Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 03 (48- 2016)”



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə8/16
tarix25.08.2018
ölçüsü1,06 Mb.
#64028
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

29 


9.  Biz  həyata  yenili  gətirənlərdən  olmaq  istəyirik.  Ey 

Məzda  və  ey  digər  başçılar,  Ey  Ordubehişt,  siz  də 

yardımınızı  əsirgəməyin  ki,  bir-birini tapmaq çətin və 

qarışıq olan yerdə düşüncələr birləşsin. 

10.  Bəli,  yalan  istədiyinə  çatsa  da,  sözsüz  ki,  dalınca 

məğlubiyyətə  uğrayacaqdır.  O  zaman  o  adamlar  vəd 

edilmiş  mükafata  çatacaq,  Bəhmən,  Məzda  və 

Ordubehiştin  xeyirli  sarayında  yerləşəcəklər  ki,  yaxşı 

ad qaazanmışlar. 

11.  Siz  ey  insanlar,  Məzda  göndərdiyi  dini  başa 

düşsəniz  ki,  bir  tərəfdə  rifah,  digər  tərəfədə  möhnət 

vardır,  yalan  tərəfdarları  uçün  uzun  sürən  ziyan  və 

doğru  tərəfdarları  üçün  xeyir  vardır,  o  zaman 

gələcəyiniz arzu etdiyini kimi olacaqdır. 

                     

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

30 



 

Yəsna, 31-ci Hat, “Əhnəvəydqat” 

 

 

1. Fərmanınızı xatılayaraq yalan təlimat üzrə doğruluq 



dünyasını  puça  çıxaran  adamlar  üçün  eşidilməz  və 

Məzdaya  könül  verənlər  üçün  çox  xoş  olan  sözlərdən 

xəbər verirəm. 

2.  Seçilməli  ən  doğru  yol  sizə  aydın  deyildir.  Buna 

görə  də  mən  Məzda  Əhuranın  bir  elçisi  kimi  sizin 

hamınıza tərəf gəlirəm ki, iki qrup arasında hakim olan 

və doğru dinin göstərişlərinə uyğun həyat sürək. 

3.  Ağıl  və  odunla  verəcəyin  əcri,  doğru  dindən 

öyrəniləcək məsəlləri və ondakı göstərişləri, ey Məzda, 

öz dilinlə mənə söylə ki, öyrənib bütün insanları  yeni 

dinə gətrim. 

4.  O  zaman  ki,  doğruluq,  eləcə  də  Məzdanı  və  başqa 

başçıları  -  Əşini  və  Sipəndarmuzu  çağırıram,  ey 

Bəhmən  ölüm  üçün  qüdrətli  hökmdarlıq  arzulayıram 

ki, onların sayəsində yalana qələbə çalam. 

5. İndi doğru dinə verəcəyiniz mükafatdan, ey Bəhram, 

mənə xəbər verin ki, mən öyrənib bilim, mənə nə üçün 

həsəd  apardıqlarını  başa  düşüm,  xüsusilə,  ey  Məzda, 

gələcəkdə nə olacağını və nə olmayacağını. 

6.  Doğru  dində  göstərilən  yetkinlik  və  əbədilik 

haqqında mənə aydın məlumat verən o müdrik şəxs ən 

yaxşı  mükafata  -  Bəhmənin  hazırladığı  Məzda  

ölkəsinə çatmağa layiqdir. 

7.  Xilqətin  ilk  başlanğıcında  işqlı  behişti  yaratmaq 

niyyətində  o  müdrik  şəxsiyyət  olmuşdur  ki,  öz 

müdrikliyi  ilə  doğruluğu  yaratdı.  Ey  Məzda,  uğurlu 

davranış ölkəsi olan o behişti sən öz mənəvi qüdrətinlə 

vücuda  gətirdin.  Ey  Əhura,  indi  də  sən  həmin 

şəxsiyyətsən.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

31 


8.  Ey  Məzda,  mən  öz  düşüncəmlə  dərk  etdim  ki,  hər 

şeyin  əvvəli  də,  axırı  da  sənsən.  Səni  öz  gözümlə 

gördükdə  başa  düşdüm  ki,  ən  düzgün,  doğru  hakim 

sənsən,  dünyadakı  əməllər  haqqında  ən  ədalətli  hökm 

edən sənsən. 

9.  Sipəndarmuz,  eləcə  də  canlıları  yaradan  -  o  əbədi 

ağıl  sənindir.  Ey  Məzda  Əhura,  ona  azadlıq  yolunu 

açdın  ki,  kəndliyə,  ya  kəndli  olmayana  tərəf  meyl 

etsin. 

10.  O  isə  iki  kənd  işçisindən  heyvanları,  o  uğurlu 



davranışı qoruyanı , özü üçün düzgün hakim seçdi, Ey 

Məzda,  kənd  işi  ilə  məşğul  olmayan  nə  qədər  çalışsa 

da uğurlu dindən bərələnə bilməyəcəkdir. 

11. Ey Məzda, dünyanın başlanğıcında bizim üçün din 

yaratdın.  Ruha  bədən  qəlibini  verdin,  ona  özünə  xas 

olan  ağıl  xüsusiyyətini  bağışladın,  davranış  öyrətdin 

ki, hər kəs sərbəstliklə öz dinini seçib qəbul etsin. 

12.  Elə  o  zaman  həm  yalanpərəst,  həm  də  doğruluq 

tərəfdarı, həm cahil, həm də ağıllı, hər biri öz istəyi və 

rəftarına  uyğun  səs  qaldırdı.  Sipəndarmuz  arası 

kəsilmədən  sərgərdan  süphəli  qalmış  adamlarln  ruhu 

ilə sorğu- sual etməkdədir.  

13.  Ey  Məzda,  sorğu-sual  ediləcək  hər  əməldən, 

gizlində  olsun  ya  aşkarda,  eləcə  də  kiçik  günah  edən 

adamın  tövbə  etməsindən  bütünlüklə  sən  agahsan  və 

işıqlı gözlə onları görürsən . 

14. Ey  Əhura, keçmişdə baş vermiş  və  gələcəkdə baş 

verəcək  hadisələr,  eləcə  də  pak  və  napak  adamların 

borcu  və  onlara  verilcək  əvəz  haqqında  səndən 

soruşuram.  Ey  Məzda,  son  hesab  günündə  bu  necə 

olacaqdır? 

15.  Ey  Əhura,  səndən  soruşuram:  heyvanlara  və 

düzgün əməlli kənd işçilərinə əzab verməklə yaşayan o 

uğursuz  rəftarlı  yalanpərəstin  hökmdarlığa  çatmasına 

çalışan adamın cəzası nədir? 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

32 



16. Ey Məzda Əhura, səndən soruşuram‖ Ailə, kənd və 

ölkənin  güclənməsi  üçün sədaqətlə  çalışan adam  sənə 

oxçayacaqdırmı?  O  nə  vaxt  və  hansı  əməllə  belə 

olacaqdır?‖ 

17.  Ey  Məzda  Əhura,  bunlardan  hansı  yüksək 

mərtəbəlidir:  Doğru  dini  qəbul  edən,  yoxsa  yalan  din 

tərəfdarı?  Bu  məsələni  müdrik  bir  şəxs  düşüncəli 

adama bildirməlidir. Elə olmasın ki, bundan belə cahil 

adam  başqasını  aldatsın.  Sən  bizə  uğurlu,  xeyirxah 

düşüncəni öyrət. 

18.  Elə  olmasın  ki,  sizlərdən  biri  yalan  dinə  qulluq 

edən  adamın  sözünə,  göstərişinə  inansın.  Çünki  o, 

ailəni,  kəndi  və  ölkəni  viran  edib  puça  çıxarar.  Buna 

görə də onlarl silahla qovmalısınız. 

19. Ey Əhura, sən iki qrupu mükafatlandıran zaman o 

adamın  sözünə  qulaq  asmaq  lazımdır  ki,  düzgün 

düşünsün,  o  ağıllı  adamın  sözünə  ki,  həyatın 

həkimidir.  Ey  Məzda,  o  adam  ki,  sənin  alovlu  odun 

qarşısında sarsılmadan danışır.  

20. Doğru din tərəfdarı tərəfə gələn kəsdən gələcəkdə 

bədbəxtlik, böyük fəlakət və zülmət, acınacaqlı yaşayış 

və ah-vay həmişəlik uzaq olacaqdır. Ey yalanpərəstlər, 

əməlləriniz  sizi  yalan  dinə  sövq  edərsə,  sizin 

rüzgarınız belə olacaqdır. 

21.  Bilikli  və  öz  düşüncəsiylə  dərdk  edən  adam 

aydındır ki, ey Məzda, sənin böyük yardımçın danışıq 

və  əməlində  doğruluğa    və  uğurlu  əbədilik  ölkəsinə 

arxalanan şəxsdir. 

22.  Ey  Məzda  Əhura,  xeyirxah  adama,  eləcə  də 

düşüncəsi  ilə  xeyirxahlığı  dərk  edən  adama  aydındır 

ki,  uğurlu  ölkədə  doğruluğu  öz  sözləri  və  əməli  ilə 

qoruyan  odur  və  sənin  də  ən  işgüzar  köməkçin  o 

olacaqdır. 

      


                         


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə