elmi və təşkilatı əsaslara, normativ-texniki sənədlərə,
ölçmələrin metod və texniki vasitələrinə malik olmalıdır. Bu
məqsədlə attestasiyadan və metroloji ekspertizadan keçmiş
EAN metodikalarının federal reyestri formalaşırdırılır.
EAN-nın aparatur təminatında iki istiqamət mövcuddur.
Birinci, müxtəlif növ obyektlərin böyük sayda göstəricilərinə
nəzarət etməyə imkan verən ümumi təyinatlı cihazların
buraxılması
(xromatoqraflar,
spektrofotometrlər,
polyaroqraflar). İkinci istiqamət konkret obyektdə konkret
agentin təyin edilməsi üçün xüsusi cihazların istehsalına
yönəlmişdir. Belə cihazlar stasionar nəzarət məntəqələri,
səyyar
laboratoriyalar
və
müəssisələrin
sanitar-sənaye
laboratoriyaları üçün olduqca əlverişlidir, çünki burada
çirkləndiricilərin nomenkluaturası məhduddur.
Analitik cihazqayırmanın aktual istiqaməti blok-modul
əsaslı çoxməqsədli cihaz komplekslərinin yaradılmasıdır.
Analitik kompleks – analizin maddi (ölçmə vasitələri,
hesablama texnikası, köməkçi avadanlıq) və intellektual
(metodikalar, proqram təminatı) toplananlarının məcmusundan
ibarətdir. Beləliklə, kompleksə attestasiyadan keçmiş EAN-nın
metodika komplektləri və onların reallaşdırılması üçün lazım
olan bütün cihazlar, texniki vasitələr daxildir. Analitik
kompleksin yaradılmasının uğurlu nümunəsi kimi “İnlan”
ekoloji-analitik
nəzarətin
çoxməqsədli
laboratoriya
avtomatlaşdırılmış sistemini göstərmək olar.
Son illərdə ekoloji nəzarət və monitorinq məsələlərinin həlli
üçün daha geniş şəkildə kosmik texnikadan istifadə edilməyə
başlanmışdır. Peyk rabitəsi və yüksək ayırdetmə qabiliyyətinə
malik optik-elektron vasitəsilə alınan məlumatlardan müxtəlif
tematik istiqamətli çoxsəviyyəli elektron xəritələrin qurulmasında
istifadə edilir. Monitorinqin kosmik vasitələri EAN-nın yerüstü
sistemləri ilə birlikdə regional, milli və qlobal səviyyələrdə təbiəti
mühafizə və ekoloji təhlükəsizliyin idarə edilməsi üçün güclü
informasiya bazası yaratmağa imkan verir.
3.2. Atmosfer havasının vəziyyətinin müşahidə və nəzarəti
Atmosfer havasının vəziyyətinin monitorinqi iki sistemə
bölünür: müşahidə və nəzarət. Birinci sistem konkret çirklənmə
mənbələrininn təsiri altında yerləşməyən şəhərlərdə, yaşayış
məntəqələrində və ərazilərdə atmosfer havasının keyfiyyəti
üzərində müşahidəni təmin edir. İkinci sistem çirklənmə
mənbələrinin nəzarətini və zərərli maddələrin atmosferə
tullanmasının tənzimlənməsini təmin edir. Hər iki məsələnin
reallaşdırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə
həvalə edilir.
Atmosfer havasının vəziyyətinin müşahidələri intensiv
texnogen
təsir
rayonlarında
(şəhərlərdə,
sənayeaqlomerasiyalarda) və çirklənmə mənbələrindən uzaqda
yerləşən rayonlarda (fon rayonlarında) yerinə yetirilir.
Atmosfer havasının keyfiyyətinin müşahidəsi fon
monitorinq stansiyalarında fiziki, kimyəvi və bioloji
göstəricilər üzrə həyata keçirilir. İntensiv antropoğen təsir
zonalarında atmosfer havasının çirklənməsinə olan nəzarətin
təşkilinin zəruriliyi riyazi və fiziki modelləşmədən istifadə
etməklə ilkin eksperimental və nəzəri tədqiqatlarla təyin edilir.
Hava çirklənməsinin fəza-zaman dəyişikliyi haqqında
reprezentativ informasiyanın alınması səyyar vasitələrin
köməyi ilə (hava nümunələrinin seçimini və analizini aparan
səyyar laboratoriya), müəyyən ərazidə havanın vəziyyətinin
ilkin tədqiqi ilə aparılır. Belə metod sənaye komplekslərinin
sərhədlərini, onların təsir zonalarını aşkarlamağa imkan verir.
Alınmış informasiyanın emalı nəticəsində atmosfer havasının
çirklənməsinin sərhədləri, spektri və təzadlığı müəyyən edilir,
stasionar müşahidə məntəqələrinin yerləşdirilmə sxemi
işlənilir. Müşahidələr məntəqəsi hava hövzəsinin ümumi
vəziyyəti haqqında informasiya verə və tullantı mənbələrinin
nəzarətini yerinə yetirə bilər.
Müşahidə məntəqəsində məcburi qaydada əsasən havanı
daha çox çirkləndirən maddələrdən olan toz, SO
2
, CO, NO
X
ölçülür. Nəzarəti tələb edilən digər maddələrin seçimi verilmiş
yerin istehsal və tullantı xüsusiyyətindən və BBH-in aşması
tezliyindən asılı olaraq müəyyən edilir.
Müşahidənin stasionar məntəqəsi – xüsusi təchiz edilmiş
pavilyondur ki, burada çirkləndirici maddələrin və meteoroloji
parametrlərin
müəyyən
edilmiş
proqram
üzrə
qeyd
edilməsindən
ötrü
cihaz
yerləşdirilmişdir.
Stasionar
məntəqələrin içərisindən dayaq stasionar məntəqələr seçilir ki,
onlar əsas və daha çox yayılan çirkləndirici maddələrin
tərkibinin uzunmüddətli dəyişikliklərini müəyyən edirlər.
Stasionar məntəqənin yerləşmə yeri, bir qayda olaraq, atmosfer
havasının çirklənmə səviyyəsinin meteoroloji şəraiti nəzərə
alınmaqla seçilir. Bu halda həll olunacaq məsələlər müəyyən
edilir: orta aylıq, mövsümü, illik və maksimal birdəfəlik
konsentrasiyanın qiyməti, konsentrasiyaların yaranma ehtimalı,
BBH və s. qiymətləndirilməsi.
Məntəqə quraşdırılmazdan əvvəl aşağıdakılar analiz
edilir: bütün stasionar və səyyar mənbələrdən atılan
tullantıların bütün inqrediyentləri üzrə konsentrasiyalarının
hesablanmış sahələri; tikililərin və ərazinin relyefinin
xüsusiyyətləri; yaşayiş tikililərin inkişaf perspektivləri və
sənaye, energetika, kommunal təsərrüfat, nəqliyyat və şəhər
təsərrüfatının digər sahələrinin genişləndirilməsi; seçilmiş
zonanın funksional xüsusiyyətləri; əhalinin sıxlığı; verilmiş
ərazinin meteoroloji xüsusiyyətləri və s. Məntəqə binaların
aerodinamik kölgəsinin və yaşıl əkililərin zonasından kənarda
yerləşməli, onun ərazisi külək tutan yerdə olmamalı, yaxında
yerləşən alçaq mənbələrin (avtomaşın dayanacağı, alçaq
tullantılı kiçik müəssisələr və s.)təsirinə məruz qalmamalıdır.
Hər hansı bir şəhərdə (yaşayış məntəqəsində) stasionar
məntəqələrin miqdarı əhalinin sayı, yerin relyefi, sənayenin
xüsusiyyətləri, funksional struktur (yaşayış, sənaye, yaşıl
Dostları ilə paylaş: |