Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 03 (48- 2016)”



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə10/16
tarix25.08.2018
ölçüsü1,06 Mb.
#64028
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

37 


ki,  muğlardan  savayı  da  mənim  sözümü  eşitsinlər. 

Bizim  içimizdə  namaz  qılanların  sıraları  gərək  aşkar 

və aydın olsun.  

8.

 



Ey  Bəhmən,  sizə  etdiyim  şikayətləri  nəzərə  alın,  Ey 

Məzda,  ey  Ordubehişt,  sizin  kimi  şəxsiyyətlərə 

etdiyim  dua  və  sitayişləri  qəbul  edin,  ey  Xordad  və 

Əmordad,  sitayişdə  dediyim  sözlər  üçün  əbədi 

bəxşişinizi əsirgəməyin. 

9.

 



Ey Məzda, öz müdrikliyinlə, doğruluğu inkişaf etdirən 

iki  mərhəmətli  dostunlar  birlikdə  yolunu  dəyişmiş  o 

adamdan  mənim  vasitəmlə  ən  yaxşı  davranışı 

əsirgəmə.  Bəli,  ruhları  bir  olan  o  iki  dostum 

yardımından bəhrələnəcəyik. 

10.


 

 Ey Məzda, öz istək və məşiyyətinlə özündə olan bütün 

həyat  xoşluqlarını  keçmiş,  indiki,  gələcək  insanlara, 

bizlərə bağışla, Bəhmən vasitəsilə onları artır, Şəhrivər 

və Ordubehişt vasitəsilə bədən sağlamlığı ver. 

11.


 

 Ey ən qüdrətli Əhura Məzda, ey həyata genişlik verən 

Sipəndarmuz  və  Ordubehişt  ey  Bəhmən  və  ey 

Şəhrivər,  mənim  sözümü  eşidin,  adamlara  mükafat 

verilən zaman mənə mərhəmətli olun. 

12.


 

 Ey  Əhura,  mənə  nəzər  sal,  Sipəndarmuz  vasitəsilə 

mənə dözüm ver, ey Məzda, ən müqəddəs ruhdan bol, 

yaxşı  mükafat,  Ordubehiştdən  güclü  bacarıq  və 

Bəhməndən mənə bəxşiş əta et. 

13.


 

 Ey  uzaqgörən  şəxs  ,  ey  Əhura  məni  qorumaq  üçün 

uğurlu  davranış  mükafatı  kimi  ölkənizin  misilsiz 

şeylərindən  mənə  əsirgəməyin.  Ey  Sipəndarmuz, 

insanların təbiətinə doğruluq aşıla. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

38 



14.

 

 Budur,  borcunu  ödəmək  üçün  Zərdüşt  öz  həyatını 



uğurlu düşüncə, uğurlu davranış və seçilmiş sözlərini, 

həm də doğru dinə itaət və bacarığını Məzdaya təqdim 

edir. 

                                   



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

39 


 

Yəsna, 34-cu Hat, “Əhnəvəydqat” 

 

1.



 

Ey Məzda, səndən tələb edirik ki, davranış, söz və sitayiş 

üçün  verəcəyin  mükafatdan  və  ölkə  idarə  etmək 

qüvvəsində daha çox bizə bağışlayasan. 

2.

 

Ürəyi  doğruluqla  yoğrulmuş  o  pak  dindar  şəxs  xeyirxah 



düşüncələri  və  əməllərinin  hamısını  sitayiş  nəğmələri  ilə 

birlikdə sənin dərgahına gətirdi, sitayiş üçün, ey Məzda. 

3.

 

Ey  Əhura  və  ey  doğruluq  friştəsi,  biz  namazla  bərabər 



sizə  məyəzd  təqdim  edirik  ki,  bütün  insanlar  uğurlu 

davranış  vasitəsilə  ölkəyə  çatsınlar.  Ey  Məzda,  şübhə 

yoxdur  ki,  uğurlu  düşüncəsi  olan  hər  kəs  həmişə  sizin 

kimi  şəxsiyytlərin uğurundan bəhrələnəcəkdir. 

4.

 

Ey  Əhura,  doğruluq  friştəsindən  daha  güclü  olan 



odundan,  vəd  etdiyin  o  qüdrətli  qüvvədən  istəyirik  ki, 

dostlara  dinclik  və  rifah  versin,  düşməni  isə,  ey  Məzda, 

bir əl işarəsi ilə əzaba, möhnətə uğratsın. 

5.

 



Ey  Məzda,  həm  hökmdarlıq,  həm  də  qüdrət  sənin 

əlindədir. Ey Ordubehişt, Ey Bəhmən, budur sizin yoxsul 

bəndələrinizə  pənah  vermək  üçün  mən  sizə  qoşuluram. 

Biz bütün ziyankar divlərdən və adamlardan uzaqlaşırıq. 

6.

 

Ey  Məzda,  Ey  Ordubehişt,  Ey  Bhmən  doğrudan  da  siz 



belə  şəxsiyyətlərsiniz.  Bu  həmin  dünyada  hər  şeyin 

tamamilə  dəyişilməsini  göstərəcəkdir,  belə  ki,  mən  daha 

artıq sevinclə, sitayiş edə-edə sizə doğru gələcəyəm.  

7.

 



Hansılardır  sənin  o  qəhrəman  adamların  ki,  tanınmışlar, 

əzab-əziyyətə  baxmayaraq,  ağıl  üzrə  təlimatlarınızı 

bəhrələndirirlər? 

Mən 


sizdən 

savayı  başqalarını 

tanımıram,  ey  doğruluq  friştəsi.  Belə  isə  bizi  öz 

himayənizə alın. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

40 



8.

 

Çüni onlar çox ziyanlı olan əməlləri ilə bizi hədələyirlər. 



O  güclüdür,  sənin  dininə  düşmənçilik  ucbatından  məni 

hədələyir,  ey  Məzda.  Doğruluq  haqqında  düşünməyənlər 

o gözəl saraydan məhrum olacaqlar. 

9.

 



Ey Məzda, sənin yanında olan yüksək bilikli Sipəndarmuz 

hörmət  etməyən  adamlar  öz  pis  əməlləri  ilə  uğurlu 

davranışı  başa  düşmədiklərinə  görə  doğruluq  onlardan 

uzaqlaşar. 

10.

 

 O bilikli şəxs uğurlu davranış  yolunu tutmağı öyüd etdi. 



Sənin  əbədi  ölkənə  olan  bütün  ümidlərdən  xəbərdar  o 

doğruluq  yoldaşı,  işgüzar  Sipəndarmuz  nəsihət  verdi,  ey 

Məzda. 

11.


 

 Sənin  yetkinlik  və  əbədilik  ikiliyin  qida  verən  kimi  işə 

başlayaraq  Bəhmən,  Ordubehişt  və  Sipəndarmuz 

ölkələrinin  gücünü  və  möhkəmliyini  artırarlar.  Beləliklə, 

ey Məzda, bədxah əleyhinə mübarizə edəni qalib edərsən. 

12.


 

Ey  Məzda,  sənin  dinin  nədir?  Məşiyyətin  nədir?  Hansı 

duanı  və  hansı  sitayişi  etmək  lazımdır.  Bunu,  ey  Məzda, 

açıqcasına  söylə  ki,  Əşanın  bağışlayacağı  mükafatı 

eşitsinlər. Uğurlu davranışın fərəhli yolunu öyrət. 

13.


 

 Ey  Əhura,  mənə  dediyin  o  uğurlu  davranış  yolu, 

səoşiantların  dinlərinin  keçəcəyi  hamar  doğruluq  yolu  - 

uğurla  düşünənlərə  vəd  edilmiş  mükafat  yolu,  sənin 

bağışladığın mükafatın yoludur, ey Məzda. 

14.


 

 Bəli,  ey  Məzda,  maddi  dünyada  uğurlu  düşüncə  ilə 

edilmiş  əməllər  üçün  arzu  olunan  mükafat  o  adamlara 

nəsib  olacaqdır  ki,  heyvanların  qonşusudurlar.  Çünki  bu, 

sizin  uğurlu  dininizdədir,  ey  Əhura,  o  ağıllı  dindədir  ki, 

doğruluq nəticəsində əkinçilərin həyatı firavanlaşır. 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə