Səlahəddin Xəlilov


Elm ideologiya və dövlətçilik şüuru



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 71 -
sı  olmalıdır.  Dövlət  rəhbərliyi  tərəfindən  göstərilən 
bu  diqqət  və  istək  elm  adamlarının  özü  tərəfindən 
dəstəklənməli  və  bu  yöndə  alternativ  optimal  mo-
dellər  işlənib  hazırlanmalıdır.  Xüsusilə  dəqiq  elm-
lərlə  humanitar  və  ictimai  elmlərin  qarşılıqlı  müna-
sibəti  və  nisbəti  məsələləri  dövlət  maraqlarına  uy-
ğun surətdə həll edilməlidir.  
İndiki dövrdə – ölkəmizin elmdə və humanitar 
sahədə  dönüş  yaratmaq  əzmi  ortaya  qoyulduğu  bir 
vaxtda bu sahədə həyata keçirilməli olan vəzifələrin 
həlli  üçün  yüksək  riyazi  və  ya  fiziki  təfəkkür  bəs 
eləmir.  Bizdə  elmin  təşkilati  strukturunu  və  elmi 
islahatları  texnarlar  özləri  hazırlamağa  çalışırlar. 
Halbuki bir sistemin içərisinə girmiş olan adam,  nə 
qədər dahi olursa-olsun,  o sistemi bütöv halda görə 
bilməz,  heç  düzgün  təsəvvür  edə  də  bilməz;  bunun 
üçün həmin sistemdən kənara çıxmaq və ona kənar-
dan,  bütöv  bir  hadisə  kimi  baxmaq  tələb  olunur. 
Elm onun infrastrukturu ilə birlikdə, həm də ictimai 
həyatın,  dövlət  siyasətinin  tərkib  hissəsi  kimi  nə-
zərdən  keçirilməli,  bu  sahədə  hər  hansı  bir  addım 
fəlsəfi təfəkkür və ümumi cəmiyyətşünaslıq mövqe-
yindən atılmalıdır.    
Bir sözlə, elmdə islahatın özü də elmi metod-
larla  həyata  keçirilməlidir  və  bu  elmin  adı  –  elm-
ş
ünaslıqdır.  Bu  nisbətən  yeni  elm  sahəsi  isə  elmin 
sosiologiyası  və  elmin  menecmenti  ilə  birlikdə  fəl-
səfənin  bətnində  formalaşmış  və  ondan  hələ  tama-


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 72 -
milə  ayrılmamışdır.  Elmdə  aparılmalı  olan  böyük 
yenidənqurma  işləri  üçün  tələb  olunan  ikinci  və 
əslində bəlkə də birinci şərt isə dövlətçilik şüurudur 
ki,  o  da  yenə  fəlsəfi  təfəkkür  çərçivəsində  formala-
şır.  Yəni  müasir  şəraitdə  fəlsəfəyə  olan  ehtiyac  hər 
mənada  artmış,  onun  ictimai  həyatla  sıx  surətdə 
bağlı  olan  bəzi  sahələri  isə  xüsusi  aktuallıq  kəsb 
etmişdir.       
 
 
Elmə sosial sifariş 
 
Təbii  sərvətlər  tükənən  dəyərdir,  an-
caq  təhsil,  bilik,  elm  əbədi  olmaqla,  hər 
bir  ölkənin  gücləndirilməsinə  töhfə  verən 
amillərdir

İ
lham Əliyev 
 
Azərbaycanda  yeni  iqtisadi  münasibətlərə  ke-
çid  prosesinin  başa  çatması  bütövlükdə  ictimai  hə-
yatın elmi meyarlar baxımından yenidən dəyərləndi-
rilməsini tələb edir. Cəmiyyətşünas alimlərimiz qar-
şısında  nə  vaxtsa  Avropada  yaradılmış  və  Qərb  ic-
timai  gerçəkliyini  əks  etdirən  təlimlərin  cazibə  sa-
həsindən  çıxaraq  ən  müasir  gerçəkliyi  ehtiva  edən 
yeni  konsepsiyalar  yaratmaq  vəzifəsi  durur.  Və 
Azərbaycanın  ictimai  fəzasında  artıq  bir  canlanma 
müşahidə olunmaqdadır. Noyabr müşavirəsindən və 
akademik Ramiz Mehdiyevin “İctimai və humanitar 


Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 73 -
elmlər:  zaman  kontekstində  baxış”  mövzusunda 
analitik  məqaləsindən  sonra  bu  sahədə  çeşidli  mü-
zakirələr  gedir,  problemin  bu  və  ya  digər  aspektinə 
dair KİV-də tanınmış alimlərin çıxışlarına geniş yer 
verilir.  
Amma  maraqlıdır  ki,  hətta  bu  müzakirələrdə 
də  biz  öz  “ənənələrimizə”  sadiq  qalaraq  bu  və  ya 
digər  ictimai  bir  problemə  münasibət  məsələsində 
cari siyasət və konyuktur çərçivəsindən kənara çıxa 
bilmir, qoyulmuş konkret bir problemə analitik təh-
lildən  daha  çox,  aksioloji  aspektdə  yanaşır,  onun 
dərin  genetik,  qnoseoloji  və  ictimai  köklərini  araş-
dırmaq  əvəzinə,  sadəcə  deyilənləri  “təsdiq  etmək”, 
–  tərifləmək,  onlara  “dəstək  verməklə”  kifayətləni-
rik.  Halbuki,  noyabr  müşavirəsi  ictimai  və  huma-
nitar  elmlərə  sadəcə  münasibət  məsələsi  olmayıb, 
onların qarşısında konkret vəzifələr qoymuşdur. Cə-
miyyətin  hər  hansı  bir  sahəsindəki  nailiyyətlərə  və 
problemlərə  artıq  yeni  metodoloji  əsasda  yanaşıl-
ması  tələb  olunur.  Yəni  biz  bir,  tərəfdən  akademik 
R.Mehdiyevin  qaldırdığı  məsələlərin  aktuallığını 
qeyd  ediriksə,  onlara  dəstək  veririksə,  digər  tərəf-
dən,  öz  tədqiqatlarımızı  yeni  paradiqmanın  tələb-
lərinə uyğunlaşdıraraq ictimai proseslərin arxasında 
yox,  ön  cəbhəsində  getdiyimizi,  qabaqlayıcı  araş-
dırmalar  apardığımızı  sübuta  yetirməliyik.  Düzdür, 
belə  fundamental  tədqiqatların  mətbuatda  tezliklə 
üzə  çıxmasını  gözləmək  sadəlövhlük  olardı,  amma 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 74 -
ən  azı  bu  istiqamətdə  işlərin  getdiyinə  əmin  olmaq 
istərdik.  Təəssüflə  qeyd  etməliyəm  ki,  AMEA-nın 
ictimai elmlər sahəsində elmi-tədqiqat institutlarının 
illik  hesabatlarını  və  gələcək  “planlarını”  dinlədik-
dən  sonra  bu  məsələdə  olub-qalan  nikbin  gözlən-
tilərim də itib-getdi. 
Lakin  diqqəti  məsələnin  başqa  tərəfinə  də 
yönəltmək  olar.  İndi  müzakirələr  Ramiz  müəllimin 
yalnız adı çəkilən məqaləsi ətrafında gedir. Bundan 
bir qədər əvvəl isə R.Mehdiyev mətbuatda milli mə-
nəviyyatımızla  bağlı  olan  və  aktuallığına  görə  on-
dan  geri  qalmayan  başqa  məsələlər  qaldırmışdı. 
Ondan  da  əvvəl  fəlsəfi  fikrin  müasir  düşüncədə  ro-
lundan  bəhs  edən  fundamental  bir  məqalə  ilə  çıxış 
etmişdi ki, bunlar hamısı bir-biri ilə sıx surətdə bağ-
lıdır.  Biz  isə  bəzən  akademikin  hər  təzə  əsəri  çap 
olunanda,  sanki  əvvəlkiləri  unudur  və  bütün  prob-
lemlərimizə  ancaq  son  məqalənin  işığında  nəzər 
salmağa  çalışırıq.  Belə  münasibət  də  əslində  bizim 
fəlsəfi  düşüncədən  daha  çox,  operativ  publisistik 
düşüncəyə  meylli  olduğumuzu,  uzunmüddətli,  stra-
teji araşdırmalardan daha çox, impulsiv reaksiyalara 
üstünlük verdiyimizi  göstərir.   
İctimai  və  humanitar  elmlərin  qarşısında  du-
ran  vəzifələr  həddindən  artıq  çoxdur.  Müstəqillik 
elan  olunduqdan  üzü  bəri,  ictimai  proseslər  davam 
etsə  də,  sosial  elmlər  hələ  də  axtarışdadır.  Əlbəttə, 
axtarış  yaxşı  şeydir,  elmin  əsas  şərtlərindən  biridir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə