Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 03 (48- 2016)”



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə7/16
tarix25.08.2018
ölçüsü1,06 Mb.
#64028
1   2   3   4   5   6   7   8   9   10   ...   16

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

25 


çatmaq üçün müvəffəqiyyət əta et. Mən bilirəm  ki, nicat 

tapmaq üçün iltimas edən sözlərin sizə təsiri vardır. 

11.

 

 Doğruluğu  və  uğurlu  düşüncəni,  davranışı  oruyub  əbədi 



olaraq  saxlayacağım  üçün,  sən  ey  Məzda,  öz 

müdrikliyinlə  ulu  dünyanın  necə  olacağını  dilinlə  xəbər 

ver. 

                                   



 

 

 



 

 

Yəsna, 29-cu Hat, “Əhnəvəydqat” 

 

1.

 



Geuşurvən gileylənərək sizə demişdir: ―Məni kimdən ötrü 

yaratmısınız?  Kim  mənə  varlıq  vermişdir?  Açıq-  aydın 

zülm,  etinasızlıq,  kobudluq  və  zorakılıq  məni 

bezikdirmişdir.  Sizdən  başqa  məni  qoruyan  yoxdur.  İndi 

kəndlinin  rifahını  və  yaxşı  yaşamasını  mənə  bağışla 

(tapşır)‖. 

2.

 

Bu  zaman  heyvanları  yaradan  Ordubehiştdən  soruşdu:  ― 



Sən  heyvanlara  hansı  başçını  vermisən  ki,  onların 

yeməyini  təmin  edə  bilsin,  onları  layiqincə  qorusun? 

Onlara  kimi  rəhbər  seçmisən  ki,  yalançını  və  kinlə 

düşmənçilik edəni onlardan uzaqlaşdırsın?‖ 

3.

 

Ordbehişt  ona  (heyvanları  yaradana)  cavab  verdi:‖ 



Heyvanlar  üçün  onlara  əzab-əziyyət  verməyən  bir  başçı 

yoxdur.  Orada  (kənddə)  bir  rəhbər  tapa  bilmirlər  ki, 

onlarla  düzgün  rəftar  etsin.  İnsanlar  içərisində  məni 

ardımına çağıran ən güclü adam bir nəfərdir ki, mən ona 

yardım göstərəcəyəm‖. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

26 



4.

 

(Ordubehişt  dedi):‖  Məzda  yaxşı  xatırlayır  ki,  bundan 



əvvəl divlər və insanlar nələr etmişlər və bundan sonra da 

nələr edəcəklər‖. İndidən sonra mühakimə aparmaq onun, 

Əhuranın  öhdəsindədir,  o  nə  istərsə  bizim  də  istəyimiz 

odur.  


5.

 

İndi bu fikrə gəlmişik ki, mən və xeyirli heyvanların ruhu 



əlllərimizi  qaldıraraq  Məzdadan  tələb  edək  ki.  Nə 

doğruluqla 

yaşayanlara 

nə 



də 

çobanlara 

yalanpərəstlərdən ziyan dəyməsin‖. 

6.

 



Bu  zaman  pak  din  alimi  Əhura  Məzda  öz  müdrikliyi  ilə 

dedi:  Sənin  üçün  nə  bir  başçı,  nə  də  doğruluqla  rəftar 

edən  bir  rəhbər  tapılmışdır.  Buna  görə  də  yaradan  səni 

çobana və kəndliyə qayğıkeşlik üçün yaratmışdır. 

7.

 

Çoxlu danışıqdan sonra iradəsi doğruluqla bir olan Məzda 



Əhura  fərmanı  ilə  heyvanlar  üçün  bolluq  yaratdı  və 

ehtiyacları  olan  yeməyi  verdi.  Ey  Bəhmən,  sənin 

tərəfindən insanlar içərisində bizi qoruyan kimdir? 

8.

 



Bəhmən  dedi:  ―Ey  Məzda,  burada  mənim  tanıdığım  və 

bizim  doğru  dinimizi  qəbul  edən  yeganə  şəxs  Zərdüşt 

Spitmandır  ki,  düşüncələrmizi  və  doğru  dinin  fikirərini 

yayır.  Buna  görə  də  biz  ona  ürəyə  yatan  gözəl  nitq 

vermişik.‖ 

9.

 



Bu  halda  Geuşurvən  şikayətlənərək  səsləndi:‖  Arzu 

etdiyim bacarıqlı bir hökümdar əvəzinə zəif səsli, natəvan 

bir  adam  məni  sevindirə  bilərmi?  Ona  nə  vaxt  güclü 

yardım göstəriləcəkdir?‖. 

10.

 

 Zərdüşt  dedi:‖  Ey  Əhura,  yaranmışların  ruhuna  elə  bir 



güc və bacarıq əta et, doğruluqdan və pak davranışdan elə 

bir  qüdrət  yarat  ki,  onun  gücüylə  sülh  və  aramlıq  bərpa 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

27 


edilsin. Doğrudur, ey Məzda, mən dərk etdim ki, sən özün 

onu yaradacaqsan‖. 

11.

 

 Haradadır  doğruluq,  uğurlu  düşüncə,  davranış  və 



hökmdarlıq?  Belə  isə,  ey  insanlar,  yüksək  muğ  dinini 

tanıtdırmaq üçün məni qəbul edin, ey Məzda. Ey Əhura, 

indi  bizə  yardım  vaxtıdır.  Sizin  kimi  şəxslərə  xidmət 

etmək 


üçün 

biz 


hazırıq. 

                                  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

28 



Yəsna, 30-cu Hat, “Əhnəvəydqat” 

 

1.  İndi  sözə  başlayıram,  düşüncəli,  müdrik,  adamların  yadda 



saxlamalı  olduğu  sözləri  eşitmək  istəyənlərə  Əhuraya 

sitayişdən,  Bəhmənə  duadan  söz  açır,  bu  sözləri  başa  düşüb 

sevinən,  doğruluğa  və  işıqlığa  çata  biləcək  adamlara 

danışıram. 

2. Qulağınızı açın, ən yaxşı kəlamı eşidin və iki dinin fərqini 

aydıncasına  müşahidə  edib  hər  biriniz  özünüz  üçün  son  gün 

gəlib çatmadan yaxşı dərk edin. Çünki bu bizim xeyrimizədir. 

3.  İlk  başlanğıcda,  düşüncə  aləmində  iki  əkiz  gövhər  -  yaxşı 

və  pis  düşüncə,  əməl  və  davranış  meydana  çıxdı.  Bu  iki 

gövhərdən  bədxah  adamlar  yox,  xeyirxah  adamlar  doğrunu 

seçdilər. 

4.  Bu  zaman  iki  gövhər  bir-birinə  rast  gəldi,  dünyada    ilk 

olaraq  varlıq  və  yoxluğun  təməlini  qoydular.  Bununla  bağlı 

olaraq  son  hesab  günündə  yalanpərəstlərə  ən  pis  həyat  və 

doğru tərəfdarlarına ən yaxşı yaşayış məskən olacaqdır. 

5.  Bu  iki  gövhərdən  yalanpərəst  ən  pis  davranışı  seçdi,  göy 

tərəfindən  ən  möhkəm  paltar  geyinmiş  doğruluq  və  aydın 

əməlləri  ilə  sevinclə  Əhura  Məzadanın  razılığını  əldə  edən 

adamlar pak ruhu seçdilər.  

6.  Divlər  bu  iki  gövhər  arasında  yaxşı  ilə  pisi  düzgün  ayırd 

edə  bilmədilər.  Çünki  onlar  birbiri  ilə  mübahisə  apardıqda 

şeytan və tərəddüd hissi onlara qalib gəldi. Buna görə də onlar 

uğursuz davranışı seçdilər və o zaman insanların həyatını puça 

çıxarmaq üçün zülm yolunu tutdular. 

7.  Xşatra,  Vohumanangh  və  Əşa  onların  yardımına  çatar, 

Arməiti  onların  bədəninə  sarsılmazlıq  və  dözüm  verər.  Buna 

görə də onlar sənin mükafatına layiq olaraq divlərin qarşısında 

dəmir sınaqdan keçərək birinci yeri tutarlar. 

8.  Bu  günahkarların  cəza  vaxtı  çatdıqda,  ey  Məzda,  Bəhmən 

ölkəndə o adamlar üçün yer hazırlayırlar ki, yalanı doğru əlinə 

versinlər.  



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə