Səlahəddin Xəlilov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

Elm və təhsil 
 
 
- 131 -
öz  həyat  yolunu,  siyasi  mövqeyini  şüurlu  surətdə 
seçmək imkanı olmalıdır.  
Gənc kadrların praktik iş keyfiyyətlərinəmi da-
ha  yaxşı  yiyələnməsi,  yoxsa  elmi  yaradıcılığamı 
meylli olması yuxarı kurslarda artıq aydınlaşdırılmalı, 
magistraturaya  və  doktoranturaya  qəbul  da  məhz 
elmi  yaradıcılıq  istedadı  əsasında  müəyyənləşdiril-
məlidir.  Doktoranturanın  ikinci  pilləsi  deyilən  təhsil 
forması  isə  ləğv  edilməli,  Ph.D  dərəcəsi  almış 
şəxslərə  dünya  praktikasına  uyğun  olaraq  müstəqil 
elmi  fəaliyyət  üçün  sadəcə  şərait  yaradılmalı,  lazım 
gələrsə onlar müvafiq ixtisas üzrə tanınmış elm mər-
kəzlərinə ezam edilməlidirlər. Yəni “bütün elm sahə-
ləri  üzrə  bizdə  yaradıcılıq  mühiti  var  və  biz  dokto-
ranturanın ikinci pilləsi deyilən təhsil vasitəsilə  yük-
sək  dərəcəli  alimlər  hazırlayırıq”,  –  deyə  özümüzü 
aldatmayaq.  Unutmayaq  ki,  dünya  elminə  inteqrasi-
yanın mühüm şərtlərindən biri məhz elmi yaradıcılıq 
ezamiyyətləridir.  Xüsusən  fundamental  elm  sahələ-
rində  yeganə  çıxış  yolu  budur.  Tətbiqi  elmin  də  bir 
çox sahələrində də biz hələ uzun müddət dünya prak-
tikasını  öyrənməliyik.  Ancaq  humanitar  və  ictimai 
elm  sahələrində  bütün  ağırlıq  mərkəzi  öz  ölkəmizdə 
olmalı  və  məhz  buna  görə  də  Akademiyanın  priori-
tetləri müəyyənləşdirilərkən bu mühüm cəhət nəzərə 
alınmalıdır.  
 
 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 132 -
Ali təhsildən sonrakı təhsil və gənclərin elmi  
tədqiqata cəlb olunması 
 
Gənclərimizi  elmə,  mədəniyyətə 
daha  da  çox  cəlb  etmək  lazımdır. 
Gənclərimizdə elmi-tədqiqat işlərinə 
həvəs oyatmaq lazımdır. 
Heydər Əliyev 
 
Azərbaycan  elminin  perspektivləri  müasir 
gəncliyin  elmi-tədqiqat  işinə  necə  cəlb  olunmasın-
dan,  onlar  üçün  müvafiq  elmi  mühit  yaradılmasın-
dan asılıdır. 
Üstün  elmi-tədqiqat  istiqamətlərinin  düzgün 
seçilməsi,  tələbə,  aspirant  və  gənc  alimlərin  intel-
lektual  potensialının  ölkəmiz  üçün  gərəkli  olan 
problemlərə  yönəldilməsi  elm  təşkilatçılarının,  el-
mi-tədqiqat  institutları  və  ali  məktəb  rəhbərlərinin 
başlıca vəzifələrindən biridir. 
Yaxın  keçmişdə  kommunist  ideologiyası  cə-
miyyətşünaslıq  sahəsindəki  tədqiqatları  məhdudlaş-
dırdığından,  cəmiyyətin  obyektiv  tədqiqinə  yol 
verilmədiyindən  bütün  intellektual  potensial  əsasən 
təbiət  elmləri  və  riyaziyyata  yönəldilirdi.  Ona  görə 
də,  cəmiyyətin,  iqtisadiyyatın,  təsərrüfatın  elmi 
əsaslarla  idarə  olunması,  menecmentin,  tədbiqi  so-
siologiyanın  bir  elm  kimi  təşəkkül  tapması  ancaq 
kapitalist  ölkələrinə  xas  bir  hadisə  idi.  İndi  ictimai 
elmlərin  həqiqi  bir  elm  kimi  inkişafı  üçün  meydan 


Elm və təhsil 
 
 
- 133 -
açılmışdır.  Həm  də  milli  dövlət  quruculuğu  bu  sa-
hədəki  tədqiqatların  aktuallığını  daha  da  artırır  və 
intellektual  potensialın  daha  çox  bu  sahəyə  yönəl-
dilməsini tələb edir. 
Hər hansı bir dövlət beynəlxalq miqyasda yal-
nız  o  zaman  özünü  müstəqil  hiss  edə  bilər,  öz  mə-
nafeyini  müdafiə  edə  bilər  ki,  mövcud  geopolitik 
kontekstdə  onun  yeri  dəqiq  surətdə  araşdırılmış  ol-
sun,  bu  sahədə  ciddi  fəlsəfi,  siyasi,  iqtisadi  təd-
qiqatlar  aparılmış  olsun,  bir  sözlə,  praktik  fəaliyyət 
elmi  zəmində  aparılsın.  Lakin  təəssüf  ki,  ictimai 
elmlər  sahəsində  Azərbaycanda  ciddi  bir  dönüm 
hələ də hiss olunmur.  
Bu  gün  Azərbaycan  beynəlxalq  siyasət  are-
nasına  inamla  çıxa  bilirsə,  özünəməxsus  siyasi 
mövqeyi və nüfuzu varsa, bunlar hamısı ancaq onun 
rəhbərinin şəxsi nüfuzu, beynəlxalq siyasi təcrübəsi 
və  böyük  intellektual  potensialı  sayəsində  mümkün 
olur.  Lakin  cəmiyyətin  bütün  pillələrdə,  ayrı-ayrı 
müəssisə və təşkilatlardan başlamış ümumölkə miq-
yasına qədər elmi əsaslarla təşkili və idarə olunması 
üçün müasir Azərbaycan cəmiyyətşünaslığının yara-
dılmasına  böyük  ehtiyac  vardır  və  bu  işə  heç  şüb-
həsiz,  marksist-leninçi  ictimai-siyasi  fikrin  təsirin-
dən  azad  olan  gənc  cəmiyyətşünas  alimlərin  cəlb 
edilməsi tələb olunur. 
Bu gün cəmiyyətin öyrənilməsi sahəsində res-
publika  alimlərinin  tutduğu  passiv  mövqe,  ictimai 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 134 -
həyatdakı  mənəvi  durğunluğun  elmə  nüfuz  etməsi 
alimlərin  mütəşəkkil  və  məqsədyönlü  fəaliyyətini 
çətinləşdirir. Elm hələ heç cür öz nüfuzunu yüksəlt-
mək və ictimai həyata fəal müdaxilə etmək mövqe-
yini  tuta  bilmir.  Halbuki  belə  bir  şəraitdə  respub-
likamızın cəmiyyətşünas alimləri təşəbbüsü öz üzə-
rinə götürməli, qarşıda duran  çətin vəzifənin  yerinə 
yetirilməsində öz sözünü deməlidirlər.  
Respublikamızın  sosial-iqtisadi  və  mənəvi 
həyatında  uzun  illərdən  bəri  yığılıb  qalmış  ciddi 
problemlərin  sistemli  şəkildə  öyrənilməsi,  keçid 
dövrünün xüsusiyyətlərinin aşkar edilməsi, bu sahə-
də kompleks tədqiqatlar aparılması bütün cəmiyyət-
şünas  alimlərin:  filosofların,  sosioloqların,  iqtisad-
çıların,  tarixçilərin  və  s.  qarşılıqlı  əməkdaşlığını  və 
birgə  fəaliyyətini  tələb  edir.  Bizim  hamımızın  bir 
ümumi tədqiqat obyektimiz var. Bu da ümumdünya 
kontekstində  götürülmüş  Azərbaycandır;  onun 
tarixi, mədəniyyəti, dili, habelə sosial, iqtisadi, siya-
si, ekoloji, demoqrafik problemləridir. Bu problem-
lərin  müxtəlif  müstəvilərdə,  rakurslarda  tədqiqi  ilə 
məşğul  olan  alimlərimiz  bir-birindən  ayrı  düşmüş, 
bir-birini dinləmək, fikir mübadiləsi aparmaq imka-
nından  məhrum  olmuşlar.  Hərə  öz  şöbəsindən,  ka-
fedrasından,  ən  yaxşı  halda  isə  öz  institutundan 
kənarda  fəaliyyət  göstərən  tədqiqatçılardan  xəbər-
sizdir.  Alim  ziyalılarımız  arasındakı  pərakəndəlik, 
akademiyada,  ali  məktəblərdə  və  digər  elmi  müəs-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə