Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə18/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   14   15   16   17   18   19   20   21   ...   184

 

43

Tez. 



Tez. 

Tez. 


Məhəlləmizin aşağı başında iki tut ağacı var idi, «Qoşa tut» deyirdik, bu «Qoşa 

tut»un ətrafı məhəlləmizin cəngəlliyi idi; hamının yolu buradan keçib-gedirdi. Bax, 

Fazili burada vurmuşdular gecə, Ələkbəri də burada vurmuşdular, Ağarzanı burada 

vurmuşdular. 

Bıçaqla olsa bacararam. 

Tez. 


Tez. 

Tez. 


Heç olmasa elə vuraydı ki, gedib Kazımlını evə göndərə biləydim, gələydi 

uşağın üstünə. Gələydi uşağın üstünə. 

Yerimdə  mıxlandım, sonra dedim ki, burax məni, burax məni, dedim, nə  işin 

var, qalsın sonraya, indi burax məni. Soruşdu ki, buraxım? Dedim, hə, burax. 

Anaşadan saralmış sifəti ay işığında güldü, alə, dedi, nə gic-gic danışırsan, iki 

gecədir tutluqda titrəyə-titrəyə  səni gözləyirəm, necə  yəni burax məni? Alə, bütün 

mələnin papağını soxmusan yerə, adam satırsan, indi deyirsən məni burax? Alə, nə 

çaqqal uşaqsan sən?!  Şahin xəstədir, dedim, Şahin ölür, dedim, həkim dalınca 

gedirəm, Şahini ki, tanıyırsan. Bəs, sən Orxanı tanımırsan dedi, tanımırsan Orxanı? 

Tanımırdın Orxanı  bəyəm atasının üzünə durub tutduranda? Tanımırdın Orxanı 

məni tutduranda? Nə vaxt, hara desən gələrəm, dedim, indi burax məni. Burada 

yeddi güllə var, dedi, yeddisi də səninçündür. Gedək, dedim, bir yerdə gedək həkimi 

çağırım, sonra vur, sonra nə eləyirsən, elə. Məni nə hesab eləyirsən, dedi, kim hesab 

eləyirsən məni, neçə gündür çıxmışam aradan, neçə gündür ayaq üstəyəm, neçə 

gündür ac-susuzam, gözümü yummamışam, ölürəm, ancaq sən məndən tez 

öləcəksən, nöşün ki, kişi döyülsən, oğraşsan. 

Sonra güllə səsi eşitdim, qışqırmaq istədim: KA-ZIM-LI! Qışqırmaq istədim ki, 

KA-ZIM-LI! Amma vaxtım çatmadı – yenə güllə  səsi eşitdim, sonra dəmir 

cingildədi, sonra Ağagülün zənlə baxan gözlərini gördüm, canavar gözlərini, sonra 

qışqırdı ki, alə, nə geymisən altdan, dəmir geymisən  əyninə? Dəmir geymisən ki, 

güllə dəyməsin sənə? Bilmirsən ki, kəllənə boşaldaram gülləni? 

Yenə güllə açıldı, sonra yenə  dəmir cingildədi, yenə bir güllə, yenə  dəmir 

cingildədi. 

Sonra bütün ətrafa ölü sükut çökdü, tut yarpaqlarının xışıltısı da bütün bu aylı 

gecə kimi öldü. 

Udquna-udquna dedi ki, adə, nə eləmisən özünə, güllə nöşün başıva dəyib yerə 

düşür, neyləmisən, alə? Sonra qışqırdı ki, üstümə yerimə, üstümə yerimə, qışqırdı, 

vuraram, dayan, vuraram. 

Dalbadal iki güllə açıldı, iki dəfə də dəmir cingildədi. 

Bu dəfə mən alnıma dəyib yerə sıçrayan güllələrin zərbəsini hiss etdim və elə bil 

ki, bu zərbələr məni silkələyib özümə  gətirdi: güllə  məni tutmurdu, mənim bütün 

bədənim polad zirehə dönmüşdü. 

Ağagül  əlindəki tapançanı yerə atıb qışqıra-qışqıra qaçdı – görünür görkəmim 

dəhşətli imiş. 




 

44

...Indi də bu əhvalat barədə fikirləşəndə  bəzən tərəddüd bürüyür məni: bu 



həqiqət idimi? Doğrudanmı, o gecə mən Ağagüllə görüşdüm və onun atdığı güllələr 

məni tutmadı, mənə  dəyib yerə düşdü? Fəqət bu tərəddüd  əbəs idi, çünki Ağagül 

əlindəki tapançanı atıb qaçmışdı, mən həmin tapançanı götürmüşdüm, bu, həqiqi 

tapança idi, içində qalmış güllə də həqiqi güllə idi; sonra həmin tapançanı hamamın 

yanındakı qanova atdım. 

Mənə elə gəlir ki, əslinə baxsan, burada qeyri-adi, fövqəladə heç bir şey yoxdur, 

hərçənd bu hadisəni heç kimə danışmamışam, heç Solmaza da. 

Bu axşam  Şahinin çarpayısında oturub ona pələngləri necə öldürməyimdən 

danışırdım. Çəlik səsi gəldi: tak-tuk, tak-tuk. Solmaz gedib qapını açdı, dedi ki, gəl, 

gəl içəri, plov bişirmişəm, sənə də bir boşqab pay saxlamışam. Məmmədbağır dedi 

ki, Allah bərəkət versin, dedi ki, qoy çubuğu boşaldım gəlim. Sonra otağa girdi. 

Maxorka iyi evə doldu. 

Solmaz Məmmədbağırın qolundan yapışıb mizin arxasında oturtdu. 

Məmmədbağır yerini rahatlayıb salamlaşdı:  əssalam-əleykümə.  Şahin dedi ki, 

əleykəssalam. Solmaz bir boşqab plovu gətirib Məmmədbağırın qabağına qoydu. 

Məmmədbağır da:  

– «Ya Allah!» – deyib yeməyə başladı, sonra da yeyə-yeyə dedi ki, eşitmisiniz, 

Ağagül dəli olub, dünən tutublar, bulvarda barmağını uzadıb, guya ki, tapançadır, 

camaata bir-bir güllə atırmış? «–Bom! Bom! Bom!..» 

 

May, 1969.  



 

 

 

 


 

45

QIRMIZI AYI BALASI  

 

Rəhman Bədəlova 

 

C. Səlimov gəmi-təmiri zavodunda mühəndis işləyirdi və bu gün də işdən sonra 



iki-üç saat zavodda qaldı, otağında oturub cürbəcür çertyojlara baxdı, bir az 

fikirləşdi, yenə bir az kağız-kuğuza baxdı, sonra basmadüymə ilə otağının divarına 

sancdığı  cədvəlinin qabağında dayandı: görəsən, «Neftçi» yeddi güclü komanda 

sırasına çıxacaq, ya təskinləşdirici qrupda qalacaq? 

«Təskinlik» sözü fikrinə  gələn kimi, yenə  də dilxor oldu; bu sözdən zəhləsi 

gedirdi, ən pis söz idi bu söz. 

Zavoddan çıxıb trolleybusa mindi və birbaş Nizami küçəsindəki evinə  gəldi; 

əvvəlcə açarla qapını açdı, qapını açandan sonra zəngi basıb içəri girdi.  

Zəngin səsi elə qəribə, elə qeyri-adi səsləndi ki, C. Səlimov özü də heyrət etdi; 

elə bil bu qaranlıq dəhliz də heyrət etdi, elə bil aylardan bəri üstünə toz hopmuş bu 

divan da, bu kreslolar da, bu şifoner də, kitab dolabı da heyrət etdi, elə bil bu 

divarlar da heyrətindən donub qaldı, kreslonun üstündəki qırmızı rəngli bu yekə ayı 

balası da səksənib yerindən atılacaqdı indicə və indicə Leyla da elə bil qışqıracaqdı 

ki, papa gəldi, qapını açın. 

Bu qırmızı rəngli ayı balası səksənib yerindən atıla bilər, amma Leyla daha heç 

vaxt qışqırmayacaqdı ki, papa gəldi, qapını açın. 

Leylasız onun üçün həyat yox idi – yalanmış, Leyla yoxdur, o isə yaşayır; Leyla 

yoxdur, evin bu avadanlığı isə yenə  də yerindədir, televizor yenə  də  işləyir, radio 

yenə  də son xəbərləri verir, konsert verir, küçədə yenə  də maşınlar gedir, 

mətbəxdəki soyuducu yenə də hərdən tırıldayır, hərdən dayanır, bu qırmızı ayı balası 

da eyni vəziyyətdə, eyni təbəssümlə öz yerindədir, təkcə divardan asılmış saat 

çıqqıldamır.  

C. Səlimov  əvvəlcə bir siqaret yandırdı, sonra divardan asılmış saatı qurdu. 

Divardakı saatda üçə on dəqiqə qalırdı,  əslində isə axşam saat səkkizi keçmişdi, 

amma o, saatı düzəltmədi, çünki bunun mənası yox idi. 

Divar saatı  çıqqıldamağa başladı, amma bu çıqqıltı da bu əşyalar kimi, bu 

qırmızı rəngli ayı balası kimi durğun və ölü idi.  

Birdən C. Səlimovu soyuq tər basdı, tükləri ürpəşdi, ona elə gəldi ki, Leyla ölüb. 

Sonra mətbəxə keçib əl-üzünü yudu. 

Mətbəxin divarında asılmış  təqvimdə mayın 16-sı idi, təqvimin arxasındakı 

kartonda Bethovenin şəkli var idi, saralıb-solmuşdu, elə bil qoz yarpağı idi və elə bil 

indi payızın lap axırları idi. 

Bu gün iyulun 11-i idi. 

Şəfiqə Leylanı da götürüb martın 22-də bu otaqdan çıxmışdı: aprel, may, iyun – 

üç ay, bu da on bir gün; üç ay on bir gün, o da səkkiz gün – üç ay on doqquz gün idi 

getmişdilər; neçə il olacaq getdikləri – C. Səlimov ölənə qədər: on ilmi, iyirmi ilmi, 

azmı, çoxmu – dəxli yoxdur, o, Şəfiqəsizdir, Leylasızdır və həmişə də belə olacaq, 

bu iki otaq da ölüb daha, bu əşyalar da ölüb, heç vaxt da dirilməyəcək. 

Həmin gün bahar bayramı idi və bahar bayramı günü getdi onlar. 

Leyla böyüyəcək, ərə gedəcək, bəlkə xoşbəxt olacaq – onsuz.  

Bəlkə Leyla da böyüyəcək, bir iş sahibi olacaq, amma bədbəxt olacaq – onsuz.  

Şəfiqə də nənə olacaq, qocalacaq, saçları ağaracaq – onsuz. 




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə