SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə30/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   116

 
 
72 
və nəzərdə tutulan tendensiyaları qorumaqla dinamik göstəricilər qabaqcadan 
5, 6, 7, 8 və s.  kimi  görünəcək. Yaxud əgər interpolyasiya 1, 2, 3, 6, 7, 8  – 
dirsə, ortada 4, 5 alınacaq. Bu məntiqin səmərəliliyi belədir: bir çox hallarda 
vacib sosial proseslər müəyyən şəkildə inkişaf edir və proqnoz həqiqətə uyğun 
olur.  Təcrübədə  sosial  proqnozlar  daha  mürəkkəb  şəkildə  formalaşır.  Buna 
görə də ekstrapolyasiya 1, 2, 3, 4  mütləq 5, 6, 7, 8 ilə müəyyənləşməli deyil. 
Ekstrapolyasiya  6,  9,  15,  24  və  16,  32,  64,  128,  və  hətta  5,  4,  3,  2,  1  kimi 
görünə  bilər  (qeyd  edilən  rəqəmlər  göstəricilərin  ardıcıllıq  xüsusiyyətini  əks 
etdirir).  Ekstrapolyasiya  həm  kəmiyyət  (statik),  həm  də  keyfiyyət  (məntiqi) 
xüsusiyyətli ola bilər, məs., hər hansı bir təzahürün daha geniş zaman, yaxud 
məkan  dairəsinə  ekstrapolyasiyası  zamanı  analogiya  metodundan  istifadə 
edilir.  Bu  texnika  əsasən  təbiətşünaslıq  elmlərində  tədqiq  edilən  proseslər 
aşkar  edilmiş  qanunauyğunluqlara  uyğun  olaraq  sabit,  geriləmədən  və 
dəyişmədən  inkişaf  etdikdə  istifadə  edilir.  Sosial sahədə  belə  proseslər nadir 
hallarda  təsadüf  edilir.  Sosial  proseslər  dəyişkən  xüsusiyyətli  olduğundan 
birbaşa ekstrapolyasiyada səhvlərin azaldılması üsullarından istifadə edilməsi 
tələb  olunur.  Ekstrapolyasiya  olunan  dinamik  göstəricilərin  aşağı  və  yuxarı 
ekstrem vəziyyətinin müəyyənləşdirilməsidir. Güman edilir ki, yuxarı ekstrem 
qeyri-real,  fantastik  vəziyyəti,  aşağı  ekstrem  isə  proqnozlaşdırılan  obyektin 
funksiyalaşma  imkanı  olmayan  qəza  vəziyyətini  təsvir  edir.  Bu  üsulun 
çətinliyi  ekstrem  vəziyyətin  əsas  meyarlarının  müəyyənləşdirilməsidir.  Digər 
bir üsul – proqnoz fonunun göstəricilərini (elmi texniki, demoqrafik, iqtisadi, 
sosioloji,  sosial  mədəni,  siyasi  və  beynəlxalq)  nəzərə  alınmaqla  daha  çox 
ehtimal  edilən  vəziyyətin  müəyyənləşdirilməsidir.  Bu  zaman  hər  vəziyyətdə 
hər bir qrupa aid olan daha çox informasiya daşıyan göstəriciləri aşkar etmək 
və  onları  birbaşa  ekstrapolyasiyanın  göstəricilərilə,  lazım  gələrsə  aşağı  və 
yuxarı ekstremlə  müqayisə etməkdir. Nəticədə daha çox ehtimal edilən meyl 
müəyyənləşdirilir. 
Beləliklə, kəşfiyyat proqnozu 4 əsas komponentdən ibarətdir:  
1)  İlkin  modelin  dinamik  göstəricilərinin  birbaşa  ekstrapolyasiyası  gələcək 
proqnozların qurulması üçün oriyentasiya olur. 
2)  proqnoz  kəşfiyyatının  yuxarı  ekstremi  –  ilkin  kəşfiyyat  modelinin 
göstəricilərinin proqnoz fonunun göstəriciləri ilə müqayisəsinin nəticəsi olub, 
qeyri-real 
sahədə  nəzərdə  tutulan  meylin  maksimal  geriləməsini 
müəyyənləşdirməyə kömək edir. 
3)proqnoz  kəşfiyyatın  aşağı  ekstremi  -  ilkin  kəşfiyyat  modelinin 
göstəricilərinin proqnoz fonunun göstəriciləri ilə müqayisəsinin nəticəsi olub, 
nəzərdə  tutulan  meylin  qəza  sahəsinin  başlandığı  dairəyədək  maksimal 
mümkün geriləməni müəyyənləşdirir. 


 
 
73 
4) proqnoz fonunun göstəriciləri nəzərə alınmaqla aşağı və yuxarı ekstremlər 
arasında ən çox ehtimal edilən meylin müəyyənləşdirilməsidir.  
Proqnostik tədqiqat prosesində ilk üç komponent (birbaşa, yuxarı və aşağı 
ekstremlər) daha çox ehtimal edilən meylin məhdudlaşdırıcıları kimi mümkün 
dəyişikliklər  şəraitində  daha  real  sərhədlərin  müəyyənləşdirilməsinə  xidmət 
edir. Birbaşa ekstrapolyasiya ilkin məqam rolunu oynayır və proqnoz fonunun 
ziddiyyətli göstəricilərinin qiymətləndirilməsi amillərinin daşıyıcısı kimi çıxış 
edir.  Birlikdə  bütün  dörd  komponent  qərar  qəbul  edən  şəxslərin  dərk  etmə 
imkanlarını  genişləndirir,  qərarın  qəbuledilməzliyini  göstərir,  idrakın 
evristikliyini  (məntiqiliyini)  stimullaşdırır,  qəbul  edilən  qərarların  mümkün 
nəticələrini müqayisə edir, və bütün bunlar birlikdə qərarların obyektivlik və 
səmərəlilik səviyyəsini yüksəldir.   
Kəşfiyyat  proqnozun  nəticəsi  real  gözlənilən  vəziyyət  deyil,  mütləq  həll 
edilməli  olan  problemlər  kompleksidir.  Kəşfiyyat  proqnozun  məqsədi 
gözlənilən problem vəziyyətin, gələcək problemlərin aşkar edilməsidir.    
Problem vəziyyət və onun inkişaf perspektivləri 
Kəşfiyyat  proqnozunun  hazırlanmasının  ən  vacib  mərhələsi  –  ilkin 
proqnozun  parametrlərinin  yenidən  müəyyənləşdirilməsi  yolu  ilə  proqnoz 
modelin  qurulması  və  bu  göstəricilərin  obyektiv  təhlilidır.  Bu  prosedurun 
mahiyyəti  perspektiv  sosial  problemin  inkişafı  prosesinin  izahı  ilə  bağlıdır. 
Kəşfiyyat  proqnoz  modeli problem  vəziyyətin tədqiqi  və  kəmiyyət-keyfiyyət 
qiymətləndirilməsi  əsasında  qurulur.  Bu  sosial  təzahürün  əsas  inkişaf 
xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 
-  problem  ziddiyyətin  xüsusi  forması  kimi,  həqiqi  və  arzu  edilən  arasında 
yaranır; 
-  obyektiv  şəkildə  mövcud  olan  problem  vəziyyətdə  arzu  edilən  və  həqiqi 
vəziyyətə nail olmaq üçün dəyişikliklərin zəruriliyi insan, sosial qrup, yaxud 
cəmiyyət tərəfindən subyektiv şəkildə dərk edilir
-  problem  vəziyyəti  insan,  sosial  qrup,  yaxud  cəmiyyət  üçün  xarici  tələblər 
kompleksi, sosial təzahür kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, problem 
vəziyyət sosial xüsusiyyətə malik olur.     
Əgər  problem  və  problem  vəziyyəti  obyektiv  olaraq  mövcuddursa,  lakin 
insanlar  tərəfindən  subyektiv  olaraq  dərk  edilmirsə,  praktiki  olaraq,  aktual 
deyil.  Əgər  vəziyyət  insanlar  tərəfindən  problemli  kimi  qəbul  edilirsə,  lakin 
obyektiv  olaraq  problemli  deyilsə,  bu  psevdo,  yəni  saxta  problemli 
vəziyyətdir.  
Burada  ilkin  vəziyyət  –  adi  normal  vəziyyətdir.  Bu  vəziyyətdə  həqiqi  və 
arzu  edilən  arasında  parçalanma  yoxdur  və  keyfiyyət  xüsusiyyəti  daşıyır. 
Normal  vəziyyətdə  həqiqi  və  arzu  edilən  arasında  parçalanmanın  olmaması 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə