www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Zərdüşt peyğəmbər
Avesta
25
çatmaq üçün müvəffəqiyyət əta et. Mən bilirəm ki, nicat
tapmaq üçün iltimas edən sözlərin sizə təsiri vardır.
11.
Doğruluğu və uğurlu düşüncəni, davranışı oruyub əbədi
olaraq saxlayacağım üçün, sən ey Məzda, öz
müdrikliyinlə ulu dünyanın necə olacağını dilinlə xəbər
ver.
Yəsna, 29-cu Hat, “Əhnəvəydqat”
1.
Geuşurvən gileylənərək sizə demişdir: ―Məni kimdən ötrü
yaratmısınız? Kim mənə varlıq vermişdir? Açıq- aydın
zülm, etinasızlıq, kobudluq və zorakılıq məni
bezikdirmişdir. Sizdən başqa məni qoruyan yoxdur. İndi
kəndlinin rifahını və yaxşı yaşamasını mənə bağışla
(tapşır)‖.
2.
Bu zaman heyvanları yaradan Ordubehiştdən soruşdu: ―
Sən heyvanlara hansı başçını vermisən ki, onların
yeməyini təmin edə bilsin, onları layiqincə qorusun?
Onlara kimi rəhbər seçmisən ki, yalançını və kinlə
düşmənçilik edəni onlardan uzaqlaşdırsın?‖
3.
Ordbehişt ona (heyvanları yaradana) cavab verdi:‖
Heyvanlar üçün onlara əzab-əziyyət verməyən bir başçı
yoxdur. Orada (kənddə) bir rəhbər tapa bilmirlər ki,
onlarla düzgün rəftar etsin. İnsanlar içərisində məni
ardımına çağıran ən güclü adam bir nəfərdir ki, mən ona
yardım göstərəcəyəm‖.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Zərdüşt peyğəmbər
Avesta
26
4.
(Ordubehişt dedi):‖ Məzda yaxşı xatırlayır ki, bundan
əvvəl divlər və insanlar nələr etmişlər və bundan sonra da
nələr edəcəklər‖. İndidən sonra mühakimə aparmaq onun,
Əhuranın öhdəsindədir, o nə istərsə bizim də istəyimiz
odur.
5.
İndi bu fikrə gəlmişik ki, mən və xeyirli heyvanların ruhu
əlllərimizi qaldıraraq Məzdadan tələb edək ki. Nə
doğruluqla
yaşayanlara
,
nə
də
çobanlara
yalanpərəstlərdən ziyan dəyməsin‖.
6.
Bu zaman pak din alimi Əhura Məzda öz müdrikliyi ilə
dedi: Sənin üçün nə bir başçı, nə də doğruluqla rəftar
edən bir rəhbər tapılmışdır. Buna görə də yaradan səni
çobana və kəndliyə qayğıkeşlik üçün yaratmışdır.
7.
Çoxlu danışıqdan sonra iradəsi doğruluqla bir olan Məzda
Əhura fərmanı ilə heyvanlar üçün bolluq yaratdı və
ehtiyacları olan yeməyi verdi. Ey Bəhmən, sənin
tərəfindən insanlar içərisində bizi qoruyan kimdir?
8.
Bəhmən dedi: ―Ey Məzda, burada mənim tanıdığım və
bizim doğru dinimizi qəbul edən yeganə şəxs Zərdüşt
Spitmandır ki, düşüncələrmizi və doğru dinin fikirərini
yayır. Buna görə də biz ona ürəyə yatan gözəl nitq
vermişik.‖
9.
Bu halda Geuşurvən şikayətlənərək səsləndi:‖ Arzu
etdiyim bacarıqlı bir hökümdar əvəzinə zəif səsli, natəvan
bir adam məni sevindirə bilərmi? Ona nə vaxt güclü
yardım göstəriləcəkdir?‖.
10.
Zərdüşt dedi:‖ Ey Əhura, yaranmışların ruhuna elə bir
güc və bacarıq əta et, doğruluqdan və pak davranışdan elə
bir qüdrət yarat ki, onun gücüylə sülh və aramlıq bərpa
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Zərdüşt peyğəmbər
Avesta
27
edilsin. Doğrudur, ey Məzda, mən dərk etdim ki, sən özün
onu yaradacaqsan‖.
11.
Haradadır doğruluq, uğurlu düşüncə, davranış və
hökmdarlıq? Belə isə, ey insanlar, yüksək muğ dinini
tanıtdırmaq üçün məni qəbul edin, ey Məzda. Ey Əhura,
indi bizə yardım vaxtıdır. Sizin kimi şəxslərə xidmət
etmək
üçün
biz
hazırıq.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Zərdüşt peyğəmbər
Avesta
28
Yəsna, 30-cu Hat, “Əhnəvəydqat”
1. İndi sözə başlayıram, düşüncəli, müdrik, adamların yadda
saxlamalı olduğu sözləri eşitmək istəyənlərə Əhuraya
sitayişdən, Bəhmənə duadan söz açır, bu sözləri başa düşüb
sevinən, doğruluğa və işıqlığa çata biləcək adamlara
danışıram.
2. Qulağınızı açın, ən yaxşı kəlamı eşidin və iki dinin fərqini
aydıncasına müşahidə edib hər biriniz özünüz üçün son gün
gəlib çatmadan yaxşı dərk edin. Çünki bu bizim xeyrimizədir.
3. İlk başlanğıcda, düşüncə aləmində iki əkiz gövhər - yaxşı
və pis düşüncə, əməl və davranış meydana çıxdı. Bu iki
gövhərdən bədxah adamlar yox, xeyirxah adamlar doğrunu
seçdilər.
4. Bu zaman iki gövhər bir-birinə rast gəldi, dünyada ilk
olaraq varlıq və yoxluğun təməlini qoydular. Bununla bağlı
olaraq son hesab günündə yalanpərəstlərə ən pis həyat və
doğru tərəfdarlarına ən yaxşı yaşayış məskən olacaqdır.
5. Bu iki gövhərdən yalanpərəst ən pis davranışı seçdi, göy
tərəfindən ən möhkəm paltar geyinmiş doğruluq və aydın
əməlləri ilə sevinclə Əhura Məzadanın razılığını əldə edən
adamlar pak ruhu seçdilər.
6. Divlər bu iki gövhər arasında yaxşı ilə pisi düzgün ayırd
edə bilmədilər. Çünki onlar birbiri ilə mübahisə apardıqda
şeytan və tərəddüd hissi onlara qalib gəldi. Buna görə də onlar
uğursuz davranışı seçdilər və o zaman insanların həyatını puça
çıxarmaq üçün zülm yolunu tutdular.
7. Xşatra, Vohumanangh və Əşa onların yardımına çatar,
Arməiti onların bədəninə sarsılmazlıq və dözüm verər. Buna
görə də onlar sənin mükafatına layiq olaraq divlərin qarşısında
dəmir sınaqdan keçərək birinci yeri tutarlar.
8. Bu günahkarların cəza vaxtı çatdıqda, ey Məzda, Bəhmən
ölkəndə o adamlar üçün yer hazırlayırlar ki, yalanı doğru əlinə
versinlər.
Dostları ilə paylaş: |