Səlahəddin Xəlilov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

 
 
 
 
 
 
 
 
ELM VƏ TƏHSİL 
 
                                         
Bütün elmlərin 
bünövrəsi təhsillə qoyulur. 
Ə
bu Turxan 
 
Bir  elmşünas  kimi,  bilavasitə  elm  və  təhsilin 
öyrənilməsi ilə məşğul olan tədqiqatçı olaraq  və  bu 
iki  fəaliyyət  sahəsinin  ümumi  və  fərqli  cəhətlərini 
müqayisə etməklə, mən həmişə dövlətimizin elm və 
təhsil  sahəsindəki  siyasətinin  vahid  konsepsiyaya 
əsaslanması zərurətindən çıxış etmişəm. Elm və təh-
sil haqqında qanunlar ayrı-ayrı olsalar da, onlar əv-
vəlcə  birlikdə,  vahid  sistemin  tərkib  hissələri  kimi 
nəzərdən keçirilməli və yalnız bundan sonra onların 
nisbi  müstəqil  mövcudluq  qaydaları  hüquqi  müstə-
vidə təsbit olunmalıdır, spesifik hüquqi tənzimləmə 
sistemləri yaradılmalıdır.  
Biz,  vahid  elm  və  təhsil    konsepsiyasından 
çıxış  etmək  zərurətini  qeyd  edərkən,  heç  də  bu  iki 
sahənin  həddindən  artıq  yaxın  olduğunu  nəzərə 
çarpdırmaq  fikrində  deyilik.  Əksinə,  məqsəd  bu  iki 
sahə  arasındakı  fərqlərin  nəzərə  alınmasıdır.  Belə 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 116 -
ki,  elm  və  təhsilin  mahiyyətlərinin  çox  vaxt  qarışıq 
salınması nəticəsində bu barədəki qanunlar da, necə 
deyərlər,  bir-birini  əhatə  dairələrinə  təcavüz  edir, 
özünə  aid  olmayan  məsələlərin  hüquqi  tənzimlən-
məsi iddiası ilə çıxış edir.  
 
 
Təhsil müəssisəsində elmi fəaliyyət  
 
Müasir təhsilin məzmununu əsasən elmi bilik-
lər təşkil edir. Əlbəttə, hər bir insana adi məişət bi-
likləri, əməli bilik və vərdişlər də lazımdır. Lakin bu 
bilik və vərdişlərin çoxu ailədə öyrədilir. Məktəb isə 
daha  çox  dərəcədə  nəzəri  biliklərin  sahələr  üzrə  və 
sistemli şəkildə öyrədilməsinə üstünlük verir.  
Bəzən  elə  olur  ki,  insanın  gələcək  həyat  və 
fəaliyyətində lazım olan bilik və vərdişlərin bir qis-
mi nə ailədə, nə də məktəbdə mənimsədilmir. İnsan 
bunları müstəqil surətdə öyrənməli olur.  
Məktəbə  gedənlərin  heç  də  hamısı  gələcəkdə 
alim olmur. Əksinə, özünü elmə həsr edənlərin nisbi 
sayı  çox  az  olur.  Bəs  nəyə  görə  müasir  məktəb  nə-
zəri biliklərin öyrədilməsinə üstünlük verir?  
Müasir  dövrdə  bütün  ixtisas  sahələri  eyni  də-
rəcədə diferensiallaşmışdır. Və əməli fəaliyyət sahə-
lərinin  çoxunda  müvafiq  elmi-nəzəri  biliklər  tələb 
olunur.  Yəni  elm  həyatın  bütün  sahələrinə  nüfuz 


Elm və təhsil 
 
 
- 117 -
etmişdir. Görünür, təhsilin məzmununda elmi bilik-
lərə üstünlük verilməsi də əsasən bununla bağlıdır. 
Digər tərəfdən, məgər oxumaqla, savad almaq-
la, çox bilməklə alim olmaq mümkündürmü? Elə bu 
cür yanaşıldığına görə deyilmi ki, dissertasiyalar əsa-
sən  müəyyən  mövzu  üzrə  hazırlanmış  icmallardan 
ibarət  olur.  Axı,  elmi  fəaliyyət  yaradıcı  bir  işdir  və 
yeni  elmi  biliklər  əldə  olunmasına  yönəldilmişdir. 
Təhsil isə artıq məlum olan biliklərin mənimsənilmə-
si  prosesidir.  Bu  başqa  məsələ  ki,  yaxşı  qurulmuş 
təhsil prosesi  yaradıcı təfəkkürü də inkişaf  etdirir  və 
gənclər  hələ  tələbə  ikən  elmi  fəaliyyət  mühitinə  uy-
ğunlaşdırılırlar.  
Lakin  təhsilin  məqsədi  alim  hazırlamaq  deyil. 
Təhsil bütün sahələr üzrə ictimai tələbata uyğun mü-
təxəssislər yetişdirmək üçündür. Ona görə də Qərbdə 
ali  təhsil  müvafiq  ixtisas  üzrə  praktik  fəaliyyətlə  sıx 
surətdə  bağlı  olur.  Biz  isə  elə  yalnız  bilik  öyrətmək 
və tələbələrin başını lazımlı-lazımsız informasiya ilə 
doldurmaqla məşğuluq. Təbii ki, testlər də elə məlu-
matlılıq dərəcəsinin yoxlanmasına uyğun hazırlanır. 
Bəs elmi biliyin əsaslarını öyrədən müəllimlər 
ümumiyyətlə  elm  haqqında,  onun  mahiyyəti  və 
funksiyaları, praktik əhəmiyyəti haqqında nə bilir və 
tələbələrə  bunu  necə  izah  edirlər?  Bir  sözlə,  elm 
nədir və onun məqsədi nədən ibarətdir? 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 118 -
İncəsənətin məqsədi insanın emosional-mənə-
vi  dünyasını  zənginləşdirmək,  onu  daha  saf,  daha 
təmiz etmək – onun mənəvi imkanlarını artırmaqdır. 
Elmin məqsədi isə insanın intellektual dünya-
sını  zənginləşdirmək,  onu  daha  məlumatlı,  daha  bi-
likli  etmək  və  bu  biliyin  qüvvəyə  çevrilməsi  sayə-
sində onun imkanlarını artırmaqdır. 
Elmi biliyin maddi qüvvəyə çevrilməsi təbiət-
lə mübarizədə insanı daha güclü edir. Lakin insanın 
maddi  gücü-qüdrəti  artdıqca  bu  gücü  düzgün  yö-
nəldə  bilmək  üçün  onun  mənəvi  kamillik  səviyyəsi 
də  artmalıdır.  Zira  elm  əhli  olmaq,  hələ  kamal  əhli 
olmaq  deyil.  Kamalın  qələbəsi  üçün  yüksək  elmi-
texniki səviyyə ona uyğun gələn yüksək mənəvi-əx-
laqi səviyyə ilə tamamlanmalıdır.  
Təhsil  müəssisələrində  elmi  fəaliyyətin  spesi-
fikasını  aydınlaşdırmaq  və  optimal  təşkilati  struk-
turlar  və  prinsiplər  müəyyənləşdirmək  üçün  bir  tə-
rəfdən, təhsil və elmin mahiyyəti, digər tərəfdən isə, 
inkişaf  etmiş  ölkələrdə  bu  sahədə  yüz  illər  boyu 
əldə olunmuş təcrübə nəzərə alınmalıdır.  
İstər  yaradıcı  təfəkkür  aşılayan  tədris  prosesi, 
istərsə  də  həqiqətin  üzə  çıxarılmasına,  yeni  biliklər 
əldə edilməsinə yönəldilmiş tədqiqat prosesi (funda-
mental  elmlər)  eyni  idraki  mexanizmə  əsaslanır. 
Deməli,  bu  sahələrin  ən  optimal  təşkilati  strukturu 
yalnız  onların  vahid  prosesə  çevrilməsi  şəraitində 
təmin edilə bilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə