Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə24/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
85 
 
Çarter anlayışı – özündə bir tərəfin, yeni fraxt edilən ödəniş 
əsasında  digər  tərəfə,  yəni  fraxt  edənə,  bir  və  yaxud  bir  neçə 
nəqliyyat  vasitəsini  bir  və  ya  bir  neçə  reyslər  üçün  yüklərin, 
sərnişin  və  baqajin  daşınması  üçün  nəqliyyat  vasitəsinin  fraxt 
müqaviləsini əks etdirir.  
Müasir  dünya  nəqliyyat  sistemində  400-dən  çox  standart  və 
uzunmüddətli  çarter  proformaları  (marşrutları  və  ya  reysləri) 
mövcuddur. 
 
7.6. Dəniz nəqliyyatı üzrə Beynəlxalq qurumlar 
 
Beynəlxalq dəniz daşımaları beynəlxalq nəqliyyat sistemində 
ən  ucuz  və  sərfəli  hesab  olunan  nəqliyyat  vasitəsi  kimi  xüsusi 
maraq  kəsb  edir.  Ticarət  gəmiçiliyi  dəniz  nəqliyyatının  ən  geniş 
yayılmış  vasitələrindən  biridir.  “Dəniz  hüququ  barədə”  1985-ci 
ildə qəbul edilmiş BMT konvensiyası beynəlxalq dəniz nəqliyyatı 
üzrə  əməliyyatların  nizamlanması  üçün  əsas  sənədlərdən  və 
mühüm konvensiyalardan biri hesab olunur.  
 Gəmiçilik  və  dəniz  nəqliyyatı  üzrə  uzun  illər  ərzində 
formalaşmış  beynəlxalq  hüquqi  adətlər,  milli  dəniz  adətləri, 
İttifaqlar, Təşkilatlar və Komitələr fəaliyyət göstərir: 

 
1974-cü il York- Antverpen qaydaları; 

 
Beynəlxalq Dəniz Sığorta İttifaqı (1874-cü il); 

 
Beynəlxalq Dəniz Komitəsi (1897 ci il); 

 
Baltik və Beynəlxalq Dəniz Komitəsi ( 1905-ci il); 

 
Beynəlxalq Gəmiçilik Palatası ( 1948-ci il); 

 
Beynəlxalq Dəniz Təşkilatı (1958-ci il); 

 
Beynəlxalq Gəmi Sahibləri Assosiasiyası ( 1970-ci il); 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
86 
 

 
Beynəlxalq  Dəniz  Sputnik  Əlaqələr  Təşkilatı  İNMARSAT  ( 
1976-cı il); 

 
Gəmiçilik üzrə Komitə - YUNKTAD( 1965-ci il) və s. 
 
7.7. Beynəlxalq Dəniz Təşkilatı 
 
Beynəlxalq  Dəniz  Təşkilatı-BDT  (İntertaional  Maritime 
Organization  İMO)  -  1948-ci  il  mart  ayının  6-da  Cenevrədə 
(İsveçrə)  Ölkələrarası  Dəniz  Məsləhətçi  Təşkilatı  üzrə 
Konvensiyanın  qəbul  edilməsi  ilə  əlaqədar  yaradılmışdır.  Bu 
Konvensiya 1958 mart ayının 17-dən qüvvəyə minmişdir. BDT-in 
əsas  funksiyalarına  beynəlxalq  ticarət  gəmiçiliyinin  bütün 
texniki  aspektləri  üzrə  əməkdaşlığın  genişləndirilməsi,  dəniz 
daşımalarında 
təhlükəsizliyin 
təmin 
olunması, 
dəniz 
naviqasiyasının  optimallaşdırılması,  dəniz  nəqliyyatının  istismarı 
nəticəsində  dəniz  sularının  çirklənməsinin  qarşısının  alınması  və 
sairlər  daxildirlər.  Bu  vaxta  kimi  Təşkilat  tərəfindən  40-dan  çox 
konvensiya  və  sazişlər,  1000-ə  yaxın  məcəllə  və  tövsiyyələr 
işlənib hazırlanması və dünya səviyyəsində istifadə olunur. BDT-
nin  ştab  -qərargahı  London  (  İngiltərə)  şəhərində  yerləşir.  Onun 
Ali oqranına 150-dən artıq üzv dövlət daxildir və bu Ali orqan 2 
ildə bir dəfə toplanan Assambleyadır. Təşkilatın icraçı orqanı isə 
40 üzvün daxil olduğu Şuradır və bu Şura ildə iki dəfə toplanır.  
 
Özünüyoxlama sualları:  
 
1.
 
Dəniz daşımaları anlayışı və onun mahiyyəti. 
2.
 
“Yüklərin dəniz daşımaları” anlayışı. 
3.
 
“Dəniz daşımaları” anlayışı. 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
87 
 
4.
 
Dəniz nəqliyyatının spesifik xüsusiyyətləri.  
5.
 
Dəniz daşımalarının əsas istiqamətləri (reysləri).  
6.
 
Dəniz nəqliyyatı üzrə Beynəlxalq qurumlar. 
7.
 
Beynəlxalq Dəniz Təşkilatı. 
8.
 
Beynəlxalq Dəniz Təşkilatın əsas funksiyaları.  
9.
 
Dəniz nəqliyyatının dünya ölkələrinin iqtisadiyyatında 
əhəmiyyəti. 
10.
 
Dünyanın əsas dəniz nəqliyyatı marşrutları və iri limanları.  
11.
 
Beynəlxalq dəniz kanalları və onların əsas funksiyaları. 
12.
 
Süveyş kanalı. 
13.
 
Panama kanalı. 
14.
 
Kil kanalı.  
15.
 
Yüklərin dəniz daşıması müqaviləsi. Konosament və Çarter. 
16.
 
Yüklərin dəniz daşıması əməliyyatları tərəflər arasında 
imzalanmış Müqavilə. 
17.
 
Yüklərin dəniz daşıması müqaviləsinin bir sıra xüsusiyyətləri. 
18.
 
“Konosament” anlayışı. 
19.
 
Konosamentin mahiyyəti. 
20.
 
Konosamentdə əks olunan məlumatlar.  
21.
 
Konosamentin çoxməqsədli universal sənəd kimi 
funksiyaları.  
22.
 
“Çarter” anlayışı. 
 
İstifadə edilmiş ədəbiyyat: 
 
1.
 
Гуцуляк  В.Н.  Коносамент  и  чартер  как  правовая  основа 
морских перевозок. Морское право. – Москва, 2003. - № 
5. [Интернет-ресурсы: 
https://law.edu.ru
]. 
2.
 
Морские 
перевозки. 
[Интернет-ресурсы: 
https://conveyance.ru/mor-perevozka
]. 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
88 
 
3.
 
Морские  перевозки:  основные  понятия.  [Интернет-
ресурсы: 
https://transportavia.ru/article/39.html
]. 
4.
 
Понятие 
морских 
перевозок. 
[Интернет-ресурсы: 
https://econom-trans.ru/help/3/6.php
]. 
5.
 
Особенности  морских  перевозок.  [Интернет-ресурсы: 
https://kango.ru
]. 
6.
 
Общие  понятия  международных  перевозок  грузов. 
[Интернет-ресурсы: 
https://brokert.ru
]. 
7.
 
Батычко  В.Т.  Международной  частное  право.  Таганрог 
(Россия), ТТИ ЮФУ, 2011. 
8.
 
Международные  грузоперевозки.  [Интернет-ресурсы: 
https://lcmg.ru
]. 
9.
 
Джунусова Д.Н. Международное морское право. Учебное 
пособие.  Астраханский  государственный  университет, 
2012. – 328 с. 
10.
 
 Понятие международных перевозок. [Интернет-ресурсы: 
https://alegis.net
]. 
11.
 
 Савченко  М.И.  Международное  транспортное  право. 
Минск: Право и экномика, 2011. – 402 с. 
12.
 
Куликова  Е.  Международно-правовое  регулирование. 
Перевозки  грузов  морским  транспортом.  Москва, 
Транспортное право. – 2006. - №2. 
13.
 
 Международное  морское  право.  Учебное  пособие  под 
ред.  С.А.  Гуреева.  –  Москва,  Юридическая  литература, 
2003. – 448 с. 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə