230
Sosial mədəni layihələşdirmənin predmeti olan prosessual, əşyavi və ideal
«mədəni dünyalar» insanın inkişaf səviyyəsini, həmçinin cəmiyyətin,
bəşəriyyətin mədəni inkişafının yeni dövrünü müəyyənləşdirir. Bu səviyyə
insanın mədəni məskunlaşma mühitindən, onun əşyavi və mənəvi mühitinin
mahiyyət və keyfiyyətindən asılı olub, mədəni fəaliyyətdə mənimsənilir.
Mədəni sahənin layihələşdirilməsi xüsusiyyətləri kimi aşağıdakılar nəzərə
alınmalıdır:
- müasir mədəni siyasətə uyğun olaraq, ənənəvi sahə ilə bağlı müəssisələrin
fəaliyyətinin təkmilləşdirilməsi və
yenidən istiqamətləndirilməsi;
- ərazinin mədəni inkişafına imkan yaradan yeni tipli müəssisə və institutların
yaradılması (məsələn, ənənəvi xalq mədəniyyəti mərkəzlərinin, xalq
yaradıcılığı evləri,
klub-muzeylər, mədəni mərkəzlərinin və s. layihəsi).
Mədəni infrastruktur insanın sosial mədəni mühitinin əsas elementi kimi
çıxış edir. İnfrastrukturun inkişaf sahəsinə dair layihə qərarları aşağıdakı
göstəricilər əsasında formalaşır:
- Asudə vaxt, tərbiyə və əmək funksiyalarını yerinə yetirən sosial-pedaqoji və
mədəni mərkəzlərin yaradılması.
- Sosial gərginliyin aradan qaldırılmasına yönəlmiş müəssisələrin təbliği və
himayə edilməsi (siyasi klublar, mədəni maarif cəmiyyətləri, Milli mədəni
mərkəzlər və s.).
- Xüsusi yerli mədəni mərkəzlərin – xalq muzeylərinin, şəxsi kolleksiyalar
muzeylərinin, ev kitabxanalarının, sərgilərin və s. yaradılması.
- Asudə vaxtın mədəni təşkili üçün yararlı olan qeyri yaşayış fondlarının,
müəssisələrin və onların filiallarının bərpası (həmçinin asudə vaxtın təşkili ilə
bağlı mədəni mərkəzlər üçün yararlı olan müəssisə və ərazilərin qurulmasına
əhalinin cəlb edilməsi).
Bu layihələşdirmə tədbirlərinin strateji məqsədi əhalinin bütün sosial
qrupları və kateqoriyaları üçün mədəni dəyərlərin əldə edilməsini təmin
etmək, mədəni həyat subyektlərinin müxtəlifliyini stimullaşdırmaq, sosial
mədəni proqramların alternativlərini reallığa çevirməkdir.
Sosial mədəni layihələşdirmənin tətbiqi məsələlərinin həllinə yönəlmiş
ərazi səviyyəsi müəyyən ərazidə mədəniyyəti mövcudluq və inkişafın
çoxsahəli mühiti və mədəni siyasət və layihələşdirmənin obyekti kimi qəbul
edilir. Bu zaman ərazi, yaxud region anlayışı ilk növbədə inzibati vahid
mənasında işlədilir. Mühiti yanaşmanın reallaşdırılması üçün layihələşdirmədə
ərazinin digər xüsusiyyətləri nəzərə alınmalıdır:
1)insanın regionun təbii mühitini mənimsəməsi və uyğunlaşması
xüsusiyyətlərini və
səviyyəsini əhatə edən landşaft-ekoloji hüdudlar;
231
2)maddi mühitə yaradıcı yanaşmanın ifadəsi olan
memarlıq-planlaşdırma
mühiti;
3)həyat fəaliyyətinin struktur və funksional qarşılıqlı əlaqəli sahə və
formalarından (yaşayış
məskəni və əmək fəaliyyəti,
xidmət sahəsi, KİV) ibarət
olan
sosial infrastruktur;
4) müəyyən ərazidə məskunlaşmış etnik qrupların mədəni xüsusiyyətlərinin
öyrənilməsini ifadə edən
etnomədəni əsaslar;
5) tarixi mədəni potensial;
6) ərazinin etnomədəni tərkibi əsasında müəyyənləşən mənəvi mədəni birlik.
Sosial mədəni sahəni – ideyalar, təşəbbüslər, texnologiyalar, ənənələr və
müəyyən problemlər daşıyıcısı olan mədəni fəaliyyət subyektlərinin məcmusu
kimi müəyyənləşdirmək olar. Layihələşdirmə prosesində regionun tarixi
mədəni özünəməxsusluğunun (ənənələr, adətlər, mərasimlər, bayramlar,
oyunlar, musiqi və poeziya yaradıcılığı, xalq pedaqogikası, təbiətşünaslıq,
tibbi bilikləri, tarixi və mədəni abidələri, unikal təbii landşaft əraziləri,
etnomədəni xüsusiyyətləri, insan ehtiyatları və s.) öyrənilməsi və nəzərə
alınması zəruridir.
Ərazi-mühiti yanaşma layihə fəaliyyəti obyektinin bir sıra üstünlüklərinin
aşkar edilməsinə şərait yaradır. Bu zaman layihələşdirmə fəaliyyətilə bağlı
mədəni siyasət sahəsi genişlənir, insan ehtiyatları fəallaşır, ərazinin tarixi
mədəni ehtiyatları istifadə edilir, maliyyə ehtiyatları aşkar edilir. Bu
yanaşmanın layihə əsasında reallaşdırılması mədəni müəssisələrin, asudə
vaxtın, idmanın, təhsilin təsisat əlaqəsizliyinin aradan qaldırılmasına və vahid
proqram çərçivəsində onların infrastrukturunun səmərəli istifadə edilməsinə
şərait yaradır.
Sosial mədəni layihələşdirmənin
əsas (ümumi) prinsipləri aşağıdakılardan
ibarətdir:
1.
»Mümkün
modifikasiya və modernləşmə həddi» proqramı
özünütəşkilatlandırma və özünüinkiaf subyekti olan layihələşdirmə obyektinin
idarə edilməsi hədləri və imkanlarının, sosial mədəni proseslərin islah
edilməsi səviyyəsini və bu modifikasiyanın (dəyişmənin) sosial əhəmiyyətli
nəticələrinin nəzərdə saxlanmasını təklif edir. Təcrübi əsaslarda bu prinsip
sosial mədəni həyat subyektlərinə maksimum təşkilati-hüquqi müstəqillik
verir, onu insanın, təbiətin, dünyanın məhvinə yönəlmiş zorakı dəyişiklilər
ideyasına qarşı qaldırır və subyektin özünütəşkilatlandırması və özünü inkişaf
etdirməsinə şərait yaradılması fikrini aşılayır. Bu prinsip ərazidə sosial mədəni
subyektlərin özünüinkişafı və özünütəşkilatlandırması proseslərinə şərait
yaradılması və səmərələşdirilməsi sisteminin yaradılmasına yönəlmiş reqional
mədəni proqramların strateji məsələsi kimi qəbul edilə bilər.