaşmasının əsası ailədə qoyulur. Məhz ailədə insanlar bir-
birilə ünsiyyət yaratmağın, qarşılıqlı münasibətlərin əsaslarını mənimsəyirlər.
Əfsus ki, bəzən ailə münasibətlərinin formalaşdırılmasında siyasi təbliğat milli
adət-ənənələri üstələyir. Sovet sosializmi dövründə kişilərlə qadınların hüquq
bərabərliyinin elan edilməsi Azərbaycanda da milli adət-ənənələrə zidd olan
münasibətlər sisteminin formalaşmasına səbəb olmuşdur. Milli adət-ənənələrə
132
uyğun ideal kişi və qadın obrazları bayağılaşdırıldı və 70 il müddətində yeni
siyasi ideologiyaya uyğynlaşdırıldı. Bu isə azərbaycanlı ailəsinin mahiyyətcə
dəyişməsinə səbəb oldu. Bununla yanaşı əgər qlobal demokratiyaya keçid
şəraitində Qərbdə patriarxal ailə ənənələrinin müasir formalı bərpasına cəhd
edilirsə, Azərbaycanda bayağı qərbləşmə prosesi gedir. Bu proses həm kişi və
qadın, həm ər və arvad, həm də valideyn və övlad münasibətlərində öz əksini
tapır. Bu, ənənəvi azərbaycanlı ailəsinin dağılmasına və cinsi qarışıqlığın
genişlənməsinə səbəb olur. Maddi ehtiyacla əlaqədar qadınların ailədən
uzaqlaşması uşaqların təhsilə marağının azalmasına, dərsdən yayınmasına və
uşaq əməyindən istifadəyə səbəb olur. Nəzarətsizlik uşaq cinayətkarlığının
artmasına, narkomaniyanın və digər neqativ halların cəmiyyətdə köklü
möhkəmlənməsinə gətirir. Müxtəlif tarixi dövrlərdən fərqli olaraq müasir dövr
şəxsiyyəti eyni zamanda 5 – 10 qrupa daxil ola bilər. Belə ki, ailə, təhsil
müəssisələri, idman və ya digər kütləvi-mədəni dairələr, dostlar, qohumlar
qrupu, əmək fəaliyyətində daxil olduğumuz qruplar və s. şəxsiyyətin rollarının
sayını artırır. Beləliklə, şəxsiyyət gün ərzində 5 – 10 rol dəyişə bilər. Məhz
belə bir şərait müasir dövr insanlarının psixi gərginliyinə səbəb olur. Bu
rollara uyğunlaşaraq onları məharətlə ifa edə bilənlərdə gərginlik nisbətən az
nəzərə çarpır. Lakin rollara uyğunlaşa bilməyən şəxsiyyətin özgələşməsi
prosesi müşahidə olunur. Belə şəxsiyyət qapalı və aqressiv olur. E.Fromun
qeyd etdiyi kimi, «məhz keçid dövründə güclənən sadizm və nekrofiliya
aqressiyanın qəddar keyfiyyətli formaları olub anadangəlmə deyil. İnsanların
sosial və iqtisadi həyat şəraitlərini yaxşıya doğru dəyişməklə onların
yaranmalarının qarşısını almaq olar. İnsanın həqiqi bacarıqlarının və
ehtiyaclarının tam inkişafı üçün lazımi şərait yaratmaq vacibdir, bu zaman
insan fəaliyyətinin və yaradıcılığının məqsədə çevrilməsi əsasdır, çünki
insanın istismarı və idarə edilməsi darıxdırıcılıq, tənbəllik və bezikdiricilik
əmələ gətirir və bütün bunlar sağlam insanları psixoloji eybəcərlərə çevirir və
onları sadist və dağıdıcı edir». Sovet imperiyası ağalığından sonra təkcə
Azərbaycanda deyil, ümumiyyətlə demək olar ki, bütün keçmiş SSRİ
məkanında yaşayan insanlarda belə bir dağıdıcılıq meyli qarşısıalınmaz bir
qüvvəyə çevrilmişdir. Bu dağıdıcılıq meyli yalnız quruluş dəyişilməsinə qarşı
deyil, həm də mənəvi dəyərlərin məhv edilməsinə doğru yönəlmişdi. Keçid
dövrünü yaşadığımız zaman çərçivəsində düçar olduğumuz bəlalar insanların
həyat şəraitini ağırlaşdırmış, onlarda həyatın özünə qarşı qəzəb hissi
oyatmışdır. Müasir dövrümüzdə elə bir şəxsiyyət göstərmək olmaz ki, o,
dünyadakı proseslərdən tam ayrı olsun. Az da olsa, ən ucqar dağ kəndində
yaşayan normal şəxsiyyət də özündən asılı olmayaraq müasir qloballaşma
prosesinə daxil olur. Bu, onun həyat tərzində, hansı təbəqənin nümayəndəsinə
Dostları ilə paylaş: |