232
2.Şəxsiyyətin «yaxın inkişaf zonalarının» səmərələşdirilməsi proqramı
sosial mədəni mühitin məskunlaşması ilə bağlıdır. Bu prinsipə əsasən
layihələşdirmənin əsas məqsədi arzu edilməyən problemlərin həll edilməsi,
yaxud aradan qaldırılması yolu ilə sosial mədəni subyektin özünüinkişafı
şərtlərinin işlənib hazırlanmasına yönəlir. Bu prinsipin reallaşdırılmasını sosial
mədəni layihələşdirmədə mühiti yanaşmanın ifadə olunması kimi qəbul etmək
olar.
3.Sosial
mədəni
layihələşdirmə
prosesinin
və
nəticələrinin
şəxsləndirilməsi proqramı mədəni fəaliyyət vasitələrilə insanın müstəqil
özünüreallaşdırmasına şərait yaradan ideya və layihələrin alternativliyini əks
etdirir. Bu prinsip mədəni proseslərin yaradıcı şəxslə əlaqələrinin bərpasına,
gizli mənəvi dəyərlərin aktuallaşmasına yönəlir.
4.Mühafizə və dəyişikliklərə optimal yönəlmə proqramı (yəni, mədəni
dinamikanın ənənəvi və innovasion mexanizmləri və prinsiplərinin
mütənasibliyi) mədəni irsin təkrar istehsalı proseslərilə mədəni innovasiya
prosesləri arasındakı optimal münasibətlərə əsaslanır. Bu prinsip bir sıra
şərtlərlə bağlıdır:
a) Mühafizə və dəyişikliklər prosesləri hər hansı bir mədəni sistemin əsas
mexanizmləridir. Mühafizə – norma, dəyərlər, davranış qaydalarının,
bütövlükdə mədəniyyət institutunun yeni nəsil tərəfindən təkrar istehsalına
yönəlmiş sosiallaşma prosesidir. Dəyişiklik – dünya görüşü və həyat tərzini
dəyişən, mədəniyyətə və sosiuma qeyri-müəyyənlik elementi gətirən yeni
norma və dəyərlərin yaranmasıdır.
b) Mədəni dinamikanın ənənəvi və innovasion mütənasibliyi prinsipinin
reallaşdırılmasının zəruriliyi mühafizənin dəyişikliklər üzərində üstünlüyü ilə
bağlıdır.
c) Müasir sosial mədəni vəziyyətin dinamikliyi, həmçinin fəal modernləşmə
şəraitində mühafizənin kompensator (tarazlaşdırıcı) imkanları qeyd edilən
prinsipin reallaşdırılması şərtlərindən biri kimi çıxış edir.
5. Problem məqsədli yönəlmə proqramı sosial mədəni layihələşdirmənin
əsas texnoloji prinsipidir. Bu prinsipin reallaşdırılması ilk növbədə müxtəlif
növ problemlərin həllinə dair proqramların məqsədli yönəldilməsilə bağlıdır.
Layihələşdirmənin müxtəlif mərhələlərində bu prinsip əsas problem sahələrin
(bütöv ərazinin, sosial qrupların və şəxsiyyətlərin) araşdırılmasına; onların
qeyri adi həlli yollarının axtarışına; zəruri ehtiyatların hesablanmasına və
maliyyələşmə mənbələrinin axtarışına; layihənin reallaşdırılmasında maraqlı
olan bütün sosial mədəni subyektlərin birgə fəaliyyətə cəlb edilməsinə yönəlir.
Problem məqsədli yönəlmə prinsipinin reallaşdırılması mədəniyyətin hüdud
və funksiyalarına dair daha geniş təsəvvürlərin əldə edilməsini tələb edir,
233
siyasi mədəniyyət və layihə obyektinin fəaliyyət sahəsini genişləndirir. Bu
prinsipin üstünlüyü aşağıdakılarla bağlıdır:
a) Əhalinin maraqları və tələbatlarının öyrənilməsi üçün istifadə edilən və
bahalı, uzun müddətli və az səmərəli sosioloji tədqiqatlara tələbat aradan
qalxır, problemlər əsas, maraqlar və tələbatlar isə ikinci dərəcəli amilə çevrilsə
də proqram hazırlanarkən və reallaşdırılarkən mütələq nəzərə alınır. Layihənin
mahiyyəti araşdırılarkən proqram auditoriyası olan sosial qruplara xas
problemlər öyrənilməlidir.
b) Sosial mədəni proqramların geniş həcmli problemlərin həllinə yönəldilməsi
sosial mədəni fəaliyyət sahəsini genişləndirir, mədəniyyətşünaslıq və sosial
pedaqoji istiqamətli ixtisasların ictimai mahiyyətini və nüfuzunu artırır və
onların sosial tələbatını təmin edir.
c) Layihə və proqramların problem yönümlüyü insanların maraqlarının və
layihə məqsədlərinin üst-üstə düşməsi əsasında ünvanlanmış şəxslərin
iştirakını fəallaşdırır.
ç) Sosial mədəni proqramların maliyyələşdirilməsi üçün əlavə vasitələrin cəlb
edilməsinə səbəb olur.
d) Layihə çərçivəsində fəaliyyətin məqsədələr, vəzifələr və mahiyyətinin
problemli əsaslandırılması təsisat əlaqəsizliyinin aradan qaldırılmasına, ayrı-
ayrı subyektlərin və müəssisələrin vahid məqsəd ətrafında birləşdirilməsinə və
hər bir ehtiyatın daha səmərəli istifadəsinə şərait yaradır.
Sosial mədəni layihələşdirmənin xüsusi prinsipləri aşağıdakılardır:
1)Layihələşdirilən dəyişənlərin mütənasiblik proqramı, yəni dəyişənlərin
layihə auditoriyasının əsas struktur elementi kimi çıxış edən insanın fizioloji,
psixoloji, ekoloji və sosial mədəni təbiətinə uyğunluğu ilə bağlıdır.
2) Sosial və şəxsiyyət məqsədəuyğunluğu proqramı gözlənilən nəticələrin
normativ məqsədlər və şəxsiyyətin tələbatları ilə üst-üstə düşməsinə,
eksperimental yoxlamaların təşkilati formalarının hazırlanması və daha
səmərəli formanın sosial münasibətlərdə tətbiq edilməsinə yönəlir.
3)Komplekslilik proqramı insanın öz təbii, sosial və mədəni mühiti ilə
qarşılıqlı əlaqə istiqamətləri və formalarının nəzərə alınması ilə bağlıdır.
4) Reallıq proqramı mədəni problemlərin həllində mövcud ehtiyatların nəzərə
alınması və istifadəsi, layihənin iqtisadi məqsədyönümlüyü və sosial
səmərəliliyinin hesablanması, oxşar problemlərin həllində mövcud pozitiv həll
vasitələrinin istifadə edilməsi, mövcud mədəni nümunələrdə innovasiyalara
münasibətin müəyyənləşdirilməsi, layihənin tətbiqi və yayılma sahəsinin
əsaslandırılmasına yönəlir.
Təqdim olunan iki fərqli prinsip iki funksiyanı yerinə yetirir:
Dostları ilə paylaş: |