Səlahəddin Xəlilov


Elm ideologiya və dövlətçilik şüuru



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 59 -
xüsusilə AAK haqqında təklif və tövsiyələrin böyük 
əhəmiyyətinə baxmayaraq, humanitar-ictimai elmlə-
rə  olan  qüsurlu  münasibətlə  heç  cür  razılaşmaq  ol-
maz.  Biz  diqqəti  Azərbaycanda  elmin  vəziyyətini 
təhlil  etmək  baxımından  ümumən  dəyərli  olan  bu 
məqalədəki  bütün  məsələlərə  deyil,  ancaq  ictimai-
humanitar elmlərə münasibətlə bağlı məqamlara yö-
nəltmək  istərdik.  Məqalədə  bu  iki  elm  sahəsinin 
statistik müqayisəsi də verilmişdir.     
Müqayisə  nə  göstərir?  Humanitar  və  ictimai 
elm sahələrində dissertasiya müdafiələrinin sayı də-
qiq  elmlərə  nisbətən  xeyli  çoxdur.  Halbuki,  həmin 
sahələrin  beynəlxalq  miqyasda  elmi  proseslərdə 
iştirakı  çox  aşağı  səviyyədədir.  Müəlliflər  müasir 
elmşünaslıqda  istifadə  olunan  bir  sıra  meyarlardan, 
ölçü  mexanizmlərindən  istifadə  edir,  beynəlxalq 
miqyasda tanınan (təsir əmsalı yüksək olan) жurnal-
larda iştirak dərəcəsindən çıxış edirlər. Məsələn, on-
lar  yazır:  “Hesabat  dilçilik  və  ədəbiyyat  istiqamət-
lərində  Azərbaycan  elminin  beynəlxalq  səviyyədə 
heç  bir  məqalə  ilə  təmsil  olunmadığını  göstərir”. 
Daha sonra deyilənləri ümumiləşdirərək eyni vəziy-
yətin bütövlükdə humanitar və ictimai-siyasi elmlər 
üçün səciyyəvi olduğunu qeyd edirlər. Halbuki, mə-
qalədə  istifadə  olunan  iqtibasların  intensivliyi  üzrə 
təsnifat ancaq elmə (science) aid olub, heç bir əsasla 
humanitar  sahəyə  tətbiq  edilə  bilməz.  Ən  azı  ona 
görə  ki,  ümumbəşərilik  və  universallıq  ancaq  elmə 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 60 -
(science) aiddir. Humanitar və ictimai elmlər adlan-
dırılan sahə isə daha çox dərəcədə milli səciyyə da-
şıyır.  Almaniyada,  yaxud  İspaniyada  dilçiliyin  və-
ziyyəti  və  ya  Çində,  yaxud  Vyetnamda  ədəbiyyat 
problemləri  bizi  az  maraqlandırdığı  kimi,  Azərbay-
can dili və ədəbiyyatı məsələləri də, bizim tariximiz, 
iqtisadiyyatımız  və  milli  fəlsəfi  fikir  tariximiz  də 
Qərbin  elm  mərkəzlərini  çox  az  maraqlandırır.  Ona 
görə  də,  Qərb  meyarları  əsasında  qurulmuş  “elm 
sistemində”  Azərbaycanın  humanitar  sahələrinə  aid 
məqalələr  öz  əksini  tapmırsa,  burada  təəccüblü  heç 
nə  yoxdur.  Bu  başqa  məsələ  ki,  humanitar  və  icti-
mai elmlər sahəsində vəziyyəti indeksasiya edə  bil-
mək üçün hər bir ölkənin öz meyarlar sistemi ola bi-
lər.  Hazırda  Rusiya  kimi,  Çin  kimi  böyük  dövlətlər 
də bu istiqamətdə iş aparırlar. Həm də təkcə huma-
nitar  sahədə  yox.  Məsələn,  Rusiyalı  alimlər  hətta 
elm  (science)  sahəsində  də,  jurnalların  təsnifatında 
da  Qərbin  açıq-aşkar  ayrıseçkilik  mövqeyindən  na-
razılığını  bildirir  və  öz  ölkələrində  müstəqil  indek-
sasiya sistemi yaradılmasını təklif edirlər.        
Bununla  belə,  adını  çəkdiyimiz  məqalədə  de-
yilənlərin  çoxu  konkret  rəqəmlərə  və  faktlara  əsas-
landığından,  müəlliflərlə  mübahisə  etmək  çətindir. 
Biz  qarşımıza  heç  belə  bir  məqsəd  də  qoymuruq, 
çünki  Azərbaycanda  humanitar  və  ictimai-siyasi 
elmlərin  vəziyyəti  həqiqətən,  çox  acınacaqlıdır.  Bu 
barədə mən də dəfələrlə yazmışam. Bu vəziyyətdən 


Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 61 -
çıxış  yolları  axtarılması  hamımızın  ümumi  işimiz-
dir.  Noyabr  müşavirəsinin  məqsədlərindən  biri  də 
məhz  bu  idi.  Lakin  yuxarıda  adını  çəkdiyimiz  mə-
qalədə  problemin  qoyuluşu  bir  qədər  fərqli  istiqa-
mətdədir.  Müəlliflər  rəqəmlərin  dili  ilə  sanki  Azər-
baycanda bu elmlərə daha çox diqqət göstərildiyini, 
aspiranturalarda və dissertanturalarda bu sahədə da-
ha çox kadr hazırlandığını, dissertasiya müdafiələri-
nin  sayına  görə  də  bu  sahələrin  dəqiq  və  texniki 
elmləri xeyli üstələdiyini vurğulayırlar. Yəni elmilik 
tələblərinə cavab verməsə də, dərinə inkişaf olmasa 
da, eninə inkişaf göstəriciləri böyükdür.  
Vəziyyətin  bu  cür  təsvirindən  ancaq  belə  bir 
fikrin  vurğulandığı  hiss  olunur  ki,  eninə  inkişafda 
təbiət  elmləri  ilə  humanitar-ictimai  elmlər  arasın-
dakı disproporsiya aradan qaldırılmalıdır. Bu isə an-
caq  iki  yolla  ola  bilər.  Ya  təbiət  elmləri  sahəsində 
də eninə inkişaf üçün geniş meydan açılmalı,  ya  da 
humanitar  və  ictimai  elmlər  sahəsində  müəyyən  ix-
tisarlar getməlidir. Bu isə doktorantura və dissertan-
turaya  dövlət  sifarişinin  optimallaşdırılması  və 
koordinasiya  mərkəzlərinin  fəaliyyətinin  canlandı-
rılması sayəsində mümkündür.  
Biz müəlliflərin belə bir fikri ilə də razıyıq ki, 
hazırda  dövlət  sifarişi  cəmiyyətin  real  ehtiyaclarına 
və  elmin  öz  daxili  tələbatına  deyil,  daha  çox  dərə-
cədə  subyektiv  amillərə  istinadla  müəyyən  edilir. 
(Ali  məktəblərdə  ixtisasların  müəyyənləşdirilməsi 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 62 -
və  ixtisaslar  üzrə  tələbə  qəbulunun  planlaşdırılma-
sında olduğu kimi). Təhlil gözəldir, amma çıxarılan 
nəticə yaxşı ölçülüb-biçilməmişdir. Belə ki, məsələ-
ni  ictimai  elmləri  qurban  vermək  hesabına  həll  et-
mək olmaz. Müəlliflər yazır: “Nəticədə, sifariş döv-
lətin  maraqlarını  deyil,  müəyyən  ictimai  qrupların 
arzu-istəklərini  əks  etdirir  və  təsadüfi  adamların  el-
mi  dərəcə  almaları  üçün  imkanlar  yaradır.  Heç  bir 
xidməti  olmayan  insanların  yüksək  elmi  dərəcələrə 
yiyələnməsi  cəmiyyətdə  alim  nüfuzunu  aşağı  salır, 
mənəvi  aşınmalara  yol  açır”.  Çıxış  yolu  isə  belə 
göstərilir:  “Belə  hallara  ictimai-siyasi  və  humanitar 
elmlərdə daha çox təsadüf edildiyindən bu sahələrdə 
kadr  hazırlığına  dövlət  sifarişini  kəskin  azaltmaq 
lazımdır. İctimai-siyasi və humanitar elmlərə axının 
yüksək  olduğunu  nəzərə  alaraq  bu  sahələrdə  elmi 
kadr hazırlığının 80-90 faizini yüksək ödənişli əsas-
larla  aparmaq  daha  səmərəli  olardı.  Belə  tədbirlər 
nəticəsində  qənaət  olunmuş  vəsaitin  hamısı,  qaza-
nılmış  maliyyə  resurslarının  isə  böyük  hissəsi  ölkə 
üçün  strateji  əhəmiyyətli  istiqamətlərdə  elmi  kadr 
hazırlığına  yönəldilə  bilər”.  Lakin  bir  tərəfdən,  hu-
manitar-ictimai  elmlər  sahəsində  keyfiyyətin  aşağı 
olması faktı göstərilir, digər tərəfdən də, bu sahələrə 
daha  istedadlı  tədqiqatçıların  necə  cəlb  olunması 
barədə düşünmək əvəzinə, istedadların qarşısını kə-
sərək, ancaq pulu olanlara yaşıl işıq yandırmaq tək-
lif olunur. Bu, əlbəttə, yolverilməz bir haldır. Amma 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə