225
sosium və mədəniyyət hissəli tədqiq edilir. Qeyd etmək olar ki, problemin
aşkar
olunması,
məqsədyönümlük
və
alətlər
kompleksinin
müəyyənləşdirilməsi birlikdə layihə fəaliyyətinin strukturunu və alqoritmini
təşkil edir.
Məqsədyönümlük prosesi vəziyyətin təhlili və daha aktual problemlərin
aşkar edilməsi ilə başlayır və layihə məhz həmiq problemin həll edilməsi,
yaxud səmərələşdirilməsinə yönəlir. Təhlil edilən əsas göstərici kimi
aşağıdakılar çıxış edə bilər:
1) Şəraiti və bütövlükdə cəmiyyətin funksiyalaşması şərtlərini xarakterizə
edən vəziyyət;
2) Sahəsi bu və ya digər ərazi-inzibati vahidi (region, şəhər, rayon, qəsəbə) ilə
üst-üstə düşən lokal vəziyyət;
3) Əhalinin müəyyən kateqoriyası, yaxud qrupunun həyat fəaliyyətinin
konkret vəziyyət və şərtlərinə əsaslanan vəziyyət.
Sosial, lokal və fərdi vəziyyətlərin fərqləndirilməsi layihələşdirmə
çərçivəsində hazırlanmış qərarların qarşılıqlı əlaqəliliyini və bir vəziyyətdən
digərinə ardıcıl keçidini təmin edir.
Layihə, yaxud proqramın (federal, regional, lokal) məqsədli
əsaslandırılması vəziyyətin hərtərəfli təhlilini və bu əsasda – 1)
layihələşdirmənin üstün sahələrini və 2) layihənin ünvanlandığı əhalinin və
sosial qrupun kateqoriyasını müəyyənləşdirməyi nəzərdə tutur.
Layihələşdirmənin üstün sahələri dedikdə, sosial mədəni həyatın sosial
və şəxsiyyət çərçivəsində daha dəyərli olan və insanın həyat fəaliyyətinin
optimallaşdırılması imkanlarına və ehtiyatlarına malik olan, problemin
maksimum təmərküzləşməsi ilə xarakterizə olunan sahələr nəzərdə tutulur.
Layihələşdirmənin üstün tərəflərinin aşkar edilməsi mövcud vəziyyətin
təhlilindən başlayır.
Layihə sosiumu sosial mədəni və şəxsiyyət problemlərinin daşıyıcıları
olan və sosial və mədəni xüsusiyyətlərinə görə fərqlənən sosial birlik, sosial
təbəqə, yaxud qrupdur. Bu zaman problemli vəziyyət dəqiq müəyyənləşmiş,
müəyyən problemlər daşıyıcısı olan sosial mədəni subyektə malik olur və
layihənin məzmunu həmin subyektlə bağlı olur. Bu layihənin hüdudları ərazi,
sosial demoqrafik, etnik, peşə, yaxud yaş göstəriciləri əsasında müəyyənləşir.
Sosial mədəni layihələşdirmədə layihələşdirmə subyekti olan birliyin
xüsusiyyətlərini əks etdirən əsas parametrlər nəzərə alınmalıdır:
- problem daşıyıcısı olan sosial birlik;
- icma daxilində davranış və sosial qarşılıqlı təsiri tənzimləyən sosial mədəni
xüsusiyyətlər (dəyərlər, adətlər, ənənələr);
226
- icma üzvlərinin problem vəziyyətin həlli üçün istifadə edilən bilikləri,
bacarıqları və adətləri;
- icma üzvləri üçün əldə edilən və layihənin reallaşdırılması gedişinə təsir
edən ehtiyatlar.
Layihələşdirmənin alətlər kompleksi, metodikası və texnoloji hissəsi
məsələnin həlli üçün zəruri olan ehtiyat və vasitələrin, məqsədlərə nail olma
metodlarının, həmçinin layihənin reallaşdırılması gedişində subyektlərin
cəhdlərinin təşkilatlandırılması formalarının aşkar edilməsinə yönəlir. Sosial
mədəni layihələşdirmənin metodları məsələnin məqsəd və həlli üsulları,
layihələşdirmə vasitələri isə, məqsədə nail olma ilə bağlı vasitə və
əməliyyatlardır. Sosial mədəni fəaliyyət forması nizamlanmış fəaliyyət olub,
layihənin məzmunun, metod, vasitə, icraçılar və auditoriyasının
təşkilatlandırılması ilə bağlıdır. Sosial mədəni layihələşdirmənin təcrübi
tədbirləri layihənin məqsədlərinin reallaşdırılması üçün istifadə edilən əsas
alətlər kompleksini əks etdirir. Burada layihənin başlanğıcı və reallaşdırılması
mərhələləri qeyd olunur, fəaliyyətin istiqaməti, növləri, formaları və
mahiyyəti müəyyənləşdirilir, hər bir mərhələdə məqsəd və vəzifələrin
reallaşdırılması üçün zəruri olan əlavə ehtiyatlar cəlb edilir. Hər hansı bir
layihə çərçivəsində tədbirlərin mahiyyəti mütəxəssislərlə birlikdə
müəyyənləşdirilir.
Layihələşdirmə subyektləri, mütəxəssislərilə yanaşı:
- Mədəniyyət sahəsinə dair qərarlar qəbul edən və proqram və layihələrin
hazırlanması və təsdiqi ilə bağlı olan orqanlar;
- Dövlət və qeyri-dövlət müəssisələri və təşkilatları, elmi və ekspert şuraları;
- İctimai təşkilatlar layihənin iştirakçıları kimi müəyyənləşdirilə bilər.
Layihə və proqramların mahiyyəti mədəni siyasətin iki əsas strategiyası
(mədəniyyətin qorunmasına istiqamətlənmə və innovasion elementlərin tətbiq
edilməsi) yönümündə müəyyənləşir. Layihə və proqramların əsas məqsədi
mədəniyyətin qorunması və təkrar istehsalını təmin edən şəraitin
yaradılmasıdır. Bu zaman –
- sosial mədəni mühitə xas olan yaşamağa qabil dəyərlər və təzahürlərin
qorunması (əşyavi-məkanda tarixi və mədəni abidələrin, memarlıq mühitinin
qorunması, bərpası və yenidən qurulması; insanlar arasındakı münasibətlərdə
müasirliyə uyğun olan ənənəvi davranış və ünsiyyət nümunələrinin
qorunması; idraki dəyərləndirmə mühitində keçmiş humanitar mədəniyyət
mətnlərinin qorunması və mədəni dövriyyəyə daxil edilməsi).
- aktual məkanda mədəni irsin (keçmiş mühitin elementlərinin, yaşamağa
qabil ənənələri, adətləri, mərasimlərinin və s.) mənimsənilməsi və istifadə
edilməsi nəzərdə tutulur.
227
Layihə çərçivəsində mədəni innovasiyaların məqsədyönlü müdafiəsi
dedikdə,
- müasir sosial mədəni şəraitdə ən yaxşı ideya və texnologiyaların optimal
mövcudluğunun aşkar edilməsi, genişləndirilməsi və yayılması (məs., insanın
mühitdə ekoloji təhlükəsiz mövcudluq vasitələrinin, yaşayış məntəqələrində
məkanın memarlıq nümunələrinin, abidə, tətbiqi incəsənət, dizaynın optimal
təşkilatlandırılması);
- sosial və şəxsiyyət mövqeyindən insanlar arasındakı rol və qeyri-formal
əlaqələrin yeni formalarının, şəxsiyyətlərarası qarşılıqlı təsir vasitələrinin
səmərəli mənimsənilməsi;
- problem vəziyyətdə olan insanların mövcud problemləri həll etməsi üçün
onların müasir elmi biliklərlə təchiz edilməsi.
Sosial mədəni layihələşdirmənin texnologiyası layihəçinin dünyagörüşü,
onun özünütəyinetmə mövqeyi ilə bağlı olur. Layihəçinin mövqeyindən asılı
olaraq, layihə strategiyasının iki forması fərqləndirilir:
- Layihə obyekti olan mədəniyyətin maksimum dərk edilməsi və
xüsusiyyətlərinin nəzərə alınmasına yönələn strategiyada layihənin məqsədi
regionun mədəni mühitinin, yəni layihə obyektinin mühafizəsini təmin edəcək
şəraitin yaradılması və mədəniyyət subyektinin özünüinkişafı ilə bağlı olur.
- Şəxsi mədəni nümunələrin (dəyərlər, normalar, texnologiyalar) «özgə»
mədəniyyətə ixracına yönəlmiş ikinci tip strategiyalara əsasən mədəni
nümunələr şəklini dəyişərək, yeni forma alır. Müasir inkişaf etməkdə olan
ölkələrdə modernləşmə prosesləri buna nümunə ola bilər. Belə ki, bu ölkələrdə
modernləşmə prosesi mövcud modernləşmə modelləri əsasında baş verir.
Mədəni nümunə modernləşmənin subyekti kimi qəbul edilir və layihədə yad
mədəni dəyərlərin tətbiq edilməsi şərtləri ilə yanaşı mümkün müqavimətin
aradan qaldırılması mexanizmləri də işlənib hazırlanmalıdır.
Sosial mədəni layihələşdirmənin təbiətini təhlil etmək üçün sosium, sosial,
mədəni və sosial mədəni fəaliyyət anlayışları dərk edilməlidir. Sosium
təzahür, təhlil predmeti və layihələşdirmə obyekti olduğundan universal, tipik
və sabit ictimai törəmə olan sosial subyektlər (sosial qrup, təşkilat, institut),
həmçinin «sosial mexanika» prosesləri, yəni sosial qarşılıqlı təsir,
münasibətlər kimi qəbul edilə bilər. Sosial problemin araşdırılmasında nüfuz
və sosial rol əsas rol oynayır.
Mədəniyyət insanın fərdi özünütəyinetməsini, insan birliklərinin
möhkəmlənməsini təmin edən sosial yönüm funksiyasını yerinə yetirən və
sosial birliyə xas olan ənənələr, normalar, dəyərlər, mənalar, ideyalar, işarələr
sisteminin (geniş mənada etnos, millət, cəmiyyət) nəticəsi kimi çıxış edir.
Prosessual planda mədəniyyət varlığın və şüurun fərqli sahələrində formalaşan
Dostları ilə paylaş: |