Seçilmiş əsərləri, I cild 1


Seçilmiş əsərləri, I CİLD



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə59/98
tarix04.02.2018
ölçüsü2,84 Kb.
#23899
1   ...   55   56   57   58   59   60   61   62   ...   98

Seçilmiş əsərləri, I CİLD 
183 
s
əyi bir neçə dəfə yarğanın divarlarına dəyib sızıldadı. 
 Ayaqla
rının yerə dəydiyini hiss edəndə daxilən az da olsa 
toxta
dı. 
 Amma sanki haradansa onu izl
əyən  qızın  səsi  boşluqda 
əks-səda verdi: 
 -K
əndiri açma hələ, Cavad bəy. Sağa  tərəf dön. Hə, bax 
bel
ə. İndi pillələri bir az da en. 
 Am
ma qızın bu “bir az” dediyi yol elə də qısa deyilmiş. 
 Ca
vad Əmirxanlı nə qədər məsafə qət etdiyini bilmədi. Bir 
d
ə hiss etdi ki, ayağı möhkəm, sərt döşəməyə pərçimlənib. San-
ki onu kims
ə tutub yerə mıxlamışdı. Elə bu dəm qız da onun 
ya
nında peyda oldu. Cavad  Əmirxanlının  matı-qutu qurudu. 
Qız sanki buraya başqa, həm də çox qısa bir yolla gəlmişdi. 
 Aya
ğının altındakı döşəmənin qranit, yoxsa buz layı oldu-
ğunu müəyyən etmək indi Cavad Əmirxanlı üçün çətin idi.  
 Divarlarda b
ərq vuran işıq zərrələri işıldaböcəklər kimi ya-
nıb-sönürdü. 
 
“Bu qız mənu buraya nə üçün çəkib gətirdi, onun məqsədi 
n
ədir? Yaxşı, tutaq ki, qız burada, bu soyuq mağarada yaşayır, 
b
əs mənim nə itim azıb burada? Bunun qırımından belə anlaşı-
lır  ki,  hələ  lazım  olan mənzilə  yetişməmişik;  çünki bayaq bir 
söz dedi: “Sonra n
ə etmək lazım olacağını orada deyəcəm sə-
n
ə”. Nə vaxt deyəcək, nə deyəcək mənə? Mən, deyəsən, burada 
ay
rı, mənə məlum olmayan yad bir zamana düşmüşəm axı...” 
 
Qızın sifəti aydın seçilirdi. Görəsən, bu mağaraya haradan, 
han
sı tərəfdən işıq düşürdü? Axı buralar sandıq kimi, qəbir ki-
mi qapa
lı idi.  
 B
əyaz əlini yuxarı uzadıb dilləndi: 
 -Cavad b
əy, sizin adamlar buzu bax oradan qırıb aparırlar 
x
əstələrə. Orada il boyu, hətta, yayın ortasında da buz olur. Ora 
buzla
ğın üst qatıdır. 
 Ca
vad Əmirxanlı biixtiyar soruşdu: 
 -B
əs bura?.. 
 
Qız gülümsədi: 
-Ha
zırda biz orta qatdayıq. 


Firuz Mustafa 
184 
-B
əs aşağıda?.. 
 -B
əli, aşağı qat da var hələ. Darıxma, biz oraya da enəcə-
yik. 
 Ca
vad Əmirxanlının canından üşütmə keçdi, sanki içində 
sazaq 
əsdi. 
 -Bir az ir
əli getmək lazımdır. 
 
Qızın ucadan dediyi bu sözlər hökm kimi səsləndı. 
 Ca
vad Əmirxanlı dinmədi. Bəyazın ardınca addımladı. Ba-
yaqdan projektor ki
mi qızın üzünə düşən işıq qeybə çəkildi. 
 
İndi hər tərəf zülmətə qərq olmuşdu. Cavad Əmirxanlı irə-
li ad
dım atmağa cürət etmirdı. 
 
Qızın səsi qaranlığı çiliklədi: 
 -Cavad b
əy, hələlik yerindən tərpənmə, indi belınə kəndir 
dolanacaq. 
 -M
ən heç nə görmürəm. 
 -Eybi yoxdur. M
ən səni görürəm. Sən əllərini yuxarı qal-
dır. 
 Ca
vad  Əmirxanlı  qeyri-ixtayari qollarını  yana  açıb  sonra 
yuxa
rı 
 qal
dırdı.  
 
Qız sanki kimisə səsləyirmiş kimi ucadan fit çaldı; əslində, 
qızın çıxardığı səs vəhşi quşların cəhcəhinə bənzəyirdi. 
 Ya
xınlıqda nəsə xışıldadı.  
 O, be
lınə  dolanan yoğun  kəndirin soyuq təmasını  aydın 
hisss ets
ə də qızdan nəsə soruşmağa cürət etmədi. Qaranlıqda 
k
əndir aydın  görünməsə  də  onun üstündəki parıltılar arabir 
b
ərq vururdu, elə  bil ki, kəndirin üstünə  fosfor çəkmişdilər. 
Arabir onun gözünün önünd
ən qıvrılıb keçən ipin soyuq işartısı 
z
əif  şam  yanıb-sönürdü; olsun ki, bu möhkəm, elastik kəndir 
ağır  yükləri uzaq məsafələrə  daşıyib aparmaq üçün hesablan-
mışdı.  
 Ca
vad  Əmirxanlının  belınə  öz-özünə  dolanan kəndir az 
sonra, üfürül
ən yoğun heyvan bağırsağı kimi tədricən şişməyə 
başları.  Kəndir onun belını  get-gedə  daha möhkəm  sıxmaqda 
idi. İndi onun tərpənib irəli hərəkət etmək imkanı da qalmamış-


Seçilmiş əsərləri, I CİLD 
185 
dı; əvvəlcə belinə dolanan ip, sonra ayağından ta sinəsinə qədər 
çar
paz  şəkildə  sarındı.  Cavad  Əmirxanlı  əmin idi ki, bu ipi 
onun gövd
əsinə  qız  sarımır.  Sanki kiminsə  görünməz  əlləri 
onun bütün b
ədənini bu soyuq, parıltılı, möhkəm iplə sarıyaraq 
indic
ə  ağac  kimi dartıb  kökündən  qoparacaq, sonra harayasa 
sürüyüb aparacaq
dı. 
 Qaran
lıqda vəhşi fit səsi eşidildi. Şübhəsiz ki, bu, Bəyazın 
kim
əsə verdiyi növbəti işarə idi. 
 K
əndir topası  hərəkətə  gəldi,  qıvrılıb  açıldı,  onu  harasa, 
zülm
ətin qoynuna doğru çəkib aparmağa başladı. Cavad Əmir-
xan
lının  indi nəyisə  mühakimə  etməyə, kiməsə  müqavimət 
göst
ərməyə nə heyı vardı, nə də belə bir istəyi.  
 Az sonra vücuduna dolan
mış yoğun kəndir tədricən boşa-
lıb hissə-hissə, buğum-buğum açılmağa başladı. O, havada, çə-
kisizlikd
ə  olsa da, kəndirin necə  burulub  açıldığını  sövq-təbii 
hiss edirdi. 
 Ca
vad Əmirxanlı üzüaşağı hərəkət edirdi. Sanki belinə do-
lanan k
əndirlə onu darta-darta dibsiz uçuruma yuvarlayır, sonu 
görünm
əyən qorxunc quyuya sallayırdılar. O, üzüaşağı yuvar-
lan
dıqca kəndir tarım çəkilir, yay kimi gərilib açılırdı.  
 K
əndirin dolaqları açılan zaman Cavad Əmirxanlı daxilən 
bir q
ədər rahatlansa da, yenə həyəcanlı hisslər keçirirdi. O, qor-
xurdu ki, indi  belin
ə dolanan ipin ucu qəfildən qurtarar, və o, 
h
ələ mənzil başına çatmamış, elə havadaca kəllə-mayallaq aşıb 
sonu ona m
əlum olmayan quyuyunun dibinə düşər; kim idi onu 
bu c
əhənnəm zülmətinin girdabından qurtaran? Bir də  ki, o 
müd
hiş girdaba düşənin sağ tikəsinin ələ keçəcəyi də sual altın-
da idi.  
 N
əsə Bəyazdan da bir xəbər yox idi.  
 K
əndır burumlarının sayı azaldıqca onu qorxu hissi bürü-
yür
dü. İndi hər şeyin sonu ola bilərdi. O, qeyri-ixtiyari əlini irə-
li atıb kəndirdən bərk-bərk yapışdı. Barmaqlarının altında canlı 
bir var
lığın nəbz kimi vurduğunu hiss etdi; bayaqdan tarım çə-
kil
miş möhkəm kəndir, indi sanki yumşalıb piləyə dönmüşdü. 
Ca
vad Əmirxanlı əlini kəndirin üstündə gəzdirdi. Kəndir təzə-


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə