Səlahəddin Xəlilov


Elm ideologiya və dövlətçilik şüuru



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 75 -
Amma bizdə axtarış hələ ki, özünü axtarmaq səviy-
yəsindədir.  Sovet  dövründə  özünüdərkə  xidmət 
edən metodologiyadan total surətdə imtina olunduq-
dan  sonra  ictimai  elmlər  özünü  hələ  də  tapa  bil-
məmiş,  stabil  bir    məcraya  düşməmişdir;  o  hələ  də 
öz predmetini və funksiyalarını “təzələməklə” məş-
ğuldur. 
Metodologiya  məsələsi,  əlbəttə,  böyük  məsə-
lədir,  strateji  sahədir.  Amma  əvvəlcə  nədən  başla-
maq lazım olduğunu müəyyənləşdirməliyik.  
Məncə, hazırda ictimai elm nümayəndələrinin 
qarşısında  duran  yaxın  və  uzaq  vəzifələr  fərqləndi-
rilməlidir.  
Cari vəzifələr üç istiqamətdə qruplaşdırıla bilər: 
Birincisi, akademik Ramiz Mehdiyevin ancaq 
axırıncı məqaləsindən deyil, son illərdə çap etdirdiyi 
və yeni ictimai gerçəkliyin elmi-nəzəri tədqiqi üçün 
metodoloji baza rolunu oynaya biləcək əsərlərini bir 
sistem  halında  nəzərdən  keçirmək,  bu  əsərlərdə 
onun  rəhbər  tutduğu  vahid  ideya  xəttini  müxtəlif 
sahələrə ekstrapolyasiya etmək və həmin metodoloji 
əsasda yeni məsələlər ortaya qoymaq.  
İ
kincisi, akademik Ramiz Mehdiyevin əsərləri 
bütün  sonrakı  tədqiqatlar  üçün  təkcə  metodoloji 
baza  yox, həm də bir stimul, ilk qığılcım olmalıdır. 
Yəni onun müzakirələri, indi olduğu kimi, artıq qo-
yulmuş  problemlərin  sadəcə  təsdiqi  və  genişləndi-
rilməsi  ilə  məhdudlaşmamalıdır;  biz  bu  sahədə 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 76 -
yazarkən  işimizi  yalnız  R.Mehdiyevə  istinad  etmək 
formasında qurmayaraq, başqa ölkələrdə bu səpkidə 
aparılan  tədqiqatlara  da  nəzər  salmalı,  öz  aramızda 
da  polemikaya  girməli,  bir-birimizin  qaldırdığı  mə-
sələlərə  də  münasibət  bildirməli,  sözün  həqiqi  mə-
nasında  geniş  və  hərtərəfli  fikir  mübadiləsi  apar-
maqla, akademikin irəli sürdüyü ideyaları böyük bir 
zəncirvarı reaksiyanın təməl daşına çevirməliyik.  
Üçüncüsü,  artıq  yeni  paradiqmaya  və  yeni 
metodoloji  əsaslara  söykənən  ilk  fundamental  təd-
qiqat işləri ortaya çıxmalıdır ki, onları nümunə kimi 
göstərmək  mümkün  olsun.  Yəni  gənc  tədqiqatçılar 
üçün müəyyən bir cığır açılmalıdır.  
Nisbətən  uzunmüddətli  tədqiqat  tələb  edən 
məsələlər isə aşağıdakılardan ibarətdir:  
Birincisi,  müasir  dövrdə  ölkəmizdə  formalaş-
mış olan ictimai gerçəkliyi, Azərbaycan iqtisadi mo-
delinin  özünəməxsus  xüsusiyyətlərini  öyrənmək  və 
onun sosioloji təhlilini vermək.  
İ
kincisi, keçid dövrü başa çatdırıldıqdan sonra 
qarşıda  duran  perspektiv  vəzifələri  müəyyənləşdir-
mək  və  strateji  inkişaf  proqramlarının  hazırlanması 
üçün elmi tövsiyələr irəli sürmək.  
Üçüncüsü, yeni ideoloji kursun müəyyən edil-
məsi, ictimai şüurun  yenidən formalaşan sosial ide-
alın  tələblərinə  uyğun  surətdə  yönəldilməsi,  təhsil 
sisteminin,  habelə  KİV-in  fəaliyyət  proqramlarının 


Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 77 -
strateji  hədəflərə  uyğunlaşdırılması,  bütün  bu  sa-
hələrdə geniş miqyaslı maarifçilik işinə başlanması.  
Dördüncüsü,  siyasi  və  hüquqi  mədəniyyətin 
formalaşdırılması,  milli-fəlsəfi  fikir  ənənələri  ilə 
müasir  Qərb  fəlsəfəsinin  sintezindən  çıxış  etməklə 
ictimai  və  humanitar  fəaliyyət  sahələri  üçün  meto-
doloji baza yaratmaq.  
Bütün  bu  şərtlərin  ödənməsi  üçün  isə  öncə 
fəlsəfi dünyagörüşü ilə ictimai elmlərin konkret mə-
sələləri  arasında  əks-əlaqə  sistemi  yaradılmalıdır. 
Digər  tərəfdən  də,  cəmiyyətşünas  alimlərin  müvəq-
qəti  yox,  müntəzəm  tribunası  olmalıdır.  Televiziya 
kanallarının bu məsələyə ayda-ildə bir dəfə yer ver-
məsi  ilə  ictimai  rəyin  formalaşdırılması  mümkün 
deyil. Nəzərə alınmalıdır ki, təbiət elmlərindən fərq-
li olaraq sosial elmlər ictimai şüurla sıx surətdə bağ-
lıdır. Yəni elmi tədqiqatlarla elmi-publisistik fəaliy-
yət paralel getməlidir.  
Təəssüfləndirici haldır ki, elm adamlarının öz 
analitik  yazılarını  operativ  şəkildə  çap  etdirməyə 
qəzet və jurnalları  yoxdur. O boyda AMEA-nın or-
qanı heç həftədə bir dəfə də çıxmır. İldə bir-iki dəfə 
çıxan  və  ya  çıxmayan  jurnallar  da  təbii  ki,  belə 
aktual  problemlərin  işıqlandırılmasına  imkan  ver-
mir; məqalə işıq üzü görənə qədər aktuallığı itir. Di-
gər  tərəfdən  bu  sahədə  yazılan  işlər  sadəcə  disser-
tasiya  müdafiəsi  üçün  olmayıb,  ictimai  praktikada 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 78 -
tətbiq  üçün  nəzərdə  tutulursa,  deməli  yenə  də  ope-
rativliyə böyük ehtiyac var.  
Bəs  onda  necə  olsun?  Biz  elə  “Azərbaycan” 
qəzetinəmi  ümid  bəsləməliyik?  Axı,  bu  qəzet  Aka-
demiyanın yox, Milli Məclisin orqanıdır və sırf elmi 
yazılar  çap  edə  bilməz.  Akademikin  məqaləsinə  ilk 
reaksiyanın da məhz Milli Məclis üzvləri tərəfindən 
verilməsi  təsadüfi  deyil.  Çünki  onların  ictimai-si-
yasi  hadisələrə  və  ictimai  şüura  operativ  müdaxilə 
etmək  vərdişləri  var.  Bəs  AMEA-da,  Dövlət  İdarə-
çilik  Akademiyasında,  BDU-nun  müvafiq  fakültə-
lərində və digər elm-təhsil müəssisələrində məskun-
laşmış  və əsas vəzifəsi ictimai elmlərin inkişaf etdi-
rilməsindən  ibarət  olan  alimlər  ordusu  necə,  –  bu 
çağırışa operativ cavab verə bilirlərmi? Heç olmaz-
sa, hər hansı bir hərəkət hiss olunurmu?  
Axı,  yeni  paradiqmanı  əvvəlkindən  fərqləndi-
rən əsas xüsusiyyətlərdən biri də siyasi tərəfkeşliyin 
operativ  surətdə  nümayiş  etdirilməsindən  tədricən 
ciddi  elmi  araşdırmalara,  bu  araşdırmaların  müntə-
zəm və dayanıqlı bir prosesə çevrilməsinə, müvafiq 
elmi-tədqiqat  institutlarının  və  qurumlarının  bütün 
potensialının  səfərbər  olunaraq  real  ictimai  proses-
lərin elmi proqnozuna yönəldilməsindən ibarətdir.  
Bizdə tək-tək şəxslər hər hansı bir sahədə xü-
susi  fəhm  və  istedad  nümayiş  etdirə  bildiyi  kimi, 
elmdə də tədqiqatçı fərdlər bəzən çox yüksək nətic-
ələr göstərə bilirlər. Yəni bizim fərdi-genetik poten-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə