210
Daxili əlaqələndirmə vasitələri (daxili interface) göstəricilər bazasının və
modellər bankının qarşılıqlı fəaliyyətini həyata keçirir. Dəyişənlərin ilkin
mahiyyəti və parametrləri göstəricilər bazasından modellər bankına ötürülür,
hesabların nəticələri, yəni proqnozlaşdırmanın son mərhələsinə dair
göstəricilər isə geri qayıdır. Bu zaman interface proqamlar bir sıra texniki
məsələləri yerinə yetirir: göstəricilər dairəsinə nəzarət, göstərici meyarlarının
dəyişdirilməsi və s.
Xarici əlaqələndirmə vasitələri (xarici interface) istifadəçinin imitasion
sistemlə dialoq imkanlarını təmin edir. Belə ki, imitasion sistem istifadəçisinin
modelləşdirmə və proqramlaşdırma haqqında məlumatlı insan olması vacib
deyil, buna görə də xarici inteface istifadəçi üçün əlverişli şəkildə təşkil
edilməlidir. Burada əlverişli vəziyyət dedikdə, sistemin istifadəçinin
tələbatlarına reaksiya sürəti, sistemlə ünsiyyət dilinin sadəliyi, buraxılış
məlumatlarının anlaşıqlılığı və hesablama nəticələrinin əyaniliyi, real zaman
çərçivəsində modelləşdirmə prosesinin islah edilməsi imkanları və s. nəzərdə
tutulur.
İmitasion sistemin istifadəçi interface-nin hazırlanması zəruridir. Ən yaxşı
modellər, keyfiyyət göstəriciləri və idarəetmə proqramları toplusu əlverişli
interface olmadan «özündə şey» olaraq qalır və ən yaxşı halda istifadəçinin
daxili ehtiyaclarına uyğun ola bilər. Təcrübəçilər belə sistemlə işləmirlər.
Burada modelləşdirmənin nəticələrinin əyani göstəricilərlə (xəritə, cədvəl,
diaqramma, qrafiklər və s.) təqdimatı əsas mahiyyət kəsb edir. Uyğun
nəticələrin reallaşdırılması üçün proqram-texniki (plotter, yaxud cədvəlqurma,
cədvəl qovluğu və s.) və analitik (informasiyanın toplanması metodu) vasitələr
istifadə edilir.
Modelləşdirmənin nəticələri sistemin hazırlayıcıları və ekspertləri
tərəfindən şərh edilir. Nəticələrin analizi imitasion sistemin hazırlanmasında
zəif tərəfləri və səhvləri aşkar etməyə imkan yaradır və bu zaman proqramın
reallaşdırılması, formalaşdırılması və konseptuallaşdırılması mərhələlərinə
qayıtmağı tələb edir. İmitasion sistemlər sadələşdirilmiş modellər konsepsiyası
çərçivəsində analitik və imitasion metodların uyğunlaşdırılmasına imkan
yaradır. Konseptual model imitasion tipli model əsasında qurulur, lakin bu
model vasitəsilə hesablamalar aparılması kompüter və insan ehtiyatlarının
böyük itkilərilə nəticələnir. Buna görə də əsas modelin sadələşdirilməsi və
sadələşdirilmiş modellərin tədrici istifadəsi məqsədəuyğundur. Aşağı səviyyəli
sadələşdirilmiş
modellər
imitasion
tədqiqatlara,
yuxarı
səviyyəli
sadələşdirilmiş modellər isə analitik nəticələrə əsaslanır. Sadələşdirilmiş
modellərin tədqiqatının nəticələri növbəti mərhələdə ekspertlər tərəfindən
öyrənilir və maraq doğuran nəticələr daha dəqiq modellər əsasında araşdırılır,
211
mənfi nəticələr kənarlaşdırılır. Belə yanaşma az itki ilə alternativlərin ilkin
çoxluğunun azaldılmasına şərait yaradır. Düzgün işlənib hazırlanmış və
istifadə edilən imitasion modellər qərarların müdafiəsi aləti olub, ekspert və
təcrübi biliklərin riyazi metodlar və kompüter modelləşdirməsi ilə
birləşdirilməsinə şərait yaradır.
İmitasion modelləşdirmə qərarların ümumi analizi proseduru kimi beş
mərəhələdən ibarətdir:
- ilkin analiz;
- struktur analiz;
- qeyri-müəyyənliyin analizi;
- faydalılıq, yaxud dəyərliliyin analizi;
- səmərələləşdirmə prosedurları.
İlkin analiz zamanı qərar qəbul edən şəxs mövcud problemlə bağlı hansı
fəaliyyət kursunun seçiləcəyini müəyyənləşdirir. Problem təyin edilir və
mümkün alternativlər məlum olur.
Struktur analiz problemin keyfiyyət strukturunun müəyyənləşdirilməsilə
bağlıdır. Burada qərarlar ağacı iki formaya malik olur: qərarlar zirvəsi və
hadisələr zirvəsi. Birinci halda qərar qəbul edən şəxs, ikinci halda isə nəzarət
edilməyən amillər aparıcı rola malik olur.
Qeyri-müəyyənliyin analizi zamanı qərar qəbul edən şəxs hadisələr
zirvəsində yaranan ayrı-ayrı problemlərə dair ehtimalların mahiyyətini
müəyyənləşdirir. Bu, mövcud empirik göstəricilərə, ayrı-ayrı analitik və
imitasion modellərin mümkün nəticələrinə, ekspertlərin rəyinə, həmçinin qərar
qəbul edən şəxsin subyektiv mühakimələrinə əsaslanan metod və prosedurlar
əsasında həyata keçirilir.
Faydalılıq, yaxud dəyərliliyin analizi qərarlar ağacında nəticələrin
faydalılığının müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul edən şəxs tərəfindən
bu və ya digər istiqamətin seçilməsinə yönəlir. Hər bir məsələdə fərqli iqtisadi
və digər itkilər və gəlirlər əlaqələndirilir. Nəticələr toplusu qərar qəbul edən
şəxs tərəfindən nizamlanmalı və nəticələrin reallaşdırılmasında qeyri-
müəyyənlik nəzərə alınmalı, yəni nəticələrin faydalılığı riyazi gözləmələrə
əsaslanmalıdır. Qeyri-müəyyənlik dedikdə, qərar qəbul edən şəxsin iki
alternativ fəaliyyət arasında seçim etmək imkanı nəzərdə tutulur, bu zaman
mümkün nəticələr öyrənilməli və daha faydalı nəticələrə malik olacağı ehtimal
edilən variant seçilməlidir.
Səmərələşdirmə prosedurları son mərhələ kimi hesablamalar vasitəsilə
daha səmərəli, yəni maksimum faydalı ola biləcək strategiyanın
müəyyənləşdirilməsilə bağlıdır. Bu strategiyada qərar qəbul edən şəxsin
qərarlara təsiri əks olunur. x nəticəsi səbəb nəticə əlaqəli və birölçülü olduqda
Dostları ilə paylaş: |