Şəbəkələrdə dini tolerantlığın innovativ təbliği. Elektron kitab n 03 (48- 2016)”



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə6/16
tarix25.08.2018
ölçüsü1,06 Mb.
#64028
1   2   3   4   5   6   7   8   9   ...   16

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

21 


müxtəlif dövrlərdə olmuş səyyahlar və alimlər — alman 

səyyahı E.Kempfer(1683), fransız səyyahı, yezuit Villot (1689), 

alman həkimi İ.Y.Lerx (1732-35), ingilis səyyahı C.Hanvey (1740-

47), rus səyyahları — akademikS.Q.Qmelin (1770) 

və S.Bronevski (1803) məlumat vermişlər. Hanveyin və Qmelinin 

məlumatlarına əsasən hələ 18-ci əsrdə Suraxanıda daşdan tikilmiş 

bir neçə qədim od məbədi mövcud idi, lakin zərdüştilər yalnız 

birindən istifadə edirdilər. Suraxanıdakı qədim od məbədləri bizim 

günlərədək qorunub saxlanmamışdır: Hanvey orada mövcud olan 

məbədlər haqqında xəbər verdiyi halda, Qmelin ―yalnız bəzi 

yerlərdə ilkin tikililərin dağıdıldığını‖ göstərir, Bronevski isə 

məbədlərdən ―yalnız dağıntılar qaldığını‖ bildirir. Pars 

alimi C.C.Modinin fikrinə görə, Suraxanıdakı Atəşgah məbədi daha 

qədim məbədin yerində tikilmişdir. O qeyd edir ki, ―...bizim 

kitablarımızda Xəzər dənizinin qərb sahilində yerləşən 

Azərbaycanda bir neçə atəşpərəst məbədinin mövcudluğu haqqında 

yazılıb‖. Mənbələrdə Suraxanıdakı odlara gəbrlərin, eləcə də 

hindlilərin (parslar) sitayiş etdiyi göstərilir (―gəbrlər‖ məfhumunun 

yerli zərdüştiləri nəzərdə tutduğunu söyləmək olar). Lakin 18-ci 

əsrin sonu — 19-cu əsrin birinci yarısına aid məlumatlarda gəbrlər 

haqqında, demək olar ki, heç bir xatırlama yoxdur. Atəşgahda 

yalnız ziyarətçi parsların olduğu göstərilir. Beləliklə, hələ 17-18-ci 

əsrlərdə Suraxanıda qədim od məbədləri mövcud olmuş, orada yerli 

zərdüştilər — gəbrlər ibadət etmiş, 19-cu əsrin əvvəllərindən isə 

onları parslar əvəz etmişlər. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

22 



 

Məhsuldarlıq və astral ayinlərlə bağlı Avesta simvolik obrazları 

sistemi özünün parlaq ifadəsini Azərbaycan dekorativ-tətbiqi 

sənətində tapmışdır. Əsrlər boyu Avesta kosmologiyasının obrazları 

— ağac ətrafında heyvanlar, caynağında otyeyən heyvan tutmuş 

quş, zebuya hücum edən şir, mifık Simurq quşu, ―dünya ağacı‖ və s. 

Azərbaycan xalça ornamentalistikasının formayaradan motivləri 

olmuşdur. Bu günə kimi gəlib çatmış Avesta simvollarının 

zənginliyini gözəl Azərbaycan xalçaları əyani nümayiş etdirir və 

təsdiqləyir. Bu xalçalarda xalqın ənənəvi dünya baxışında, dayanıqlı 

bitəəlşüur assosiasiyalarında təsbit olunmuş və uzaq keçmişin 

müqəddəsləşdirdiyi simvollar əksini tapmışdır.   

 

 Müəlliflər:Aflq Sultanov, Rauf Məlikov 



 

Azərbaycan Milli Ensiklopediyası 

 

 



 

 

                                  



 

 

 



 

 

 



 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Zərdüşt peyğəmbər  

Avesta 

23 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Qatalar 

 

 



Yəsna, 28-ci Hat, “Əhnəvəydqat” 

 

1.



 

Ey  Məzda,  əllərimi  duaya  qaldıraraq  birinci,  varlıq 

nemətini  almış  bütün  yaranmışlar  üçün  Sipəntəməinudan 

(müqəddəs  ağıldan)  rifah  istəyirəm.  Həm  də,  ey 

Ordibehişt,  Bəhməni  və  Keuşurvəni  sevindirəcəyimi 

(istəyirəm). 

2.

 

Ey  Məzda  Əhura,  uğurlu  düşüncə  ilə  üzümü  sizə  çevirib 



(istəyirəm)  Ordibehişt  vasitəsilə  maddi  və  mənəvi 

dünyanın  abadlığını  mənə  bağışlayasınız  ki,  dindarların 

həyatında genişlik yaransın. 

3.

 



Ey  Ordibehişt,  eləcə  də  Bəhmən,  Məzda  Əhura  və  o 

şəxslər  ki,  Sipəndarmuz  əbədi  ölkəni  onlar  üçün 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Zərdüşt peyğəmbər  

Avesta

 

24 



çiçəkləndirmişdir,  mən  (sizin  yardıma)  çağıranda  mənim 

yardımıma gəlin. 

4.

 

Mən dərk etmişəm ki, ruhu uğurlu düşüncə və davranışla 



qorumalıyam.  Çünki  Məzda  Əhuranın  əməllərə  mükafat 

verəcəyindən də agaham. Nə qədər gücüm, bacarığım var 

(insanları) öyrədəcəyəm ki, doğru din ardınca getsinlər. 

5.

 



Ey doğruluq (friştəsi), bilikli bir şəxs kimi səni və uğurlu 

düşüncəni,  davranışı,  eləcə  də  Əhuranın  ən  qüdrətli 

sarayını  və  onun  izi  ilə  gedənləri  nə  vaxt  görəcəyim? 

Ziyankarları  da  bu  yüksək  sözlərimlə,  dilimlə  nə  vaxt 

yola gətirəcəyim? 

6.

 



Uğurlu  düşüncə,  davranışla  öz  düzgün  sözlərindən 

Zərdüştə  əbədi  doğruluq  bağışla,  ey  Məzda,  bizə  güclü 

himayəni  göstər,  ey  Əhura,  biz  düşmənlə  mübarizədə 

qələbə çalaq. 

7.

 

Ey  Ordubehişt,  sən  ey  Sipəndarmuz,  Gəstaspa  (vəd 



etdiyin)  o  mükafatı-uğurlu  düşüncəni,  davranışı,  onun 

diləyini  ver,  ey  Məzda,  ey  padişah,  mənə  o  qüvvəni  ( 

şəraiti) ver ki, sizin peyğəmbəriniz sitayiş üçün nəğmələr 

qoşsun.  

8.

 

Ey  hamıdan  yüksək,  ey  uğurlu  doğruluqla  birgə  olan 



Əhura,  Fraşaoştra  üçün,  özüm  üçün  və  sən 

bağışlayacağım  hər  adam  üçün  səndən  ən  yaxşı-  əbədi 

uğurlu düşüncə və davranış istəyirəm. 

9.

 



Et  Əhura  Məzda,  Ey  Ordubehişt  və  ey  uğurlu  düşüncə, 

davranış,  bu  yaxşılıq  üçün  sizi  incitməməli.  Sizə  sitayiş 

etməyə  çalışmalıyıq.  Diləyi  xeyirli  ölkəyə  (behiştə) 

getmək arzusunu tezliklə yerinə yetirən sizsiniz. 

10.

 

 Ey  Məzda  Əhura,  doğruluq,  uğurlu  davranış  və 



düşüncədə  yararlı  bildiyin  bilikli  adamlara  öz  arzularına 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə