Səlahəddin Xəlilov


Elm ideologiya və dövlətçilik şüuru



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 83 -
Əlbəttə,  müasir  ictimai  şüurun  formaları  sıra-
sında  fəlsəfi,  dini  və  ədəbi-bədii  şüurla  yanaşı,  əx-
laqi  şüur,  estetik  şüur,  iqtisadi,  siyasi  və  hüquqi 
şüur, son zamanlar hətta ekoloji şüur və s. də xüsusi 
qeyd  edilir.  Məntiqi  və  tarixi  şüur  isə  çox  vaxt  ic-
timai  şüurun  formaları  kimi  deyil,  metodları  kimi 
təqdim olunur. Bunlar hamısı, bir tərəfdən, adi şüu-
run  strukturuna  daxil  olaraq  həm  də  mədəniyyətin 
sahələri  kimi  mövcuddur,  digər  tərəfdən  də  bu 
sahələrin  hamısı  kortəbiilik  məcrasından  ayrılaraq 
xüsusi  tədqiqat  predmetinə  çevrilmiş,  bəziləri  özü-
nüdərk,  bəziləri  də  kənardan  dərk  mərhələsini  ke-
çərək  mədəniyyətlə  yanaşı,  elmin  strukturunda  da 
özünə  yer  edə  bilmişlər.  Onların  empirik  və  ya  nə-
zəri  idrak  səviyyəsində  mənimsənilməsindən  asılı 
olaraq  vertikal  koordinat  oxunda  daha  yüksək  mər-
təbələr,  əslində  fərqli  statuslu  hadisələr  meydana 
gəlmişdir.  
Biz bilərəkdən elmi ictimai şüur formaları ara-
sında qeyd etmədik. Çünki elm, sadalanan sahələrlə 
yanaşı  duran  bir  sahə  olmayıb,  hər  bir  sahənin  ver-
tikalında  fərqli  bir  mərtəbə  təşkil  edir.  Həmin  sahə 
özünü  artıq  sadəcə  ictimai  şüur  səviyyəsində  deyil, 
ancaq  intellektual  elitaya  məxsus  olan  yüksək  bir 
mərtəbədə  –  dərk  olunmuş  bir  hadisə  kimi  tapmış 
olur.  Nəticədə  din  haqqında  elm,  əxlaq  haqqında 
elm,  ədəbiyyat  haqqında  elm,  sənət  haqqında  elm, 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 84 -
siyasət  haqqında  elm,  hüquq  haqqında  elm  forma-
laşır.  
İctimai  tərəqqinin  ilk  mərhələsi  iqtisadi  təmi-
natla  bağlıdırsa,  daha  yüksək  inkişaf  mərhələsində 
mənəvi ehtiyacların ödənilməsi önə keçir.  
Yəqin  buna  görədir  ki,  son  vaxtlar  ölkəmizdə 
fəlsəfəyə diqqətin xeyli dərəcədə artdığı hiss olunur. 
Fəlsəfəyə  münasibətin  aktuallaşması  akademik  Ra-
miz  Mehdiyevin  Azərbaycanda  fəlsəfi  fikrin  vəziy-
yətinə  öz  münasibətini  bildirməsindən  başladı. 
Onun «Zaman haqqında düşünərkən və elitanı trans-
formasiya  edərkən:  varislik  və  innovasiyalılıq»  adlı 
iri  həcmli  məqaləsində
 
qoyduğu  bir  sıra  məsələlər 
bütün elmi ictimaiyyəti bu barədə düşünməyə vadar 
etdi. Bu sahədə ikinci mühüm addım keçən il mayın 
2-də  akademik  Ramiz  Mehdiyevin  rəhbərlik  etdiyi 
Azərbaycan  Fəlsəfə  və  Sosial-Siyasi  Elmlər  Asso-
siasiyasının  (AFSEA)  keçirdiyi  «Müasir  dünyada 
yeni düşüncəyə ümumi baxış» mövzusunda beynəl-
xalq elmi-fəlsəfi konfrans oldu. Konfrans geniş icti-
maiyyətin  diqqətini  bir  daha  ölkəmizdə  fəlsəfənin 
öyrənilməsi,  tədrisi  və  təbliği  problemlərinə  yö-
nəltdi.  Tədbirin  iştirakçıları  Azərbaycan  Respubli-
kasının  Prezident  Administrasiyasının  rəhbəri, 
AFSEA-nın  prezidenti  akademik  Ramiz  Mehdiye-
vin  qoyduğu  proqram  xarakterli  məsələləri  müza-
kirə edərkən fəlsəfənin tədrisi ilə bağlı bir sıra prob-
lemlərə  də  toxundular.  Dövlət  rəhbərliyinin  elmi-


Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 85 -
fəlsəfi ictimaiyyəti narahat edən bu məsələlərə reak-
siyası  uzun  sürmədi.  Universitet  rektorlarına  tapşı-
rıldı  ki,  fəlsəfi  fənlərin  tədrisində  vəziyyət  barədə 
təcili  surətdə  məlumat  hazırlansın.  Fəlsəfə  və  icti-
mai  elmlərin  tədrisində  vəziyyət  məsələsi  nəzarətə 
götürüldü.  
May  ayının 5-də isə akademik Ramiz Mehdi-
yevin  «Qlobal  inteqrasiya  və  Azərbaycanda  fəlsəfi 
fikrin yenidən nəzərdən keçirilməsinə dair» sanballı 
məqaləsi  dərc  olundu  və  burada  fəlsəfi  fikirlə  ya-
naşı, ona münasibətin də dəyişməsinə olan ehtiyac-
dan  söhbət  açıldı.  Akademik  öz  məqaləsində  xüsu-
silə  vurğulamışdır  ki,  «ölkəmizdə  fəlsəfi  fikrin  in-
diki  inkişaf  səviyyəsi  qənaətbəxş  hesab  oluna  bil-
məz.  Belə  ki,  ictimai  həyatımızın  müxtəlif  sahələ-
rində əldə olunmuş böyük uğurlar və sürətli tərəqqi 
kontekstində  fəlsəfi  araşdırmaların  səviyyəsi  xeyli 
zəif  görünür.  Bəzən  fəlsəfi  fikir  reallığın  önündə 
getmək əvəzinə, ondan geri qalır, hadisələr nəzəriy-
yəni önləyir və bu sahədə yazılanlar çox vaxt təsviri 
xarakter daşıyır. Proseslərə münasibətdə belə bir di-
namizm  tələb  olunan  dövrdə  hələlik  sosial,  siyasi, 
iqtisadi sahələrdə intensiv inkişafın xüsusiyyətlərinə 
uyğun,  yalnız  nəzəri  deyil,  həm  də  praqmatik  yö-
nümlü proqram və konsepsiyalar mövcud deyildir». 
Bu  konsepsiyaların  yaradılması  üçün  tək-tək  tanın-
mış mütəxəssislərin fəal səyləri yetərli deyil. Bunun 
üçün  fəlsəfi  elmlər  sahəsində  ölkəmizin  bütün  kadr 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 86 -
potensialının  səfərbər  olunması  nəzərdə  tutulur. 
R.Mehdiyev  yazır:  «Azərbaycan  dünyada  gedən  si-
yasi  və  iqtisadi  proseslərdə  fəal  mövqe  tutduğu 
kimi,  alimlərimiz  yeni  əsrin  ideya-fəlsəfi  paradiq-
masının  formalaşmasında  da  fəal  iştirak  etməlidir-
lər. …Bütövlükdə ictimai elmin nüfuz və statusunu 
qaldıran, onu dünyada tanıda bilən tədqiqatlar orta-
ya qoyulmalıdır». 
1
   
Bu  xətt  noyabr  müşavirəsində  də  davam  et-
dirildi.  Biz  fəlsəfi  fənlərə  dövlət  qayğısının  təzahü-
rünü  son  vaxtlar  kütləvi  informasiya  vasitələrinin 
münasibətində də hiss etdik. Deməli, necə deyərlər, 
yuxarılar  öz  üzərinə  düşəni  etdi,  indi  növbə  bi-
zimdir.  
Biz  sovet  dövrünə  tam  nihilist  bir  münasibət 
bəsləməyin  əleyhinəyik.  Rusiyanın  fəlsəfəçiləri  də 
bizim kimi kommunist ideologiyası ilə hesablaşmaq 
məcburiyyətində  idilər.  Amma  onların  arasından 
Losev,  İlenkov,  Zinovyev,  Mamardaşvili,  Styopin 
kimi  yaradıcı  tədqiqatçılar  da  çıxmadımı?  Həm  də 
Zinovyev  istisna  olmaqla,  onların  heç  biri  açıq  
antisovet  çıxışları  etməmişdir.  Lakin  bununla  belə 
yazdıqlarının  məzmununa  görə  onların  əsərləri 
ümumbəşəri  fəlsəfi  fikir  tarixində  özünə  yer  ala 
bilmişdir.  Onların  yaradıcılığında  biz  ideoloji  mə-
                                                 
1
 Mehdiyev  R.  Qlobal  inteqrasiya  və  Azərbaycanda  fəlsəfi 
fikrin  yenidən  nəzərdən  keçirilməsinə  dair.  Fəlsəfə  və  sosial-
siyasi elmlər jurnalı. Bakı, 2009, № 2, s. 66. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə