Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə22/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
79 
 
daşımaları  potensialı  formalaşdırılmışdır.  Məsələn,  Böyük 
Britaniya və Yaponiyada ümumi beynəlxalq ticarət daşımalarının 
98%-i,  ABŞ-da  isə  90%-i  dəniz  nəqliyyatının  payına  düşür. 
Ümumilikdə  isə  beynəlxalq  yük  daşımalarının  60  %-dən  çoxu 
gəmiçilik  nəqliyyatı  sektoruna  aiddir.  Bir  çox  Beynəlxalq 
nəqliyyat  təşkilatlarının  məlumatlarında  XXİ  əsrin  birinci 
onilliyinin  yekunlarına  əsasən  dünya  üzrə  ümumi  yük 
dövriyyəsinin  intensivliyi  ildə  orta  hesabla  31000-32000  mlrd 
ton/km  qeyd  olunmuşdur.  Bu  dövriyyə  hesabına  dünya  üzrə 
daşınan yükün ümumi həcmi ildə orta hesabla 5100-5200 mln/ton 
təşkil edir.  
 
7.3.  Dünyanın  əsas  dəniz  nəqliyyatı  marşrutları  və  iri 
limanları  
 
Dünyanın  bir  çox  dəniz  sahilli  ölkələrində  güclü 
infrastruktura  malik  beynəlxalq  yük  daşımaları  infrastrukturu  və 
iri  dəniz  limanlarının  yaradılmasına  imkan  vermişdir.  Məlumdur 
ki,  dünyada  ən  güclü  infrastruktura  malik  beynəlxalq  dəniz 
nəqliyyatı  qovşaqları  Atlantik  okeanında  formalaşdırılmışdır. 
ABŞ  ilə  Qərbi  Avropa  arasında,  Aralıq  dənizi  ilə,  Şimal  və 
Norveç  dənizləri  arasında  olan  istiqamətlər  üzrə  iri  həcmdə 
yükdaşıma  əməliyyatları  dövriyyəsi  diqqəti  cəlb  edir.  Digər  iri 
dəniz nəqliyyatı infrastrukturuna malik olan Sakit okeanın payına 
beynəlxalq dəniz daşımalarının 25 %-i düşür. Bu okeanda ABŞ və 
Kanadanı Şərqi və Cənub-Şərqi Asiya ilə birləşdirən Sakit okean 
istiqamətini,  ABŞ-ın  Atlantik  okean  sahillərini  Havay  adaları  ilə 
Panama  kanalı  hesabına  Yaponiyanı  birləşdirən  istiqamətlərini, 
Avstraliya  ilə  Yaponiya  və  Şərqi  Asiyanın  digər  ölkələrini 
birləşdirən  Transokean  istiqamətlərinin  güclü  potensialını 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
80 
 
göstərmək  mümkündür.  Dəniz  gəmiçiliyi  ilə  yükdaşımalarda 
üçüncü  yeri  Hind  okeanı  tutur  və  onun  payına  dünya  dəniz 
daşımalarının  15%-ə  qədəri  düşür.  Süveyş  kanalı  vasitəsilə 
Avropadan  Asiya  və  Avstraliyaya  həyata  keçirilən  beynəlxalq 
yükdaşımaları xüsusi önəm kəsb edirlər.  
 Dünya  dəniz  limanlarının  ümumi  sayı  bir  sıra  mənbələrdə 
10-15  mindən  çox  göstərilsə  də,  bununla  belə  beynəlxalq 
yükdaşımalarda  mühüm  əhəmiyyət  kəsb  edən  limanların  sayının 
2200  -2250  olduğu  bildirilir.  Bu  limanlardan  900-ü  Avropada, 
500-ü  Amerikada,  400-ü  Asiyada  və  qalanları  digər  ərazilərdə 
fəaliyyət  göstərirlər.  İri  dəniz  limanlarına  xas  olan  əsas 
xüsusiyyətlər,  onların  müxtəlif  yükləri  qəbul  edə  bilməsi, 
yerləşdirməsi,  qruplaşdırması  və  sortlaşdırması  imkanlarının 
olmasıdır.  
Dünyanın  ən  iri  limanlarıdan-  illik  yük  dövriyyəsi  100  mln. 
tondan çox olan bir qrup universal dəniz limanlarına misal olaraq, 
Sinqapur(illik  yük  dövriyyəsi  325  mlnton),  Rotterdam-
Niderland(320), 
Yeni 
Orlean-ABŞ(225), 
Şanxay-Çin(185), 
Syanqan-Çin  (175),  Tiba-Yaponiya  (170),  Hyuston-ABŞ  (160), 
Naqoya-Yaponiya (155), Ulsan-Koreya (150), Antverpen-Belçika 
(130),  İnçxon-Koreya  (120),  Pusan-Koreya  (115),  İokoqama-
Yaponiya  (115),  Qaosyun  –  Tayvan  (115),  los-Anceles  –  ABŞ 
(115) və sairləri göstərmək olar.  
Məlumdur ki, dünya ölkələrinin beynəlxalq daşımalarda əsas 
potensiallarının  göstəricilərindən  biri  də  geniş  imkanlara  malik 
yükdaşıma  gəmiləri  parkının  olmasıdır.  Yaponiyada  gəmilərin 
sayı 8650, Panamada – 6140, ABŞ-da – 5640, Rusiyada – 4700, 
Çində  -  3290,  Sent-Vinsent  və  Qrenadada  –  2440,  Koreyada- 
2430,  Norveçdə  -  2360,  Filippində-1950,  Sinqapurda  –  1750, 
Liberiyada  –  1630, Maltada  –  1570, Kiprdə  -1560, Yunanıstanda 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
81 
 
– 1500, İtaliyada – 1400, Baham adalarında – 1300, Türkiyədə -
1150,  Danimarkada  –  1050,  Almaniyada  –  1030,  Hindistanda  – 
970,  Tayvanda  –  680,  Malayziyada  –  630  və  sairləri  qeyd  etmək 
olar.  
 
7.4.  Beynəlxalq  dəniz  kanalları  və  onların  əsas 
funksiyaları 
 
Bir  çox  dünya  ölkələrinin  iqtisadi  inkişaf  prosesləri 
sürətləndikcə  beynəlxalq  dəniz  daşımalarına  tələbatın  artması  bir 
zərurət  kimi  çıxış  edir.  İqtisadi  inkişaf  proseslərində  strateji 
hədəfləri  qarşıya  qoyan  bir  qrup  region  ölkələri  və  ölkə  qrupları 
dünya okean sularının beynəlxalq dəniz daşımaları imkanlarından 
yararlanmaq  üçün  dənizləri  və  çay  hövzələrini  bir-birinə 
birləşdirən  və  onları  okean  sularına  qovuşduran  vasitəçi  su 
kanallarının tikintisinə xüsusi önəm vermişlər.  
Beynəlxalq  dəniz  nəqliyyatının  səmərəli  təşkilində  və 
beynəlxalq 
yük 
daşımaları 
marşrutların 
diversifikasiyalaşdırılmasında  dəniz  kanallarının  və  körfəzlərin 
böyük  əhəmiyyəti  vardır.  Buna  misal  olaraq,  Süveyş  kanalı  və 
Panama kanalını göstərmək olar.  
Süveyş  kanalı  vaxtilə  keçmiş  SSRİ-nin  yaxından  iştirakı  ilə 
inşa olunmuş və Misirdə eyni adlı boğazdan başlayaraq, Afrika ilə 
Asiyanı  birləşdirməklə,  şimaldan  cənuba  Port-Səiddən  Qırmızı 
dənizdən  Süveyşə  qədər  uzanır.  Kanalın  uzunluğu  161  km, 
dərinliyi 17 m və eni-120-150 metrdir. Bu kanalın üstün spesifik 
xüsusiyyətlərindən biri də - Aralıq dənizi ilə Qırmızı dənizin eyni 
səviyyədə  olması  səbəbindən  su  axını  üçün  xüsusi  şlyüzun 
tikilməsinə  ehtiyacın  olmaması  ilə  izah  edilir.  Bu  kanalda  illik 
beynəlxalq  yükdaşımaların  həcmi 250-260 mln. ton və gəmilərin 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə