Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 50 -
başqa  tipli  təşkilati  forma  və  maliyyələşmə  metod-
ları,  təbii  ki,  müəmmalı  və  hətta  qorxulu  görünür; 
xüsusən  də  yaşlı  nəsil  üçün.  Axı,  ənənəvi  sistemdə 
dərəcələr,  ölçülər,  meyarlar  və  müvafiq  maaş  kate-
qoriyaları detallarına və qəpiyinədək müəyyənləşdi-
rilmişdi.  İnkişaf  səviyyəsi  konkret  göstəricilər  və 
titullarla müəyyən edilmiş, dissertasiya işlərinin ya-
zılıb müdafiə edilməsi ilə, kiçik elmi işçidən baş el-
mi  işçiliyə  qədər  bütün  pillələri  keçməklə  reqla-
mentləşdirilmişdi.  İndi  gün  kimi  aydın  olan  bu  sis-
temdən çıxıb elmdə təşəbbüskarlığa, rəqabətə,  fərdi 
münasibət prinsipinə, konkret nəticəyə-məhsula gö-
rə  maliyyələşmə  mexanizminə,  layihə-qrant  və  mü-
sabiqə  metodlarına  əsaslanan  tamamilə  başqa  me-
yarlar  sisteminə  keçmək,  bildiyini  qoyub  biləcəyə 
getmək risk deyilmi və kim bunu istəyər?  
Əlbəttə, islahat naminə islahat aparmaq olmaz. 
Hər  hansı  yeni  bir  təşkilati  forma  gerçək  ictimai 
tələbatdan  ortaya  çıxmalı  və  elmi  üsullarla  əsaslan-
dırılmalıdır.  Yüz  ölçmədən  biçmək  olmaz.  Amma 
köhnə  strukturları  mütləqləşdirmək,  hər  hansı  bir 
yeni  təşəbbüsü  dağıdıcılıq  kimi  dəyərləndirmək  də 
yolverilməz  haldır.  Bütün  sahələrdə  olduğu  kimi, 
elmdə  də,  yəqin  elə  ədəbiyyatda  da  yenilikçilərlə 
ənənəçilər  arasında  mübarizə  labüddür.  Bir  daha 
təkrar edirəm ki, hər bir yeni ancaq köhnənin, təmə-
lin  üzərində  qurulmaqla,  məhz  onun  öz  içərisindən 
bir  daxili  zərurət  kimi  cücərib  çıxmaqla,  həqiqi  bir 


Elm  və onun təşkilati formaları 
 
 
- 51 -
yenilik  olar  və  ancaq  bu  zaman  fayda  gətirə  bilər. 
Yoxsa  «hələ  köhnəni  yıxaq,  sonra  baxarıq»  düşün-
cəsi  ilə  atılan  addımların  yeniliyə  heç  bir  aidiyyəti 
yoxdur.  
Əsas odur ki, biz ya ədəbiyyat, ya da elm haq-
qında düşünərkən, onların hansı isə təşkilati forma-
sını,  hansı  isə  qurumu  mütləqləşdirməyək,  bu  qu-
rumların  xidmət  etdiyi  məzmunu  önə  çəkə  bilək. 
Zaman  və  şərait  dəyişdikcə  məhz  elmə  və  məhz 
ədəbiyyata  daha  yaxşı  xidmət  edə  biləcək  modellər 
haqqında rahat fikir yürüdə bilək. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 52 -
 
 
 
Azərbaycanın Milli Akademiyası 
 dövlət müstəqilliyinə xidmət etməlidir. 
Heydər Əliyev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
 
ELM, İDEOLOGİYA və 
DÖVLƏTÇİLİK ŞÜURU 
 
 
Ölkəmizdə  aparılan  sosial-iqtisadi  islahatların 
müvəffəqiyyətlə həyata  keçirilməsi Prezident  İlham 
Əliyevin  rəhbərlik  etdiyi  sürətli  inkişaf  strategiya-
sının  artıq  mənəvi-intellektual  sahəyə  də  transfer 
olunmasına  imkan  açmışdır.  BDU-nun  90  illiyinə 
həsr  olunmuş  təntənəli  mərasimdəki  çıxışında  Pre-
zident İlham Əliyev demişdir: “…Bu sahədə inkişaf 
üçün hələ çox iş görülməlidir. Bir daha demək istə-
yirəm  ki,  dünyanın  ən  mütərəqqi  təcrübəsi  öyrənil-
məlidir,  eyni  zamanda,  Azərbaycan  gəncləri  milli 
ruhda tərbiyə olunmalıdır. Biz əsrlər boyu başqa öl-
kələrin,  imperiyaların  tərkibində  yaşamışıq.  Ancaq 
öz  milli  dəyərlərimizi,  ənənələrimizi  qoruya  bilmi-
şik,  saxlaya  bilmişik.  Öz  ana  dilimizi  saxlaya  bil-
mişik.  Nəyin  hesabına?!  Ona  görə  ki,  Azərbaycan 
xalqında  milli  ruh  həmişə  çox  yüksək  səviyyədə 
olmuşdur”.
1
 Göründüyü kimi, məhz milli ruhun qo-
                                                 
1
 “Azərbaycan” qəzeti, 3 noyabr, 2009. 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 54 -
runub  saxlanması  və  daha  da  canlandırılması  yeni 
mərhələdə  əsas  prioritetlərdən  biridir.  Fəlsəfi  fikrin 
formalaşması, ictimai və humanitar elmlərin proble-
matikası  da  bu  başlıca  vəzifəyə  uyğun  surətdə 
həyata keçirilməlidir. Prezident İlham Əliyev fikrini 
davam  etdirərək  deyir:  “Bu  gün  qloballaşan  dünya-
da,  bəlkə  də  buna  daha  da  çox  diqqət  verilməlidir. 
Qloballaşma  təbii  prosesdir  və  yəqin  ki,  bu  proses 
müəyyən  düzəlişlərlə  davam  edəcəkdir.  Xüsusilə 
belə  olan  halda  milli  dəyərlərə  önəm  vermək,  gənc 
nəsli  milli  dəyərlər  əsasında  tərbiyə  etmək  xüsusi 
əhəmiyyət daşıyır”.
1
 Bunun üçün isə ictimai şüur ilə 
elmi-fəlsəfi  şüur  arasında  dayanıqlı  bir  əks-əlaqə 
sisteminə böyük ehtiyac vardır.    
Noyabrın  21-də  Azərbaycan  Respublikasının 
Prezident  Administrasiyasının  rəhbəri,  akademik 
Ramiz  Mehdiyevin  sədrliyi  ilə  keçirilən  humanitar 
və ictimai elmlər sahəsində yaranmış vəziyyətə dair 
müşavirə  də  ilk  növbədə  bu  başlıca  vəzifənin  real-
laşdırılması üçün elmi bazaya əsaslanan yeni metod 
və  formalarının  işlənib-hazırlanmasını,  ölkəmizin 
elmi  potensialının  bu  istiqamətdə  səfərbər  olunma-
sını  nəzərdə  tutur.  Şübhə  etmirik  ki,  bu  müşavirə 
ideoloji  sahədəki  işlərimizdə  dönüş  yaradılmasına 
yönəldilmiş olduqca əhəmiyyətli bir hadisə oldu. 
 
                                                 
1
 Yenə orada 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə