zona), zərərli maddələrin konsentrasiya sahələrinin fəza və
zaman dəyişikliyi ilə müəyyən edilir. Məsələn, nümunə kimi
əhalinin sayı ilə əlaqədar, məntəqələrin miqdarı aşağıdakı kimi
təyin edilir:
Əhalinin sayı, min nəfər..... 50 50 – 100 100 – 200
Məntəqələrin miqdarı 1 2 3
Əhalinin sayı, min nəfər..... 200 – 500 500 – 1000
Məntəqələrin miqdarı 3 – 5 5 – 10
Əhalinin sayı, min nəfər..... 1000 – 2000 2000
Məntəqələrin miqdarı 10 – 15 15 – 20
Mürəkkəb relyefli və çoxlu sayda mənbələri olan yaşayış
məntəqələri üçün hər 5-10 km
2
-dən bir məntəqənin
quraşdırılması tövsiyə edilir. Havanın çirklənməsi haqqında
informasiya şəhərin xüsusiyyətlərinin nəzərə alınması üçün
müşahidə məntəqələrini müxtəlif funksional zonalarda –
yaşayış, sənaye və tikinti üçün ayrılmış yerlərdə quraşdırılması
tövsiyə edilir. Avtonəqliyyatın intensiv hərəkəti olan böyük
şəhərlərdə,
məntəqələr
həmçinin
avtomagistralların
yaxınlığında yerləşdirilməlidir.
Stasionar müşahidə məntəqələrində bütün il, mövsüm
ərzində, hava şəraitindən asılı olmayaraq, atmosfer havasının
çirklənməsi
və
meteoroloji
parametrlərin
müşahidəsi
aparılmalıdır. Müşahidə məntəqələri üçün bir qayda olaraq, üç
müşahidə proqramı təyin edilir: tam, natamam və qısaldılmış.
Tam proqram üzrə müşahidələr hər gün (istirahət günləri –
bazar, şənbə - növbələşir) yerli dekret vaxtlı ilə saat 1, 7, 13 və
19-da və ya da sürüşkən qrafik üzrə: çərşənbə axşamı, cümə
axşamı, şənbə günləri saat 7, 10, 13-də, bazar ertəsi, çərşənbə,
cümə günləri saat 15, 18, 21-də aparılır. Birinci proqram üzrə
aparılan müşahidələr havanın tərkibində həm əsas, həm də
spesifik çirkləndirici maddələrin ölçmələrini nəzərdə tutur.
Natamam proqram üzrə müşahidələr hər gün (bazar, şənbə
günləri növbələşir), lakin yerli dekret vaxtının 7, 13 və 19
saatlarında aparılır.
Havanın temperaturu 45 °С-dən aşağı olan rayonlarında,
müşahidələr qısaldılmış proqram üzrə bazar günündən başqa
hər gün yerli dekret vaxtla saat 7 və 13-də aparılır. Qısaldılmış
proqram üzrə müşahidələri həmçinin aylıq orta konsentrasiyası
1/20 BBH-dən az olan yerlərdə və ya istifadə edilən metodla
qarışıqların aşağı hədd diapazonundan az olan yerlərdə aparılır.
Əlverişsiz meteoroloji şəraitlərdə (duman, uzunmüddətli
temperatur inversiyası və s.) bütün müşahidə məntəqələrində
havanın nümunəsinin götürülməsi hər 3 saatdan bir yerinə
yetirilməlidir. Eyni zamanda əhalinin daha çox sıx olan
yerlərində əsas çirklənmə mənbələrinin məşəli altından
nümunələr götürülməlidir. Məşəlaltı müşahidələr verilmiş
müəssisə üçün xarakterik olan qarışıqlar üzrə aparılır.
Müşahidənin marşrut məntəqəsi – şəhərdə müəyyən
marşrutdakı yeridir. Səyyar cihazlar vasitəsilə müşahidə
zamanı ərazinin müəyyən nöqtəsində hava nümunəsinin
müntəzəm götürülməsi üçün nəzərdə tutulmuşdur. Marşrut
müşahidələri
sənayedə
kütləvi
istehsal
edilən
avtolaboratoriyalar vasitəsilə marşrut məntəqələrində yerinə
yetirilir. Belə səyyar laboratoriya ildə təqribən 5000 nümunə
götürmək gücünə malikdir, belə maşında havanın gündə 8-10
nümunəsini götürmək mümkündür. Marşrut məntəqələrinə baş
çəkilməsi hər ay elə dəyişilir ki, hər bir məntəqədə nümunənin
götürülməsi sutkanın müxtəlif vaxtlarında yerinə yetirilsin.
Məsələn, maşın birinci ay nömrələrin artması sırası üzrə, ikinci
ayda isə onların azalması sırası ilə, üçüncü ayda isə marşrutun
ortasından başlayaraq sona kimi və başlanğıcdan ortaya kimi
və s. baş cəkir.
Səyyar (məşəlaltı) məntəqə tüstü (qaz) məşəlinin altında
həmin mənbənin təsir zonasını aşkar etməkdən ötrü nümunənin
seçilməsi üçün nəzərdə tutulmuşdur. Məşəlaltı müşahidələr,
xüsusi işlənilmiş proqramlar və marşrutlar həmin müəssisə
üçün xarakterik olan spesifik çirkləndirici maddələr üzrə
aparılır.
Məşəlaltı müşahidələr zamanı nümunələrin götürülmə
yeri
atmosferdə
çirkləndirici
maddələrin
paylanma
qanunuyğunluqları nəzərə alınmaqla, çirklənmə mənbələrindən
müxtəlif məsafələrdə seçilir. Hava nümunələrinin götürülməsi
ardıcıl
olaraq
külək
istiqamətində
stasionar
tullantı
mənbəyindən 0,2 — 0,5, 1, 2, 3, 4, 6, 8, 10, 15 və 20 km
məsafədə, həmçinin mənbəyin küləkdöyən tərəfində yerinə
yetirilir. Məşəl altındakı müşahidələr verilmiş müəssisə üçün
tipik olan inqrediyentlərin tullantı həcmi və onların zəhərlilik
dərəcəsi üzrə aparılır. Maksimal çirklənmə zonasında
(hesablama və təcrübi ölçmə məlumatları əsasında) havanın ən
azı 60 nümunəsi götürülür, digər zonalarda isə minimum 25-
dən az olmamalıdır. Məşəlaltı müşahidələr zamanı hava
nünunələrinin götürülməsi eyni zamanda ən azı üç nöqtədə 20-
30 dəqiqə ərzində yer səthindən 1,5 m hündürlükdə aparılır. İş
günü ərzində məşəl altında ardıcıl olaraq 5-8 nöqtədə nümunə
götürmək olar.
Atmosfer
havasının
keyfiyyətinin
analizinin
əsas
elementlərindən biri nümunələrin götürülməsidir. Əgər
nümunələrin seçimi düzgün edilməyibsə, onda ən dəqiq
analizin nəticələri belə öz mənasını itirir. Atmosfer havasının
nümunəsinin seçilməsi aspirasiya üsulu ilə uducu cihazdan
müəyyən sürətlə havanın keçirilməsi və ya məhdud həcmli
qabların doldurulması yolu ilə həyata keçirilir. Qazabənzər
qarışıqların tədqiqi üçün hər iki metod, aerozol (toz) şəkilli
qarışıqların tədqiqi üçün isə yalnız birincisi yararlıdır.
Uducu cihazdan havanın keçirilməsi nəticəsində uducu
mühitdə analiz edilən maddənin konsentrləşdirilməsi aparılır.
Maddənin konsentrasiyasının həqiqi qiymətinin təyin edilməsi
üçün, havanın sərfi dəqiqədə on və yüz litrlərlə olmalıdır.
Nümunələr birdəfəlik və ortasutkalıq olurlar. Adətən atmosfer
havasında çirkləndirici maddələrin konsentrasiyalarının orta
Dostları ilə paylaş: |