Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 03 (48- 2016)”



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə12/16
tarix25.08.2018
ölçüsü1,06 Mb.
#64028
1   ...   8   9   10   11   12   13   14   15   16

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

45 


3.

 

Bunu  səndən  soruşuram,  mənə  düzgün  söylə,  ey  Əhura, 



yaranışdan  bəri  doğruluğun  ilk  atası  kimdir?  Günəşə  , 

ulduzlara  yolunu  göstərən  kimdir?  Ayın  qalınlaşması, 

daha    sonra  incələnməsi  kimdəndir?  Ey  Məzda,  bunu  və 

digər məsələləri bilmək istəyirəm. 

4.

 

Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə  düzgün  söylə, 



kim  yeri  aşağıda  və  göyləri  yuxarıda  saxlamışdır  ki, 

düşmür,  kim  suyu  və  otları  yaratdı,  kim  kölgə  və 

buludlara sürət verdi, ey Məzda, uğurlu davranış hakimi? 

5.

 



Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə  düzgün  söylə, 

gözəl  görkəmli  işığı  və  qaranlığı  kim  yaratdı,  ləzzətli 

yuxunu və oyaqlığı kim yaratdı? Səhər , günortanı, gecəni 

kim  yaratdı  ki,  seçilmiş  adamlarına  əhd-peymanı 

xatırlatsın? 

6.

 



Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə  düzgün  söylə, 

doğrudan da mən vəd etdiyim kimi olacaqmı? Ordubehişt 

yardım edəcək və Sipəndarmuz , Bəhmən sənin tərəfindən 

ölkəni  bizə  nəsib  edəcəkdirmi?  Bəhrəli  və  şənlik  gətirən 

heyvanları kimdən ötrü yaratdın? 

7.

 



Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə  düzgün  söylə, 

hörmətli  Sipəndarmuzu  Şəhrvərlə  birlikdə  kim  yaratdı? 

Oğulun  ürəyinə  müdrikliklə  ata  məhəbbətini  kim  saldı? 

Ey  Məzda,  mən  çalışıram  ki,  məhz  səni  pak  ağlınla  hər 

şeyin yaradanı kimi tanıyam. 

8.

 



Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə  düzgün  söylə, 

sənin təlimatını xatirimdə saxlamaq istəyirəm, ey Məzda. 

Ordubehişt və Bəhməndən həyat qanunlarını soruşub başa 

düşmək istəyirəm: ‖ Mənim ruhumu sevindirən nemətə o 

necə çatacaqdır?‖ 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

46 



9.

 

Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə  düzgün  söylə, 



mən  ki,  uğurlu  düşüncə  üçün  dini  təbliğ  edirəm,  mənəvi 

ölkənin  sahibi,  doğruluq  və  uğurlu  düşüncə  ilə  doğruluq 

ölkəsində  birgə  olan  sənin  kimi  şəxsiyyət  doğruluq 

ölkəsinə verilmiş vədləri necə bildirə bilər. 

10.

 

 Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə  düzgün  söylə, 



hər  şeydən  yaxşı  olan  dinə,  mən  doğruluqla  bağladığım 

və dünyanı genişliyə çıxaracaq dinə, mənim dinimə onlar  

mükafat  arzusu  ilə  sözdə  və  əməldə  dindarlıqla 

baxacaqlarmı, ey Məzda? 

11.

 

 Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə  düzgün  söylə, 



sənin dininə çağırılmış adamlar dindarlıq baxımından ona 

necə yanaşacaqlar, ey Məzda? Bu iş üçün sənin tərəfindən 

ilk seçilmiş adam mənəm. Başqaları isə mənim gözümdə 

bədxah kimi görünür. 

12.

 

 Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə  düzgün  söylə, 



mən  danışdığım  adamlar  içərisində  kim  doğruluq 

tərəfdarıdır, kim yalan? Onlardan hansı düşməndir, bu və 

ya  o?  Səndən  mükafat  almaq  üstündə  mənimlə 

düşmənçilik  edən  o  yalanpərəst  nədir,  onu  düşmən 

saymaq olmazmı? 

13.


 

 Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə  düzgün  söylə, 

yalanı  özümüzdən  necə  uzaqlaşdıra  bilərik  və  itaətsizlik 

edib  ,  nə  doğruluğa  çalışan,  nə  də  uğurlu  davranış  əldə 

etmək arzusunda olanların tərəfinə qova bilərik? 

14.


 

 Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə  düzgün  söylə, 

yalanı  necə  doğru  əlinə  verə  bilərəm  ki,  sənin  dininin 

göstərişi  ilə  onu  aradan  aparsın,  o  yalanpərəstləri 

məğlubiyyətə  uğratsın,  onlara  möhnət  və  çətinliklər 

gətirsin, ey Məzda. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

47 


15.

 

 Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə  düzgün  söylə, 



sən  buna  qadirsənmi  ,  doğruluq  vasitəsilə  mənə  pənah 

verəsən.  İki  zidd  qoşun  bir-birinə  rast  gəldikdə  yerinə 

yetirməyi  vəd  etdiyin  peyman  üzrə  bu  ikisindən  hansına 

qələbə verəcəksən, ey Məzda? 

16.

 

 Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə  düzgün  söylə, 



sənin  dinində  olan  adamlara  hansı  qalib  pənah 

verəcəkdir?  Ey  Məzda,  həyata  sağlamlıq  verən  şəxsin 

seçilməsi, uğurlu davranışa itaət edən sənin istədiyin şəxs 

haqqında mənə aydıncasına xəbər ver. 

17.

 

 Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə  düzgün  söylə, 



sizə  qoşulmaqla,  ey  Məzda,  ürək  arzum  necə  yerinə 

yetiriləcək  və  sözüm  necə  təsirli  olacaqdır?  O  qanun  və 

peyman  üzrə  yetkinlik  və  əbədilik  doğruluqdan 

bəhrələnən adama nəsib olacaqdırmı? 

18.

 

 Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə  düzgün  söylə, 



ey Ordubehişt , mənə vəd edilən mükafata - 10 madiyan 

erkəyi  ilə  birlikdə  bir  dəvəyə,  necə  ki,  Məzda  mənə 

yetkinliyi və əbədiliyi bağışlamışdır, nail olacağammı? 

19.


 

 Ey  Əhura,  bunu  səndən  soruşuram,  mənə  düzgün  söylə, 

mükafat  vəd  edilmiş  yararlı  adama  mükafat  verməyənin 

ilk cəzası nə olacaqdır? Son gündə ona veriləcək cəzadan 

mən agaham. 

20.


 

  Divlər  bir  zaman  yaxşı  hökmdarlar  olmuşlarmı?  Bunu 

da  soruşuram,  onlardırlar  ki,  Karapan  və  Usic  divlərin 

xatirinə  zülm  əlinə  tapşırırlar,  eləcə  də  Kuvi  onu  (inəyi) 

həmişə  naləyə  gətirir?  Onlar  inəyin  kənd  təsərrüfatını, 

doğru din üzrə bəsləmirlər. 

                    

 

 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə