SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə34/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   116

 
 
82 
«Problem-məqsəd»  xətti  üzrə  analogiya  normativ  proqnozlaşdırma 
çərçivəsində  olan  katerqoriyaların  hamısına  aid  olmur.  Məs.,  problem  və 
psevdoproblem  ola  bilər.  Məqsədlər  üçün  başqa  bölgü  mövcuddur:  real  və 
qeyri-real,  həqiqi  və  yalançı,  predmet  və  funksional,  mənəvi  və  maddi, 
rasional  və  qeyri-rasional.  Açar  və  törəmə  problemlərin  qarşılıqlı  əlaqəsi 
mövcuddur.  Üç  məqsədlər  sinfi:  məqsəd  –  ideal  (məqsəd),  məqsəd  – 
optimallıq  (son  məqsəd),  məqsəd  –  norma  (özünü  məqsəd)  fərqləndirilir. 
Sosial  ideal  –  tələbatların  gələcək  inkişafının  arzu  edilən  şəkildə  əks 
etdirilməsi,  mükəmməl  ictimai  quruluş  haqqında  baxışlar  sistemi,  bu  və  ya 
digər  dünyagörüşü  sistemində  ali  dəyərlər  məcmusudur.  Optimallıq  –  daha 
əlverişli şərtlər, məsələnin daha yaxşı həlli variantı, yaxud məqsədə nail olma 
yoludur.  Norma  –  dərk  etmə  və  davranış  stereotipləri,  hər  kəs  üçün  vacib 
standartlar,  nümunə,  model,  müqayisə  üçün  hesabat  vahidi,  inkişaf,  yaxud 
nailiyyət səviyyəsinin müəyyənləşdirilməsidır.                   
«Sosial məqsədlər ağacı»nın qurulması 
«Ağac»  prinsipi  sosial  problemlərin,  həmçinin  sosial  məqsədlərin  real 
sisteminə uyğun olub, problemlər üçün açar, məqsədlər üçün son nəticə hesab 
olunur.  İdealda  hər  iki  «ağac»  problemlərin  dezaqreqasiyasını  (hissələrin 
ayrılması)  təmin  edir.    Problem-məqsədli  tədqiqatın  nəzəri  aləti  «problem 
məqsədli  romb»dur.  Bu  rombun  yuxarı  nöqtəsi  bir  tərəfdən  son  məqsəd 
(özünü məqsəd), digər tərəfdən açar (əsas) problemdir, kənarları isə müxtəlif 
səviyyəli  məqsədlər  və  problemlərdir.  «Məqsədlər  ağacı»  «yuxarıdan  aşağı» 
qurulur: sistemin son məqsədi və özünü məqsədi, sonra ondan  törəyən ikinci 
dərəcəli və üçüncü dərəcəli məqsədlər və s.  və son, maksimum konkretləşmiş 
məqsəd müəyyənlşədirilir. «Problemlər ağacı» son məqsəd əsasında qurulur.   
Məqsədli vəziyyətlər və proqnozlaşdırma 
İlkin modelin qurulması və məqsədli analiz  
Məqsədli vəziyyət – normativ proqnozlaşdırmanın tədqiqat obyektidir. Bu 
zaman vəziyyət – ictimai proseslərin meydana gəlməsi və inkişaf zərurəti və 
imkanları  arasındakı  münasibətlər  toplusu,  məqsəd  –  arzu  edilən  gələcəyin 
təsviridir.  Real  həyatda  ayrılıqda  problem  və  məqsədli  vəziyyətlər  olmur. 
Məqsədli 
vəziyyətlərin 
proqnozlaşdırılması 
problem 
vəziyyətlərin 
proqnozlaşdırılması  ilə  ümumi  əsaslara  malikdir.  Hər  iki  halda  fəaliyyət 
ardıcıllığı aşağıdakı kimi olur: 1) tədqiqat obyektinin ilkin model formasında 
müəyyənləşdirilməsi  və  analitik,  diaqnostik  və  proqnozlaşdırma  xüsusiyyətli 
keyfiyyət  qiymətləndirilməsi;  2)  proqnoz  fonunun  göstəriciləri  və 
proqozlaşdırma  təhlili  nəticəsində  əldə  edilmiş  göstəricilər  əsasında  ilkin 
modelin qurulması. 


 
 
83 
Normativ  proqnozlaşdırmada  sxemli  modelləşdirmə  metodları  olan 
ssenari,  matritsa,  şəbəkə,  analoq,  oyunlu,  morfoloji  və  s.,  həmçinin 
ekspertlərin  və  əhalinin  sorğusu  metodu  istifadə  edilir.  Normativ 
proqnozlaşdırma  obyekti  göstəricilər  sistemidir.  Proqnozun  əsaslandırılması 
və  təsdiqlənməsi  müddətində  göstəricilər  sistemi  əsasında  qurulan  dinamik 
indikatorlar  (dəyişənlər,  xüsusiyyətlər,  müəyyənləşmiş  göstəricilər)  istifadə 
edilir.  Normativ  proqnozlaşdırmada  tədqiq  edilən  obyektin  və  proqnoz  fonu 
göstəricilərinin  istifadəsi  üçün  məqsədli  analiz  aparılır.  Profil  və  fon 
göstəricilərinin  ilkin  dəyişənləri  eyni  olsa  da,  kəşfiyyat  və  normativ 
proqnozlaşdırmada  məqsədli  və  problem  vəziyyətlər  arasındakı  fərqə  əsasən 
onların istifadəsi fərqli xüsuiyyətlərə malikdir. Məqsədli vəziyyətlərin üç növü 
fərqləndirilir: 
1)ideal vəziyyət (ictimai ideal); 
2)optimal vəziyyət (sosial optimallıq); 
3)normativ vəziyyət (sosial norma və normativlər sistemi).   
Bu vəziyyətlər ideallaşdırma, optimallaşdırma və normalaşdırma ilə bağlı 
olur.  
İdeal vəziyyətlərin ideallaşdırılması və proqnozlaşdırılması 
İdeallaşdırma həqiqətdə mövcud olmayan obyektlər haqqında anlayışların 
qurulmasıdır. İdeallaşdırma prosesi real həyatdakı əşyalara aid olan xüsusiyyət 
və münasibətlərin onlardan ayrı təsvir edilməsidir. Həmçinin mövcud olmayan 
və  olmayacaq  obyektlər  və  onlara  aid  xüsusiyyət  və  əlamətlərlə  bağlı 
anlayışlar sistemi qurula bilər. Mövcud omayan, lakin müəyyən sosial şəraitdə 
reallaşa bilən obyektlər ideallaşdırıla bilər. İctimai elmlərdə ideallaşdırmanın 
üç  forması  fərqləndirilir:  normativ,  informasiya  və  məqsədli.  İdeallaşdırma 
məqsədyönümlük  və  normativ  proqnozlaşdırma  ilə  sıx  bağlı  olur. 
İdeallaşdırma  vasitəsilə  insanın,  sosial  qrupun,  cəmiyyətin  düşüncə  və 
fəaliyyət forması əsasında müəyyənləşdirilən ideal surətini ictimai ideal kimi 
təyin  etmək  olar.  İctimai  idealların  sosial-siyasi,  mənəvi,  estetik  və  idraki 
formaları  fərqləndirilir.  Digər  meyarlara  görə  ictimai  ideal  şəxsi,  qrup  və 
proqram  xüsusiyyətli  olanlara  bölünür.  İctimai  ideal  subyekti  məqsəd  və 
tələbatlarına,  obyekti  isə  gələcəyi  indiki  zamanda  ifadə  tərizinə,  uyğunluq 
dərəcəsinə,  ictimai  mövcudluğa  uyğunluğuna,  yaradıcılıq  imkanlarının 
inkişafına,  dərk  edilmə  səviyyəsinə,  istiqamətlənməsinə,  dərketmə  və  dəyər 
göstəricilərinin uyğunluğuna, tətbiq etmə sahəsinə, mürəkkəblik dərəcəsinə və 
s.  görə təsnif edilə bilər.  
«Məqsədlər ağacı»nın qurulmasından başlanan normativ proqnozlaşdırma 
ideallaşdırma  yolu  ilə  həyata  keçirilir.  Bu  əsasda  ideal  vəziyyət 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə