236
sahələrində obyektiv şəraiti və subyektiv keyfiyyətləri özündə birləşdirən
insan davranışının mahiyyətini əks etdirir. Sosial mədəni layihələşdirmə
çərçivəsində bu anlayış dəyərlər və uyğun fəaliyyət formaları ilə məhdudlaşır
və şəxsiyyət və sosial qrupun bədii, tarixi, sosial psixoloji, mənəvi, siyasi,
ekoloji, peşə, asudə vaxt, psixofizioloji mədəniyyət səviyyəsi kimi çıxış edir.
Layihələşdirmə prosesində həyat tərzinin analizi zamanı insanın inkişaf
problemləri sosial mədəni fəaliyyətin subyekti kimi müəyyənləşdirilir, yəni
insanın dünya mədəniyyətini mənimsəməsi meyarları aşkar olunur,
şəxsiyyətin,
sosial qrupun bədii, sosial psixoloji səviyyəsi müəyyənləşdirilir.
YOXLAMA SUALLAR
1.Sosial mədəni layihələşdirmə hansı məqsədləri daşıyır?
2.Layihə sosiumu dedikdə nə nəzərdə tutulur?
3.Mədəni sahənin layihələşdirilməsi xüsusiyyətlərini izah edin.
4.Sosial mədəni layihələşdirmənin əsas prinsipləri hansılardır?
5.Sosial mədəni layihələşdirmənin texnoloji əsaslarını izah edin.
REFERAT MÖVZULARI
1.»Sosial mədəni layihələşdirmənin» mahiyyəti
2.Sosial mədəni fəaliyyətin məqsəd yönümləri və vəzifələri
3.Sosial mədəni layihələşdirmədə sosial proqram və sosial layihə
4.Sosial mədəni layihələşdirmədə məqsədyönümlük
5.Layihələşdirmə prosesinin subyektləri və iştirakçıları
6.Sosial mədəni layihələşdirmənin texnologiyası
7.İctimai ikişafın analizinə sosial mədəni yanaşma.
ƏDƏBİYYAT:
1.Бергер П., Лукман Т. Социальное конструирование реальности : Трактат по социологии
знания. М., 1995.
2.Дридзе Т. М., Орлова Э. А. Основы социокультурного проектирования. М., 1995.
3.Жежко И.В. Игровые методы проектирования в сфере культуры // Прорыв в реальность.
М., 1993.
4.Ковалева А. И., Луков В. А. Социология молодежи : Теоретические вопросы. М. :
Социум, 1999.
5.Крючков Ю.А. Проектная культура. М., 1989.
6.Марков А.П., Бирженюк П.И. Основы социокультурного проектирования: Учебное
пособие. СПб., 1997.
7.Петров В.М. Прогнозирование художественной культуры: вопросы методологии и
методики. М., 1991.
8.Социальное проектирование в сфере культуры. М., 1990.
9.Тощенко Ж. Т., Аитов Н. А., Лапин Н. И. Социальное проектирование. М., 1982.
238
4.Şəxsi firmalar ərazinin iqtisadi həyatının regional tənzimlənməsi
məsələlərilə məşğul olur və regional və bələdiyyə təşkilatlarının digər şəxsi
firmalarla qarşılıqlı təsirini təmin edir. Bu qarşılıqlı təsir metodları belə
firmaların təşkilati-hüquqi formalarına görə fərqləndirilir.
Firmaların birləşdirilməsi firmalararası münasibətlərin məqsəd və
xüsusiyyətlərindən asılı olaraq, aşağıdakı formalara malik ola bilər:
1.
Kartel – firmaların birləşmiş forması kimi əsasən qiymətlərin
tənzimlənməsinə yönəlmiş satış-təchizat fəaliyyətilə məşğul olur. Kartelin
əsas əlamətləri iştirakçılarının tam əmlak və təsərrüfat müstəqilliyi və birliyin
ayrılıqda
satış-təchizat
strukturu
yaradılmadan
saziş
yaradılması
xüsusiyyətlərilə bağlıdır. Kartellər əhalinin həyat tələbatı ilə bağlı zəruri
məhsulların qiymətlərinin tənzimlənməsi məqsədilə regional orqanların
imkanlarını məhdudlaşdırır. Bu zaman kartellər açıq və gizli kartel
müqavilələrinin dərk edilməsi və rəqabət azadlığının genişləndirilməsi üçün
ölçülər götürülməsinə yönəlir.
2.
Sindikat – səhmdar cəmiyyətlər və yoldaşlıqlar formasında vahid satış-
təchizat orqanlarının yaradılmasına istiqamətlənmiş firmaların müqaviləli
təşkilatıdır. Belə birliklər aqrar rayon miqyasında kənd təsərrüfatı müəssisələri
üçün əhəmiyyətli ola bilər. Onların fəaliyyətinin nəzarəti üçün burada rayon
inzibati idarələrinin səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. Şəhər
bələdiyyələrilə müqavilə münasibətlərinə malik olan şəhər istehsal sindikatları
da səmərəli ola bilər.
3.
Pul – kartel tipli müqavilə əsasında birləşmiş təşkilatlardır. Onların
üzvlərinin gəlirləri ümumi hesaba daxil olur və əvvəlcədən müəyyənləşmiş
nisbətdə bölüşdürülür.
4.
Trest – əvvəllər tam müstəqil olan firmaların birləşdirilməsi əsasında
yaradılan təşkilatdır. Belə birlik forması regionlar və şəhərlərdə birləşdirilmiş
istehsal təşkil etmək və sahələr arası və firmalar arası maneələrin dəf edilməsi
üçün daha əlverişlidir.
4.
Holdinq – trestin dəyişmiş forması olub, vahid sahibkar tərəfindən idarə
edilən filialların birləşdirilməsilə bağıdır. Regional idarəetmənin vəkil təyin
etdiyi təşkilat holdinqin sahibi rolunda çıxış edə bilər. Regional maraqlar
baxımından belə birliklər yerli qurucu materialların istehsalını, oduncaqların
emalını, bələdiyyə idarəçiliyini əlaqələndirmək üçün əhəmiyyətli ola bilər.
5.
Konsern – hüquqi müstəqil firmaların iri birliyidir. Konsern inhisarçı
direktorlar şurası tərəfindən və səhmlər paketi vasitəsilə ona daxil olan
cəmiyyətlərə nəzarət edir. Konsern əsasən istehsal funksiyasını yerinə yetirir
və
iqtisadi rayonlar, yaxud bütün ölkədə istifadə edilir.