Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 03 (48- 2016)”



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə13/16
tarix25.08.2018
ölçüsü1,06 Mb.
#64028
1   ...   8   9   10   11   12   13   14   15   16

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

48 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Yəsna, 45-ci Hat, “Uştəvəydqat” 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

49 


1.

 

İndi  sizə  danışıram,  qulaq  asın,  eşidin,  ey  o  adamlar  ki, 



yaxından,  uzaqdan  öyrənmək  istəyirsiniz.  Bu  sözləri 

hamınız  yadınızda  saxlayın.  Çünki  onlar  həqiqətdirlər. 

Olmasın ki, pis mürəbbi yenidən həyatı puça çıxarsın , o 

yalanpərəst dili ilə pis dini təbliğ edir.  

2.

 

İndi  də  danışıram,  həyatın  başanğıcında  olan  o  iki 



gövhərdən.  O  pak  gövhər  xəbis  gövhərə  belə  demişdir:‖ 

Biz ikimiz nə düşüncə, nə tərbiyə, nə ağıl, nə din, nə söz, 

nə  davranış,  nə  inam  və  nə  də  ruhda  bir-birimizə  uyğun 

gəlirik‖ 

3.

 

İndi danışıram həyatın başlanğıcında bilikli Məzda Əhura 



mənə dediyi sözdən: içərinizdən mənə düşündüyüm kimi 

və  dediyim  kimi  dinə  riayət  etməyənlər  həyatın  sonunda 

təəssüflənəcəklər.  

4.

 



İndi danışıram dünya üçün ən xeyirli şeydən . Ey Məzda, 

doğru dindən öyrəndim o adam ki, dünyanı yaratdı uğurlu 

davranışı  olan  kəndlinin  atasıdır  və  torpaq  onun  xeyirli 

qızıdır. Hər şey görən Əhuranı aldatmaq olmaz.  

5.

 

İndi  danışıram  ən  müqəddəsin  mənə  dediyi  sözdən,  elə 



sözdən ki, onu eşitmək insanların xeyrinədir. Mənim üçün 

ona itaət edənlər müqəddəs düşüncə və davranış vasitəsilə 

əbədiyyətə çatarlar, Məzda Əhura belə dedi. 

6.

 



İndi danışıram hamıdan yüksək oan şəxsdən, ona sitayiş 

edirəm. Ey doğruluq, yaradanın xeyirxahı olan adamı öz 

pak ruhundan  bəhrələndir. Uğurlu davranış friştəsindən 

soruşduğum o sitayişi olsun ki, Məzda Əhura öz ağlı 

vasitəsilə ən yaxşı şeyi mənə başa salsın. 

7.

 



Onun əlində olan xeyiri  bütün canlılar  - olmuş və olacaq 

canlılar  başa  düşəcəklər.  Əbədiyyətə  çatmaqda  doğruluq 

tərəfdarı  olanın  ruhu  həmişə  müvəffəqiyyət  tapacaq, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

50 



yalanpərəst  isə  zəhmətdə  olacaqdır.  Bunu  Məzda  Əhura 

öz mənəvi ölkəsində yaradacaqdır. 

8.

 

Sən onu mənim üçün , namaz sitayişləri ilə əldə et. Bəli, 



gözlədiyim  yolu  uğurlu  düşüncə,  əməl  və  sözüdoğruluq 

vasitəsilə  Məzda  Əhuranı  tanıdıqdan  sonra  indi  öz 

sitayişlərimizi onun dərgahına təqdim edək. 

9.

 



Əhura  Məzdanı,  məşiyyəti  ilə  bizə  xoşbəxtlik  və 

bədbəxtlik  verən  o  şəxsiyyəti  uğurlu  davranışla  sevindir. 

Məzda  Əhura  öz  qüdrəti  ilə  bizə  əkin  və  iş  versin  ki, 

doğru  din  üzrə  müqəddəs  düşüncəni  tanımaqla  biz 

heyvanlarımızın və adamlarımızın həyatını yaxşılaşdıraq. 

10.


 

 Onu, o şəxsiyyəti ki, həmişə Məzda Əhura adlanar, bizim 

üçün dindarlıq duası ilə yüksək tut. Çünki o , Ordubehişt 

və  Bəhmən  vəd  etmişdir  ki,  bizim  üçün  əbədi  ölkədə 

yetkinlik  və  əbədilik  dərgahında    güc  və  möhkəmlik 

olacaqdır. 

11.

 

 Beləliklə, gələcəkdə divləri və adamları alçaq tutan adam 



, nicat verib pak dini yaxşı başa düşən adamadan başqa 

digərlərini alçaq tutanlara o böyük şəxsiyyət dost, qardaş 

və ya ata olacaqdır, ey Məzda Əhura. 

              

 

 

 



 

 

 



 

 

 



 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

51 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Yəsna, 46-cı Hat, “Uştəvəydqat” 

 

 



1.

 

Hansı ölkəyə tərəf yollanım, haraya gedim? Böyükbaşlar 



və dini rəhbərlər məndən uzaqlaşırlar. Nə əkinçilər, nə də 

dövlət başçıları məni sevindirir... Ey Məzda, mən səni 

necə sevindirə bilərəm? 

2.

 



Ey Məzda, mən bilirəm nə üçün uğur əldə edə bilmirəm. 

Çünki  yoxsulam,  adamlarım  azdır.  Ey  Əhura, 

gileylənirəm,  özün  nəzər  salıb  bir  dost  kimi  dostuna 

yardım  göstər.  Doğru  din  üzrə  müqəddəs  düşüncənin 

bəhrəsindən məni agah et.  

3.

 



Ey  Məzda,  o  günün  səhəri  nə  vaxt  açılacaqdır  ki,  onda 

nicat  verənlərin  müdrik,  firavanlıq  verən  təlimatı  ilə 

dünyada  doğru  din  yayılacaqdır?  Bəhməndən  yardım 

görəcək  adamlar  kimlərdirlər?  Ey  Əhura,  bunları 

öyrənmək üçün səni seçdim. 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə