240
nəzərə alınmasına yönəlir. Regional və bələdiyyə təşkilatları sosial və hüquqi
məsuliyyət daşıyır.
Sosial məsuliyyət dedikdə, sosial problemlərin (ekoloji, əmək məşğulluğu,
mədəni xidmət və s.) həllində könüllü iştirak nəzərdə tutulur. Sosial
məsuliyyət maddi nəticələrə malik olur. Hüquqi məsuliyyət dövlət və
bələdiyyə idarəçiliyində müəyyən qanun və normalara əməl edilməsilə
bağlıdır.
Regional səviyyəli sosial layihələr etik normaları nəzərə almalıdır. Etik
normalar ümumi dəyərləri və etik qaydaları nəzərdə tutur. Regional
layihələşdirmədə qeyri etik normalar dedikdə, aşağıdakılar nəzərdə tutulur:
- layihə vasitəsilə cəzalandırma
sazişləri qəbul edilir;
- heyət və əhalinin sanitar müdafiəsi ilə bağlı ölçülər götürülməməsi;
- ziyanlı təsərrüfat sahələrində
pulun əskik verilməsi, yaxud ödənilməməsi;
-sosial layihələrdə keyfiyyətsiz məhsulların bazara çıxarılmasına imkan
yaratmaq;
- layihələrin müzakirə edilməsi vasitəsilə rəqiblər, yaxud əməkdaşlar haqqında
bədnam məlumatlar yaradılması və yayılmasına səbəb olmaq.
Layihələşdirmə mühiti
Regional layihələrin xarici mühiti qeyri regional və regionlardaxili
elementlər, amillər və proseslər vasitəsilə formalaşır. Regional iqtisadiyyat
ölkənin regional sisteminin tərkib hissəsi kimi qeyri regional amillərin təsirinə
məruz qalır. Qeyri regional təsirlər dedikdə, qanunvericilik, mərkəzi oqran və
təşkilatlar ölkənin vahid iqtisadi, maliyyə sistemi, kommunikasiya vasitələri,
siyasi və digər institutlar, ölkənin ümumi bazarı və s. nəzərdə tutulur.
Regional təsərrüfat müəyyən sahədə təsərrüfat subyektlərinin, sosial
birliklərin, hüquqi, etik, iqtisadi, ictimai institutların və s. kompleksi kimi
çıxış edir. Bu mənada regional təsərrüfat regiondakı təşkilatlar, firmalar,
müəssisələr və digər institutlar üçün xarici mühit rolunu oynayır. Bununla
əlaqədar olaraq, sosial layihələrdə «xarici mühit» anlayışı və bu anlayışın
qarşılıqlı əlaqəli olan iki istiqaməti – qeyri regional xarici mühit və
regiondaxili xarici mühit istifadə edilməlidir. Qanunverici, maliyyə, sosial və
digər sahələr fərqləndirilir. Xarici mühitin mürəkkəbliyi dedikdə, təşkilatın
funksiyalaşması, xarici mühitin çevikliyi dedikdə, təşkilatın funksiyalaşdığı
xarici mühitin dəyişmə sürəti nəzərdə tutulur. Xarici mühitin təyin edilməsi
səviyyəsi təşkilatların mühitin dinamik amilləri (rabitənin inkişafı, inşaatın
planlaşdırılması, regional proqramların maliyyələşdirilməsi, tələbatın
dinamikası və perspektivləri və s.) haqqında məlumatlılıq səviyyəsindən
asılıdr.
Bilavasitə təsir mühiti