Səlahəddin Xəlilov


Elm ideologiya və dövlətçilik şüuru



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 79 -
sialla  problemimiz  yoxdur.  Necə  ki,  şahmatda,  gü-
ləşdə uğur qazana bildiyimiz halda, kollektiv oyun-
larda buna nail ola bilmirik, eləcə də elmi məktəblər 
yaradılması, bütöv institutların kollektiv elmi fəaliy-
yətinin təşkili çətin olur. 
Bununla  belə,  indi  ölkəmiz  elə  bir  inkişaf  sə-
viyyəsinə  çatmışdır  ki,  humanitar  və  ictimai  elmlə-
rin,  ümumiyyətlə  elm  sisteminin  hərəkətə  gəlməsi, 
ideya  cəbhəsində  önə  keçməsi  və  öz  öncül  yerini 
tutması  ciddi  bir  ictimai  zərurətə  çevrilmişdir.  İcti-
mai inkişaf özü bunu bizdən tələb edir. 
Bəs ictimai gerçəklikdə baş verən mühüm ye-
niliklər  nədən  ibarətdir?  Təkcə  Azərbaycan  miqya-
sında  deyil,  bütün  dünyada  gedən  bir  sıra  yeni  ma-
hiyyətli  ictimai-siyasi  və  iqtisadi-texnoloji  məsələ-
lərə,  habelə  məhz  Azərbaycanın  bu  qlobal  proses-
lərdə spesifik mövqeyinə dair fikirlərimi mən “Yeni 
dövrün  yeni  lideri”  adlı  məqaləmdə  (“Xalq  qəzeti”, 
24  dekabr,  2009-cu  il)  ifadə  etmişəm.  İndi  isə  diq-
qəti  ictimai-siyasi  gerçəklikdə  yaranmış  vəziyyətin 
başqa  bir  cəhətinə  yönəltmək  istərdim.  Müstəqil-
liyin ilk illərindən başlayaraq müəyyən səbəblərdən 
cəmiyyətin  həddən  artıq  siyasiləşməsi,  iqtidar  və 
müxalifət  arasında  kəskin  qarşıdurmalar,  müxalifə-
tin rasional tənqidi mövqedən deyil, total inkarçılıq 
mövqeyindən  çıxış  etməsi  və  iqtidaryönlü  qüvvə-
lərin  də  özünütənqiddən  daha  çox,  özünümüdafiə 
mövqeyində  durmaq  məcburiyyəti  analitik  təhlil  və 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 80 -
hərtərəfli  yanaşma  üçün  bir  o  qədər  də  əlverişli  ol-
mayan  mühit  yaratmışdı.  İndi  isə  dövlətin  neçə 
illərdir apardığı məqsədyönlü siyasət artıq öz bəhrə-
lərini verdiyinə görə və müxalifətin ictimai fikri əks 
istiqamətə  yönəltmək  təşəbbüsləri  iflasa  uğradığına 
görə,  cəmiyyətdəki  siyasi  qarşıdurma  əhval-ruhiy-
yəsi  tamamilə  aradan  götürülmüşdür  ki,  bu  da  iqti-
dara öz mövqelərini tənqidi-təhlil süzgəcindən keçi-
rərək  daha  rahat  surətdə  analitik  təhlillər  aparmaq 
və  ictimai  şüuru  tədricən  siyasi  fikir  müstəvisindən 
elmi  fikir  müstəvisinə  keçirmək  imkanı  vermişdir. 
Yeri  gəlmişkən,  bu  cəhət  akademik  Ramiz  Mehdi-
yevin  son  məqalələrindəki  tənqidi  ruhdan  da  aydın 
görünür. Belə ki, ictimai şüurun strukturunda siyasi 
nihilizmlə  siyasi  təbliğatçılıq  arasındakı  antaqoniz-
min  öz  yerini  tədricən  obyektiv  elmi  təhlil  və  özü-
nütənqidə  verməsi  prosesinin  artıq  başlandığı  sezi-
lir.  Bu  isə  ictimai  elmlərə  sosial  sifarişin  formalaş-
masından  xəbər  verir.  Akademik  Ramiz  Mehdiyev 
özü  də  yaranmış  ictimai-siyasi  situasiyanı  məhz  bu 
baxımdan  dəyərləndirir:  “Əgər  dövlət  müstəqilliyi-
mizin bərpasının ilk illərində ictimai elmlərin nüma-
yəndələri arasında müəyyən qütbləşmə mövcud idi-
sə, bu gün cəmiyyətimiz öz inkişafının elə bir mər-
hələsinə çatıb ki, baş vermiş sosial-iqtisadi dəyişik-
likləri  bütünlüklə  və  geniş  miqyasda  dərk  etmək 


Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 81 -
üçün hər cür imkan vardır. Əslində, bu yaşadığımız 
tarixi anın mahiyyətini və məzmununu təşkil edir”.
1
  
Baxmayaraq  ki,  bu  sahədə  ilk  addım  yüksək 
dövlət rəsmisi tərəfindən atılmışdır, biz bu hadisəni 
dövlət  sifarişi  kimi  yox,  məhz  sosial  sifariş  kimi 
dəyərləndirməyin tərəfdarıyıq. Əslində Ramiz Meh-
diyev  özü  də  bu  yazılarında  bir  dövlət  rəsmisi  ol-
maqla  yanaşı,  həm  də  və  bəlkə  daha  çox  dərəcədə 
bir filosof, tədqiqatçı alim kimi çıxış edir. 
 
 
Fəlsəfə və ictimai elmlər 
 
Marksist-leninçi fəlsəfədən imtina etdikdən və 
müstəqilliyimizin  açdığı  imkandan  istifadə  edərək 
milli fəlsəfi fikrimizi bərpa etmək, yaşatmaq imkanı 
qazandıqdan sonra bu sahədə bir axtarış dövrü baş-
lansa da, aşkar bir nəticə hələ də ortada yoxdur. Bə-
ziləri orta əsrlər dövrünün fəlsəfi mənbələrinə qayıt-
mağı,  islam  fəlsəfəsinə  istinad  etməyi,  bəziləri  də, 
əksinə,  müasir  Qərb  fəlsəfi  cərəyanları  bazasında 
yeni  fəlsəfi  sistemlərin  transfer  olunmasını  təklif 
edirlər.  Yəni  yeni  fəlsəfi  təlim  olaraq  ya  klassik 
Şərq (İslam), ya da müasir Qərb modelləri örnək ki-
mi  götürülür.  Lakin  əslində  bunların  heç  biri  milli-
                                                 
1
 Mehdiyev R. İctimai və humanitar elmlər: zaman kontek-
stində baxış. Fəlsəfə və sosial-siyasi elmlər jurnalı. Bakı,  
2009, № 4. s.20.  


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 82 -
fəlsəfi  fikrin  formalaşması  üçün  əsas  kimi  götürülə 
bilməz.  Əlbəttə,  bu  təlimlər  də  öyrənilməli,  onlar-
dan  istifadə  olunmalıdır.  Lakin  bizim  tədris  və 
təbliğ  etməli  olduğumuz  fəlsəfə  ilk  növbədə  milli 
ruh  və  düşüncə  üzərində  qurulmalıdır.  Milli  ruh  bu 
gün və ya dünən  yaranmayaraq, qədim köklərə ma-
likdir. Onun ən böyük daşıyıcısı dildir. Adət-ənənə-
lərimiz,  əxlaqi  dəyərlərimiz,  bədii-estetik  meyarla-
rımız  da  milli  ruhun  əsas  ifadəçiləridir.  Bu  mənada 
milli  fəlsəfi  fikrimizin  qaynaqları  ilk  növbədə  folk-
lor, ədəbiyyat, musiqi və digər sənət növlərində, ha-
belə həyat tərzində, dildə yatan hikmətdə axtarılma-
lıdır. 
Rəsmi fəlsəfə professorlarının artıq vərdiş qa-
zandıqları  qəliblərdən  çıxaraq  milli  ruhun  ifadəsi 
olan  yeni  fəlsəfi  sistem  yaratmaq  imkanları  çox 
məhduddur.  Ona  görə  də,  milli  fəlsəfi  fikrin  təmə-
lində  daha  çox  dərəcədə  rəsmi  fəlsəfənin  stereotip-
lərini mənimsəməmiş olan insanların içdən gələn və 
buna görə də milli ruhla daha yaxşı səsləşən düşün-
cələri və mənəvi-ruhani etirafları durmalıdır.  
İş  burasındadır  ki,  uzun  müddət  ictimai 
şüurun  formaları  kimi  və  insanın  ruhi-intellektual 
fəaliyyət  sahələri  kimi  mövcud  olan  din,  fəlsəfə  və 
ədəbiyyat  zaman  keçdikcə  həm  üfüqi,  həm  vertikal 
istiqamətdə  diferensiallaşmış,  yeni  alt  sistemlər  ya-
ranmışdır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə