Səlahəddin Xəlilov


Elm ideologiya və dövlətçilik şüuru



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 99 -
siyasi təlimlər Azərbaycanda necə yayılır və kütləvi 
şüura nə dərəcədə nüfuz edir? Əgər bu belə deyilsə, 
onda  müstəqil  surətdə  formalaşan  milli  ideologiya 
və onun tərkib hissəsi olan milli dövlətçilik konsep-
siyası ilə Qərb hüquq sistemi arasında bir ziddiyyət 
yaranmırmı? Yeni ölkəyə transfer edildikdə bu zid-
diyyət daha qabarıq şəkildə üzə çıxmırmı?  
Daxili  inkişaf  meylləri  və  xarici  təsirlər  ara-
sında  belə  mürəkkəb  münasibətlərin  olması  Azər-
baycanın dövlətçilik siyasətində nə dərəcədə nəzərə 
alınır?  
Bütün  bu  suallara  cavab  tapılması  üçün  icti-
mai  elmlər  sahəsində  köklü  dönüş  yaradılmalıdır. 
Akademik Ramiz Mehdiyev də noyabr müşavirəsin-
də və “İctimai və humanitar elmlər: zaman konteks-
tində  baxış”  mövzusunda  yazdığı  analitik  məqalə-
sində  cəmiyyətşünas  alimlərə  məhz  bu  yenilikləri 
nəzərə  almağı  və  öz  tədqiqatlarını  yeni  metodoloji 
əsasda  qurmalarını  tövsiyə  edir.  O,  öz  məqaləsində 
əsasən ictimai və humanitar elmlərdən bəhs edir və 
bu  sahələrdəki  mövcud  vəziyyətin  qənaətləndirici 
olmadığını  qeyd  edir.  Lakin  məqaləni  diqqətlə 
oxuduqda  burada  həm  də  ümumiyyətlə  humanitar 
sahədən söhbət getdiyi aydın olur. Məsələn, ədəbiy-
yatımızdakı  vəziyyətlə  bağlı  fikirləri  onun  artıq 
«humanitar  elm»  çərçivəsindən  çıxaraq,  vəziyyətə 
daha geniş planda nəzər saldığını göstərir. Bu geniş 
planda  baxışlara  biz  akademikin  bundan  bir  qədər 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 100 -
əvvəl televiziya kanallarında ideoloji və mənəvi və-
ziyyətlə  bağlı  yazdığı  “Azərbaycanın  efir  məkanı: 
problemlər  və  vəzifələr”  adlı  məqaləsində,  habelə 
AzərTAc-ın müxbiri ilə söhbətində (18 dekabr) rast 
gəlirik.  O  deyir:  «Artıq  müasir  dünyamız,  Azərbay-
can  da  daxil  olmaqla,  postmodern  epoxasını  ya-
ş
amağa  başlayıb.  İyirmi  ilə  yaxındır  ki,  bu  proses 
get-gedə  vüsət  almaqdadır.  Bizim  ictimai  və  huma-
nitar elmlərimiz də, ədəbi mühitimiz də postmodern 
epoxasının çağırışlarına cavab verməyə qadir olma-
lıdır.  İş  ondadır  ki,  insanlar  və  dövlətlər  arasında 
yeni  münasibətlər  bərqərar  olur,  dəyərlər  sistemi 
dəyişir, yeni prioritetlər müəyyənləşir, yeni düşüncə 
mədəniyyəti formalaşır. Biz həmin proseslərdən geri 
qalmamalıyıq». 
Yalnız ilk baxışda belə görünə bilər ki, ictimai 
elmlərin  aktuallaşması  ancaq  ölkəmizin  iqtisadi  sa-
hədəki  uğurlarının  təsbit  olunmasına  yönəlmiş  bir 
prosesdir.  Yəni  əgər  biz  iqtisadi  sahədə  keçid  mər-
hələsini  başa  vurmuşuqsa,  deməli  qədəm  qoyduğu-
muz  mərhələnin  yeni  iqtisadi  meyarlarının  və  prin-
siplərinin  müəyyənləşdirilməsinə  ehtiyac  yaranmış-
dır.  Azərbaycan  iqtisadi  modelinin  mahiyyətinin 
açılması, onun elmi-metodoloji prinsiplərinin müəy-
yənləşdirilməsi, doğrudan da, az əhəmiyyətli məsələ 
deyildir. Lakin bu problemlər, göründüyü kimi, əsa-
sən  iqtisadi  nəzəriyyənin  predmetinə  daxildir.  Bəs 
onda nəyə görə bütövlükdə ictimai elmlərdən, hətta 


Elm ideologiya və dövlətçilik şüuru 
 
 
- 101 -
ümumən ictimai və humanitar elmlərdən söhbət ge-
dir?    Bax,  bütün  məsələ  də  burasındadır  ki,  iqtisa-
diyyat  məqsəd  yox,  vasitədir  və  iqtisadiyyatda  əldə 
olunan  böyük  uğurlar  bütövlükdə  cəmiyyətdə  key-
fiyyət dəyişmələrinə gətirib çıxarır və ya çıxarmalı-
dır. Bu baxımdan, amerikan alimi V.Follersin “Milli 
dövlətin antropologiyası” əsərində irəli sürdüyü belə 
bir fikrini yada salmaq yerinə düşərdi ki, millətin və 
milli dövlətin ən ciddi problemləri iqtisadiyyatla və 
ya  hətta  siyasət  və  müdafiə  sistemi  ilə  deyil,  daha 
çox  dərəcədə  qeyri-maddi,  mənəvi  göstəricilərlə 
bağlıdır. Onun fikrinə görə, xalqın ictimai-siyasi, iq-
tisadi  və  milli  müdafiə  sistemlərində  fəal  iştirak 
dərəcəsi milli ləyaqət hissi ilə sıx surətdə bağlıdır və 
bu  hissin  formalaşdırılması  isə  xeyli  dərəcədə  “biz 
kimik?” sualına cavabdan asılıdır. Təsadüfi deyildir 
ki,  S.Hantinqton  da  özünün  son  əsərlərindən  birini 
“Biz kimik?” adlandırmışdır. Deməli milli kimlik və 
mədəni-mənəvi  identiklik  məsələsi  iqtisadi  prob-
lemlərdən  daha  aktual  hesab  olunur.  Azərbaycan 
Respublikasının  prezidenti  cənab  İlham  Əliyevin 
BDU-nin 90 illik yubileyinə həsr olunmuş təntənəli 
mərasimdə  iqtisadi  uğurlardan  danışmaqla  bərabər, 
gənclərin  milli-mənəvi  tərbiyəsi  məsələlərini  önə 
çəkməsi  də  təsadüfi  deyil.  Belə  ki,  prezident  neft 
kapitalından  insan  kapitalına  keçiddən  danışarkən, 
məhz  insanın  mənəvi  və  intellektual  keyfiyyətlə-
rinin inkişaf etdirilməsini nəzərdə tutur.  


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 102 -
Pul,  var-dövlət  insan  həyatında  həlledici  ola 
bilməz. İnsan üçün də, cəmiyyət üçün, ölkə üçün də 
belədir. Hətta iqtisadiyyat üçün də. 
Avropada  kapitalın  həlledici  olduğu  dövr  ar-
xada  qalmışdır.  Vaxtilə  K.Marksın  təhlil  etdiyi  cə-
miyyət  artıq  çoxdan  yoxdur.  İndi  insan  əməyi  is-
tehsal  prosesində  təkcə  fiziki  iş  qüvvəsi  ilə  deyil, 
daha  çox  dərəcədə  zehni  əmək  və  onunla  vasitə-
lənmiş  olan  ixtisaslaşmış  əmək  formaları  ilə  təmsil 
olunur. Son əsrdə cəmiyyətin sosial en kəsiyində, ha-
belə  iqtisadiyyatın  daxili  strukturunda  baş  verən  də-
yişikliklərin  geniş  təhlilinə  keçmədən,  sadəcə  olaraq 
nəzərə çatdırmaq istərdik ki, indi «kapital» amili elm 
və  texnologiya  ilə  vasitələnmiş,  habelə  ticarətin  və 
ümumiyyətlə  iqtisadiyyatın  idarə  olunmasında  «bi-
lik» amili tərəfindən getdikcə daha çox sıxışdırılmış, 
prioritetlər  dəyişmişdir.  Bu  dəyişiklikləri  nəzərə  al-
maq üçün inkişaf etmiş ölkələrdə sanki yeni ictimai-
iqtisadi    formasiya  qərarlaşmışdır  ki,  bunu  bəziləri 
postindustrial  cəmiyyət,  bəziləri  postkapitalizm,  bə-
ziləri  sosial  yönlü  kapitalizm,  bəziləri  «biliyə  əsas-
lanan  cəmiyyət»  və  s.  adlandırmışlar.  Bu  yeni  dövr-
ləşdirmə  cəhdləri  yadıma  “sosializm”,  “sosializmin 
tam qələbəsi”,  “inkişaf  etmiş sosializm”,  “yetkin so-
sializm”  haqqında  təlimləri  salır.  Maraqlı  burasıdır 
ki,  sosializm  və  kapitalizm  bölgüsü  iqtisadi  müna-
sibətlər  sisteminin  xarakterinə  aiddir.  “Bilik”  ami-
linin  iqtisadiyyatda  iştirak  dərəcəsi  isə  iqtisadi  mü-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə