234
1)Layihəçinin dünyagörüşünün, onun hazırladığı konsepsiyaların, layihələrin,
proqram və təşəbbüslərin üslub və mənəvi əsaslarını müəyyənləşdirir, yəni
layihələşdirmənin dəyər yönümü səviyyəsini təmin edir. İfadə tərzinə görə
proqramın məhdudluğu, yaradıcı, yaxud dağıdıcı meyarlarını fərqləndirmək
olar.
2)Bu prinsiplər sosial mədəni layihələşdirmə texnologiyalarının nəzəri
əsaslarını təşkil edir.
Sosial mədəni layihələşdirmənin texnoloji əsasları və sosial mədəni
layihələrin və proqramların hazırlanmasının ilk mərhələsi sosial mədəni layihə
vəziyyətinin xüsusiyyətlərilə sıx bağlıdır. Layihə vəziyyəti şəxsiyyətin, sosial
qrupun, sosial birliyin fəaliyyət göstərdiyi səciyyəvi şərait və vəziyyətlər
məcmusu kimi insanın həyat fəaliyyəti formalarını, dəyər yönümü
sistemlərini, onun mühitinin xüsusiyyətlərini, digər insanlarla münasibətlərini
və s. müəyyənləşdirir. Vəziyyətlər obyektiv və subyektiv, perspektiv və
destruktiv, idarəedilən və idarəedilməz ola bilər. Sosial mədəni subyektə
münasibətdə obyektiv olan vəziyyət subyektin fəaliyyətini əsaslandırır, onların
dəyişdirilməsi və qarşısının alınmasına imkan yaradır. Layihə vəziyyəti
kateqoriyası sosial mədəni layihələşdirmənin əsas texnologiyalarından biridir.
Bu sistemli kateqoriya əsasında xüsusi struktura, yəni sabit komponentlər
toplusuna malik olan dinamik sosial mədəni tamlıq fərqləndirilir. Müəyyən
vaxt müddətində müəyyən sosial mədəni prosesin hüdudları, keyfiyyət və
istiqamətləri təyin edilərkən, layihələşdirilən vəziyyət analiz modeli və
layihələşdirmə metodu qismində çıxış edir və insanların həyat fəaliyyəti
şəraitini və problemlərini təsvir etməyə və mövcud problemlərin həlli yollarını
tapmağa imkan yaradır.
Layihə vəziyyətin xüsusiyyətləri sosial mədəni prosesin modeli kimi
aşağıdakı komponentlərin aşkar və təhlil edilməsilə bağlıdır:
1) vəziyyətin hüdudlarını təşkil edən həyat tərzinin kütləvi miqyaslı nisbi sabit
və
zəruri amilləri;
2) dəyişdirilə, yaxud təkmilləşdirilə bilən amillər.
Sosial mədəni problem layihələşdirmə vəziyyətinin təhlil vahidi kimi çıxış
edir. Sosial mədəni problem dedikdə, obyektiv çətinliklər, məhdudiyyətlər,
həmçinin arzu edilənə uyğun olmayan vəzziyət nəzərdə tutulur. Problem
vəziyyət birmənalı həlli olmayan, subyekt və onu əhatə edən mühit arasındakı
mövcud qarşılıqlı münasibətləri əks etdirən vəziyyətdir. Vəziyyətin analizi
siyasi, iqtisadi, demoqrafik, ekoloji və digər sahələrdə səciyyəvi problemlərin
aşkar edilməsinə yönəlir. Sosial mədəni vəziyyət, həyati vəziyyət, şəxsi
problemlər problem vəziyyətin xüsusi aspekləri kimi müəyyənləşdirir.