Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 03 (48- 2016)”



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə11/16
tarix25.08.2018
ölçüsü1,06 Mb.
#64028
1   ...   8   9   10   11   12   13   14   15   16

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

41 


15.

 

 Ey məzda,  ən  yaxşı  sözlərdən və  ən  yaxşı  işlərdən məni 



agah et. Ey Bəhmən, ey Ordubehişt, siz bəndələrin borclu 

olduqları  sitayişi  bacardıqca  aydınlaşdırın.  Ey  Əhura, 

diləyiniz  üzrə  həyatın  necə  şən  ola  biləcəyini  açıqca 

bildir. 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

                            



Yəsna, 43-cü Hat, “Uştəvəydqat” 

 

1.



 

Ürəkdən  istəyirəm  ki,  kama  çatdıran  Məzda  Əhura  hər 

kəsi  tükənməz  qüvvəyə  və  doğruluğa  malik  olmaq  üçün 

ürəyində  bəslədiyi  diləyini  çatdırsın.  Ey  Sipəndarmuz, 

mənə  də  mükafat,  uğurlu  düşüncəli  və  uğurlu  davranışlı 

həyat bağışla. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

42 



2.

 

Hamıdan  yaxşı  mükafat  onun  olsun,  behişt  arzusunda 



olan  adama  sənin  bilikli  pak  ağlın  tərəfindən,  ey  Məzda, 

doğruluq  friştəsi  vasitəsilə    uzun  sürən  şən  həyatla 

verəcəyin  behişt,  həm  uğurlu  düşüncə,  davranış  nəsib 

olsun. 


3.

 

Yaxşıdan yaxşı olsun, o şəxs ki, maddi həyatda və mənəvi 



həyatda bizə düzgün xeyir yolunu öyrətdi, o yaradıcı yolu 

ki,  Əhura orada dincəlir və o şəxs ki,  sənin  kimi  pak və 

yaxşını bilən, ey Məzda. 

4.

 



Ey    Məzda,  mən  səni  o  zaman  qüdrətli  və  müqəddəs 

tanımaq  istəyirəm  ki,  hər  qrupun  payını  əlinə  alıb 

yalanpərəstə,  cəza  və 

doğruluq  sevənə  mükafat 

verəcəksən.  Bu,  o  zaman  olacaqdır  ki,  sənin  odunun 

güclənmiş  alovları  Əşa  vasitəsilə  mənə  pak  davranış 

qüvvəsi bağışlayacaqdır.  

5.

 



Ey Məzda Əhura, sənin müqəddəs tanıdım. B o zaman idi 

ki,  əbədi  həyat  yaranışında  səni  ilk  dəfə  gördüm,  son 

gündə  çirkin  əməl  və  danışığa  qarşı  pis  cəza  və  uğurlu 

söz, davranış üçün yaxşı mükafat verməyi qərara alırdım. 

6.

 

Ey  Məzda,  son  gündə  ki,  sən  müqəddəs  ağılın  və 



Vəhvəmən,  eləcə  də  doğruluq  sarayını  bərpa  etməyə 

çalışan  Xşatra  ilə  birlikdə  oraya  gələcəksən,  o  zaman 

Arməiti  sənin  mühakimə  apardığını  bildirəcək  və  sinin 

hikmətini heç kəs aldada bilməyəcəkdir. 

7.

 

Ey  məzda  Əhura,  səni  o  zaman  müqəddəs  tanıdım  ki, 



Bəhmən  mənim  yanıma  gələrək  soruşdu:  ‖Sən  kimsən? 

Hansı  ailədənsən,  səndən  və  sənin  qohumlarından 

soruşsalar, 

özünüzü 


hansı 

əlamələrlə 

tanıtdıra 

biləcəksiniz?‖ 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

43 


8.

 

Bu  zaman  ona  dedim:‖Birinci,  mən  Zərdüştəm. 



Bacardıqca yalanpərəstin əsil düşməni doğru tərəfdarının 

güclü himayəçisi olacağam ki, gələcəkdə dilədiyim əbədi 

ölkəyə  nail  olan,  o  zamanadək  mən  sitayiş  edib  nəğmə 

qoşaram‖  

9.

 

Səni pak tanıdım, ey Məzda Əhura, o zaman ki, Bəhmən 



mənim  yanıma  gəlib  soruşdu:‖Özünü  nə  ilə  tanıtdırmaq 

istəyirsən?‖  Cavabında  dedim:‖  Sənin  odun  qarşısında 

dua edib, bacardıqca doğruluq haqqında düşünməklə‖ 

10.


 

 Məzda dedi: ‖İndi  mənim  doğru dinimə  fikir ver. Çünki 

mən bir dindarla əlaqədə olaraq onu çağırıram ki, mənim 

yanıma  gəlsin.  İndi  istədiyini  məndən  soruş.  Əlbəttə, 

sənin sualın qüdrətli bir adamın sualı kimidir, o bacarıqlı 

şəxsə ki, sən tək güclünü arzusuna yetirə bilər. 

11.

 

 Səni pak tanıdım, ey Məzda Əhura, o zaman ki, Bəhmən 



mənim  yanıma  gəldi.  Elə  o  zaman  mən  ilk  olaraq  sizin 

sözləriniz  haqqında  məlumat  əldə  etdim.  Ən  uğurlu 

adlandırdığımız  işi  yerinə  yetirmək  üçün  ürəkdən  bağlı 

olmağım 


adamlar 

içərisində 

əzab-əziyyətlə 

nəticələnəcəkdirmi? 

12.

 

 Onda  ki,  fərman  verərək  mənə  dedin:‖Öyrənib  təcrübəli 



olmaq üçün doğruluq tərəfinə gəl və mənim Səruşum çox 

varlı  Əşi  ilə  birlikdə  iki  qrupun  əməllərinə  xeyir  və  şər 

baxımından əvəz verməzdən əvvəl ayağa durub işə başla‖ 

13.


 

 Ey Məzda Əhura, o zaman ki,  mənim arzularımı bilmək 

üçün  Bəhmən  yanıma  gəldi,  mən  səni  pak  tanıdım. 

Arzularım  bunlar  idi:  Əbədi  yaşayışı,  o  yaşayışı  ki,  onu 

vermək  üçün  heç  kimi  səni  məcbur  edə  bilməz,  sənin 

ölkəndə  vəd  edilmiş  və  arzu  olunmuş  o  əbədi  yaşayışı 

mənə ver.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

44 



14.

 

 Qüdrətli,  bilikli  bir  şəxsin  öz  dostundan  əsirgəmədiyi 



himayə  kimi  sənin  mehriban  himayən,  ey  Məzda,  sənin 

rəhbərliyin  və  Ordubehişt  vasitəsilə  mənə  nəsib  olarsa 

sənin  dinini  alçaq  tutanlara  qarşı  verdiyin  təlimatı 

xatirində  saxlamayan  bütün  adamlarla  mübarizəni  yerinə 

yetirərəm. 

15.


 

 Səni  pak  tanıdım,  ey  Məzda,  o  zaman  ki,  Bəhmən 

xəbərdarlıq  etmək  üçün  yanıma  gəldi,  Turşnaməiti  mənə 

yaxşı öyrətdi ki, həmişə yalanpərəstlərin razılığına səbəb 

olamamalıdır.  Çünki  bu,  doğruluq  tərəfdarlarını 

acıqlandırar. 

16.

 

 İndi  ey  Əhura,  Zərdüşt  özü  üçün  sənin  o  müqəddəs 



ruhunu seçdi. Ey Məzda, doğruluq friştəsinin əndamı qoy 

bəzəkli olsun, Sipəndarmuz ölkədə günəş tək həyatdan və 

qüdrətdən  bəhrələnsin.  Olsun  ki,  o,  uğurlu  davranışdan 

gələn əməllərə mükafat versin. 

                                      

 

 



Yəsna, 44-cü Hat, “Uştəvəydqat” 

 

1.



 

Bunu  səndən  soruşuram,  mənə  düzgün  söylə,  ey  Əhura, 

sənin  kimi    şəxslərə  namaz  haqqında.  Ey  Məzda,  mənin 

kimi  adama  sənin  kimi  dost  bunu  öyrətməli,  böyük 

Ordubehişt  də  yardım  etməlidir  ki,uğurlu  davranış  bizim 

yanımıza gəlsin.  

2.

 

Bunu səndən soruşuram, mənə düzgün söylə, ey Əhura, o 



biri  dünyanın  başlanğıcında  mükafat  onu  əldə  edəcək 

adama  necə  fayda  verər.  Bəli,  ey  doğruluq,  o  pak  adam, 

həyata  sağlamlıq  verən  o  dost,  ey  Əhura,  işin  sonunu 

gözləyir. 




Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə