242
etməlidirlər. Əgər Milli iqtisadiyyatda ümumi tənəzzül proqnozlaşdırılırsa,
regional orqanlar ictimai işlərin, əl əməyinə əsaslanan istehsalın
genişləndirilməsinə, ixracın, fərdi və kooperativ inşaatın tənzimlənməsinə və
s. çalışmalıdırlar. Nəzərə alınmalıdır ki, istehsal texnologiyalarının səviyyəsi
intellektual və texnoloji sahələr vasitəsilə ərazinin iqtisadi vəziyyətinə təsir
edir. Regionlarda qabaqcıl texnologiyalarla təchiz edilmiş müəssisələrdə yeni
istehsal sahələrinin yaradılması və kadr təchizatı məsələləri sürətlə
və səmərəli
həll edilir. Burada elmi tədqiqat mərkəzləri, ali təhsil müəssisələrinin
funksiyalaşması üçün əlverişli şərait yaradılır. Eyni zamanda bu regionlarda
əhali aşağı səviyyəli istehsal sahələrinə və bitkiçiliyə daha az maraqlı olur,
regional və bələdiyyə idarəçiliyində yerli hakimiyyət orqanlarına daha
tələbkar mövqe tuturlar.
Region səviyyəsində dəyərlər şkalası, davranış tərzi, adətlər, insanlar
arasındakı münasibətlər, geyim forması, dəyərlər, qida tələbləri və s. sosial
layihələşdirmənin sosial mədəni ənənələrinə aid edilir. Məsələn, dağlıq
ərazilərdə yaşlı adamların fikri yüksək qiymətləndirilir və s. Regional və
bələdiyyə səviyyəli sosial layihələşdirmə ölkədəki və ayrı-ayrı ərazilərdəki
ümumi siyasi vəziyyətlə yanaşı, əhalinin və ictimai birliklərin müəyyən
istehsal və biznes sahəsinə təsiri nəzərə alınmalıdır.
Regional layihələşdirmənin daxili mühiti
Regional layihələşdirmənin daxili mühiti məqsəd, struktur, vəzifələr,
texnologiyalar, kadrlar, qruplar kimi dinamik dəyişənlərdən ibarətdir.
Regional təşkilatın daxili mühitini formalaşdıran dəyişənlər ərazi iqtisadi
sistemi daxilində vəziyyətlə bağlı amillərdən ibarət olub, idarəetmə
qərarlarının nəticəsi kimi çıxış edir. Regionun məqsədləri ərazi təşkilatının
ilkin əsası kimi çıxış edir. Regional təşkilatın məqsədləri onun daxili
mühitinin elementləridir. Fərqli təsərrüfat formaları və sosial qruplar əsas və
ikinci dərəcəli məqsədlərə malik ola bilər. Məsələn, istehsal müəssisələrinin
əsas məqsədi istehsal həcmi və işçi heyətin əmək haqqının ödənilməsi,
maliyyə təşkilatlarının əsas məqsədi sifarişçilərin artırılması, təhsil
müəssisələrinin əsas məqsədi ixtisaslı kadrların yetişdirilməsi, tibb
müəssisələrinin əsas məqsədi əhali arasında müalicə profilaktik tədbirlərin
keçirilməsi, həmkarlar ittifaqlarının məqsədi əmək məşğulluğu və əmək
haqqının ödənilməsi və s. ilə bağlıdır. Bununla belə ayrı-ayrı təşkilatların
fərqli məqsədləri ərazinin ümumi məqsədinin tərkib hissəsi kimi çıxış edir.
Regional təşkilatın strukturu idarəetmə və funksional sahələrdə səmərəli
funksiyalaşmanı həyata keçirən məntiqi münasibətlər sistemidir. Funksional
sahə struktur alt sistemlər vasitəsilə həyata keçirilən funksiyalar toplusudur.
Regional layihələşdirmənin əsas xüsusiyyəti şaquli və üfiqi əmək bölgüsünün